GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifov üçlüyündən növbəti apellyasiya özbaşınalığı

Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifov üçlüyündən növbəti apellyasiya özbaşınalığı

Tarix: 4-05-2023, 18:43 Bölmə :Cəmiyyət Baxış: 669


Şikayətvermə müddəti bitməmiş yekun aktla iş apellyasiya baxışından çıxarılıb  (?)


Qarabağ əlillərinin dövlət hesabına vəkillə təminatı qanunda nəzərdə tutulmayıb?


Məhkəmə hakimiyyətinin aztəminatlı şəxslərin məhkəmə müdafiəsi hüququna qadağa qoyması artıq normaya çevrilib. Qadağa , başlıca olaraq,  Mülki Prosessual Məcəllənin 67-ci maddəsi ilə doğrulanan yalnız Ali Məhkəmədə vəkilin məcburi iştirakından qaynaqlanır. Yalnız kassasiya şikayəti vermək üçün vəkilin xidmətini ödəməyə kifayət qədər vəsaiti olmayan şəxslər dövlət hesabına vəkillə təmin oluna bilər. Sədri Şərafət Məmmədova olan, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət üçlüyün isə heç 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasından da imtina etməsindən media anında  informasiya yayıb. Heç demə, sözügedən məhkəmə üçlüyünün özbaşınalığı bununla bitməyib. 

E-məhkəmə sistemində dövlət hesabına yardımdan məhrum edilən 1-ci dərəcəli Qarabağ əlilinin, ümumiyyətlə, apellyasiya hüququna da qadağa qoyulması haqqında məlumat belə fikirləşməyə əsas verir. Bakı Apellyasiya Məhkəməsi qərardaddan şikayətvermə müddəti bitməmiş yekun məhkəmə aktı qəbul edildiyini, işin apellyasiya baxışından çıxarıldığını bildirib. Deyəsən, Şərafət xanım və dəstəsi çaşıb qanunvericiliyin tələbini unudub. Axı dövlət hesabına vəkillə təminatdan imtina edilməsi hələ iş üzrə yekun məhkəmə aktının çıxarılmasına haqq vermir ! 1-ci dərəcəli Qarabağ əlilinin hələ 10 gün şikayət vermək üçün vaxtı var. Və əlil vətəndaş Vəkillər Kollegiyasına dövlət hesabına vəkillə təmin olunması ilə bağlı müraciət edib. Ən uzağı, bəyəm bir vicdanlı vəkil tapılmayacaq ki, qanunsuz qərardaddan əlilin yazdığı şikayətə orderini əlavə etsin? Lap tapılmasın, əlilin öz hesabına vəkillə təmin olunmaq hüququna da qadağa qoyulub? Əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də vəkilin xidmətini ödəməyə müraciət etməkdə haqlıdır.  Bunları vurğulamaqda amacımız şikayətvermə müddəti bitməmiş yekun məhkəmə aktının çıxarılmasının kobud qanun, hüquq pozuntusu olmasını diqqətə çatdırmaqdır. 

Məhkəmə hakimiyyətinin, yuxarıda vurğuladığımız kimi, yalnız MPM-in 67-ci maddəsini tətbiq etməsi, yalnız kassasiya instansiyasında məcburi vəkil ayrılmasını təmin etməsi də Konstitusiyaya hörmətsizlikdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına həyata keçirilir. Bəs niyə məhkəmə hakimiyyəti Konstitusiyanın 61-ci maddəsini tətbiq etmir? Niyə Ana Qanunun 127-ci maddəsinin VIII hissəsi ilə doğrulanan prosesin istənilən mərhələsində hər kəsin müdafiə hüququ görməzliyə vurulur?   Məhkəmənin məntiqsiz məntiqinə görə, aşağı instansiyalarda dövlət hesabına vəkillə təminat qanunda nəzərdə tutulmayıb. (?) Bəs Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsi ilə doğrulanan proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququnu məhkəmənin tanımaması nə ilə izah olunur? 

İzah belədir ki, pulunu ödə vəkillə təmin olunmaq hüququndan yararlan! Bəs “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsi ilə doğrulanan MƏHKƏMƏDƏ VƏKİLİN XİDMƏTİNİ ÖDƏMƏYƏ KİFAYƏT QƏDƏR VƏSAİTİ OLMAYAN ŞƏXSLƏRƏ HEÇ BİR MƏHDUDİYYƏT QOYULMADAN GÖSTƏRİLƏN VƏKİL XİDMƏTİNİN HAQQININ DÖVLƏT HESABINA ÖDƏNİLMƏSİ əlillərə, qazilərə aid deyil? Bu da qanunda nəzərdə tutulmuş hal. Niyə qanunda nəzərdə tutulduğu halda 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmır? Məhkəmə bu maddəni cavabdehin sifarişi ilə tətbiq etmir ki, əlilin pensiyası vəkilin haqqını ödəməyə yetər. (?) Özbaşınalığa baxın, məhkəmə hakimiyyəti , sosial müdafiə qurumları  bilmir ki, pensiya itirilmiş əmək,  sağlamlıq imkanlarının bərpasına yönələn dövlət vəsaitidir . Bəyəm  əlil pensiyasını hüquqi yardıma xərcləməlidir? Bu Konstitusiya,  bu hüquq, bu da qadağa. Görəsən niyə məhkəmə hər çağ qadağanı tətbiq edir? Bəyəm məhkəmə hüquq pozmağa xidmət edir? Suallar çox, cavab verən yox. ..


Məğrur Bədəlsoy


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ qazilərinə dövlət hesabına yardımdan imtina edilir

    Qarabağ qazilərinə dövlət hesabına yardımdan ...

    26-05-2022, 14:25

  • 
  • Ali Məhkəmə Mehman Hüseynovun kassasiya şikayətini təmin etməyib

    Ali Məhkəmə Mehman Hüseynovun kassasiya ...

    25-06-2018, 17:23

  • 
  • Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, nə də vəkil ayırır

    Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, ...

    6-05-2021, 16:59

  • 
  • Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən növbəti ÖZBAŞINALIQ

    Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn ...

    6-04-2020, 15:45

  • 
  • Sabah Pərviz Həşimlinin məhkəməsidir

    Sabah Pərviz Həşimlinin məhkəməsidir ...

    23-12-2014, 23:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu