Aslan İsmayılov: “Azərbaycan hökuməti görənin gözünü çıxartmaq, eşidənin qulağını tıxamaq və danışanın dilini kəsmək istəyir” Son zamanlar ölkədə müstəqil fəaliyyət göstərən vəkillərə və hüquq müdafiəçilərin qarşı təzyiq kampaniyası baş qaldırıb. İlkin olaraq Elçin Namazovun Vəkillər Kollegiyasından uzaqlaşdırması ilə başlayan proses vəkil Xalid Bağırov, Aslan İsmayılov təhdid edilməsi və nəhayət Qurban Məmmədovun həbsi ilə nəticələndi. Əvvəlki illərdə də vəkillərə qarşı eyni hallar bir neçə dəfə yaşanıb. “baş verənlərə əsasən deyə bilərikmi ki, ölkədə müstəqil hüquq müdafiə və vəkillik institutu artıq təhlükədədir”, - sualını cavablandıran hüquq müdafiəçisi, tanınmış vəkil Aslan İsmayılov maraqlı fikirlər səsləndirdi. Müsahib qeyd etdi ki, müstəqil vəkillərə qarşı təhlükə çoxdan baş qaldırıb. Heç vaxt kimdənsə kömək və imdad diləmədiyini bildirən hüquq müdafiəçisi, “əgər Azərbaycan hüquqşünasları və vəkilləri bu biabırçılıqlara dözürsə, demək vəziyyət daha da pis olacaq. Hakimiyyətin istəyi budur ki, cəmiyyətdə müstəqil fikir yürüdən insan qalmasın”, - deyə bildirdi: ”Azərbaycan hökuməti görənin gözünü çıxartmaq, eşidənin qulağını tıxamaq və danışanın dilini kəsmək istəyir. Bunu da ona görə edirlər ki, hamı susub. Ölkənin aparıcı hüquqşünas simaları da susur. Hamını tutana qədər təzyiqləri davam etdirəcəklər. Ona görə ki, heç kəs səsini çıxarmır.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?