“Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu” Beynəlxalq Mətbuat Günü ilə əlaqədar müstəqil jurnalistlərlə onlayn görüş keçirib.Görüşdə Azərbaycanda müstəqil jurnalistlərin peşə fəaliyyətində ciddi əngəllərin və təzyiqlərin olduğu bildirilib.Görüşdə medianın mövcud vəziyyəti nəzərə alınaraq müdafiə qurumlarının fəaliyyətinin qənaətbəxş olmadığı müzakirə edilib.Müzakirələrin sonunda “Müstəqil Reportyorlar Komitəsi” yaradılıb.Komitə hüquq müdafiəçisi, Hüquq Saatı tv-nin rəhbəri və “Huquq və Azadlıqların Müdafiə İnstitutnun direktoru Avtandil Məmmədov, müstəqil jurnalist, Azel tv-nin rəhbəri Əfqan Sadıqov və müstəqil jurnalist, Nia.az-ın rəhbəri Bəhruz Əliyevin birgə təklifləri nəticəsində yaradılıb.Yeni yaradılan “Müstəqil Reportyorlar Komitəsi” “Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu”nun tərkibində fəaliyyət göstərəcək. Komitənin əsas fəaliyyəti Azərbaycanda və Azərbaycan hüdudlarından kənarda müstəqil medianın monitorinqi, müstəqil reportyorların peşəkar fəaliyyətinə yaradılan əngəlləri araşdırmaq və təzyiqlərdən əziyyət çəkən reportyorların hüquqlarını müdafiə etmək olacaq. Eyni zamanda söz və ifadə azadlığına yaradılan əngəllər, hüquqları pozulmuş vətəndaşların müdafiəsini əhatə edəcək. Qeyd edək ki, 2021 və 2022-ci illərdə Almaniyadan deportasiya olunmuş ictimai-siyasi fəalların həbsi ilə əlaqədar “Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu”nun nəzdində “Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiəsi Komitəsi” yaradılıb. Komitə deportasiya qurbanlarının həbsinin səbəblərini araşdıraraq onların həbsində siyasi motivin olduğunu müəyyən edib və deportasiya qurbanları 2023-cü ildə “Sülh və Demokratiya İnstitutu”nun siyasi məhbus siyahısına daxil edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?