GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür

12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür

Tarix: 12-05-2023, 15:27 Bölmə :Cəmiyyət Baxış: 208


Birləşmiş Millətlər Təşkilatı tərəfindən 12 may tarixi Beynəlxalq Bitki Sağlamlığı Günü elan edilib. Burada əsas məqsəd bitki örtüyünün məhv olmasının qarşısını almaqdan, ərzaq çatışmazlığını aradan qaldırmaqdan, yoxsulluğu azaltmaqdan, həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin məlumatlılığını artırmaqdan ibarətdir.

Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar hər il mayın 12-də dünyanın bir çox ölkələrində bitki sağlamlığının təmin edilməsi və ətraf mühitin qorunması istiqamətində tədbirlər həyata keçirilir. Bu gün çərçivəsində insan, heyvan və ətraf mühit sağlamlığı arasında birbaşa asılılığı önə çəkən “Vahid sağlamlıq” konsepsiyasına uyğun təşkil olunan tədbirlər prosesə öz töhfəsini verir.

Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar müvafiq təşkilatlarla birgə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də silsilə tədbirlər görülür. Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində müstəsna rola malik olan bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə tədbirlər isə mütəmadi olaraq həyata keçirilir. AQTA-nın fəaliyyət göstərdiyi ötən dövr ərzində respublikamıza virus və bakteriyaların daxil olmasının qarşısının alınması məqsədilə 23 ölkəyə əlavə idxal tələbləri müəyyənləşdirilib. Virus xəstəliklərinin ölkəyə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə təsərrüfatlarda mütəmadi monitorinqlər keçirilir, idxal və ixrac edilən məhsul partiyaları təyin olunmuş tezliklərlə virusoloji müayinələrə cəlb edilir. Karantin tətbiq olunan zərərli orqanizmlərin ölkə üzrə yayılma arealı müəyyənləşdirilərək xəritələşdirilməsi həyata keçirilir. Bitki sağlamlığının izlənməsi istiqamətində hazırlanan Milli Monitorinq Planı icra edilir. Təsərrüfatlarda aparılan monitorinqlərin elektron modulu hazırlanıb. Həmçinin fitosanitar nəzarət çərçivəsində 180 pomidor istehsalı təsərrüfatında sağlamlaşdırma tədbirləri aparılıb. Ölkədə bitki sağlamlığının izlənilməsi məqsədilə 2 500 pomidor, 326 alma, 1 062 kartof, 68 soğan təsərrüfatında və 64 meyvə bağında monitorinqlər aparılaraq təsərrüfat subyektlərinin reyestri formalaşdırılır. Bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi ilə əlaqədar olaraq preparatın ilkin və təkrar dövlət qeydiyyatına alınması zamanı təqdim edilən sənədlərlə bağlı tələblər sadələşdirilir. Bundan əlavə, preparatın təkrar dövlət qeydiyyatına alınması üçün sahibkar tərəfindən bir ay öncədən ediləcək müraciətin vaxtı üç ay öncəyə qədər uzadılıb. Müxtəlif ölkələrdən idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar həmin ölkələrə ümumilikdə 917 bildiriş göndərilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Beynəlxalq Konvensiyaların, Avropa Birliyinin və Türkiyə Respublikasının təcrübələri nəzərə alınaraq, ilk dəfə Azərbaycanda 238 adda təsiredici maddənin qadağan olunması barədə siyahı hazırlanaraq təsdiq edilib. 

Həmçinin bitki sağlamlığının təmin olunması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Laboratoriyada əsasən pestisidlərin təsiredici maddələrinin miqdarı, aqrokimyəvi maddələrin isə element tərkibi və digər keyfiyyət göstəriciləri təyin edilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki və bitkiçilik məhsullarında, eləcə də digər karantin nəzarətində olan məhsullarda zərərverici həşərat və gənələrin, herboloji ekspertiza zamanı alaq otları və toxumların, mikoloji ekspertiza zamanı fitopatogen göbələklərin, fitohelmintoloji ekspertiza zamanı isə fitopatogen nematodların və ya onların sistalarının aşkarlanması, həmçinin zərərli orqanizmlərin morfoloji və morfometrik əlamətlərinə əsasən növ mənsubiyyətinin təyin olunması həyata keçirilir.


GUNDEMXEBER.AZ




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş nazirdən qərar: Bu qurumun səlahiyyətləri artırıldı

    Baş nazirdən qərar: Bu qurumun səlahiyyətləri ...

    19-10-2018, 10:57

  • 
  • Bakıda bitki yağının kərə yağı kimi qablaşdırıldığı anbar aşkarlandı

    Bakıda bitki yağının kərə yağı kimi ...

    12-03-2020, 13:03

  • 
  • Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib

    Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib ...

    8-08-2018, 14:13

  • 
  • Daşkəsəndə 1 ton 400 kq narkotik bitki aşkarlandı

    Daşkəsəndə 1 ton 400 kq narkotik bitki aşkarlandı ...

    17-06-2016, 18:48

  • 
  • Bu Gün Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

    Bu Gün Beynəlxalq İnformasiya Təhlükəsizliyi ...

    30-11-2014, 11:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu