Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dedi ki, Rəşad çaşsa, onu vuracam - Rəşad Dağlının məhkəməsindən
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
GUNDEMXEBER.AZ-ın Trend-ə istinadən məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Daha sonra zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Etibar Mehdiyev ifadə verib. O bildirib ki, qardaşı İsgəndər Mehdiyev hadisədən 10, gün əvvəl həbsxanadan çıxıb.
Heç bir yerdə işləmirdi, bizimlə bir evdə yaşayırdı. Hadisədən bir gün əvvəl İsgəndər Rəşadla telefonla danışdı. Əsəbi idi. Mənə dedi ki Rəşad haqqında xoşagəlməz ifadələr işlədirlər. Üzdəniraq söhbətidir. Gecə saat 4-ə qədər bir yerdə idik. Sonra dedi ki, Rəşadla görüşüb gedirəm adam var onun yanına. Dedi ki, Rəşad çaşsa, onu vuracam. Amma necə vuracaq onu demədi".
Məhkəmə prosesi iyunun 19-da davam edəcək.
Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.
GUNDEMXEBER.AZ
3-10-2017, 16:19
22-09-2017, 19:55
10-11-2022, 12:42
12-11-2022, 10:49
15-02-2018, 15:14
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?