GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Möcüzələrə inanırsınızsa, yenidən gəlin

Möcüzələrə inanırsınızsa, yenidən gəlin

Tarix: 28-05-2023, 11:08 Bölmə :Cəmiyyət Baxış: 397

Ötən həftə yenidən yolumu Azərbaycan Dövlət Akademik Musiqili Teatrından saldım. Bu dəfə səhnədə "Bir dəfə Bağdadda" tamaşasıydı. Səhnə əsəri görkəmli bəstəkarımız Emin Sabitoğlunun eyniadlı operettası əsasında teatrın rus bölməsində ərsəyə gəlib. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdu. Əsərin süjet xəttindəki hadisələr Bağdadda, xəlifə Harun ər-Rəşidin dönəmində baş versə də, indiki zamanla səsləşir. Səhnə əsərində Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firus Məmmədov, Rauf Babayev, Yuliya Heydərova, Hidayət Əliyev, Mehriban Zaliyeva, Elxan İsmayılov, Nadejda Povelitsina, Telnaz Hüseynova, Murad Əliyev, Əli Kərimov, həmçinin xor və balet heyətlərinin üzvləri iştirak edirdilər. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadı. 


Pərdənin açılmasıyla səhnədə ilk görünən Məsrur (bu rolu aktyor Boris Qrafkin canlandırır) oldu. O, üzünü tamaşaçılara tutaraq: "Mən uşaqlıqdan nağılları sevmişəm. Özü də "1001 gecə"ni... Sizcə nağıllar aləminə baş vurmaq üçün hansı şəhərə getməliyik?" deməsiylə salonda əyləşənlər hamısı xorla: "Bağdad" dedilər. Aktyor bu jestiylə tamaşaçıları səhnə əsərinə şərik etdi. Aktyor və aktrisaların, rəqasələrin orta əsr ərəb qiyafələriylə jestləri, mahnı ifaları tamaşaya ilk kreativlik gətirdi. Sanki həqiqətən Bağdadda idik və qarşımızdakılar ismayıloğulları idi... 

Sələmçi Rəhimin (aktyor Elxan İsmayılov) danışığı, ulitatistcəsinə jestləri, qadınlara düşkünlüyü hərtərəfli naqis, nadürüst insanı göstərirdi. Onun insanları var-yoxdan çıxarması azmış kimi hələ qayıdıb: "Cəhənnəmə viderjite! Ya razve zastavlayu lüdey brat ot menya dengi?!" ifadəsi neçə əsrlər keçməsinə rəğmən sələmçilərin məkirli, iyrənc xislətinin dəyişmədiyinin göstəricisiydi. "Məhəllə Moskvada" filmimizdəki Dusya obrazını canlandırmış aktrisa Svetlana Bulaxın taşaşada Afət obrazında görünməsi mənim üçün gözlənilməz və maraqlı oldu. Sənətkarın 73 yaşında olmasına baxmayaraq həddindən artıq gümrah idi. Onun ərəb qadını libasında rəqs etməsi, ifası, jestləri çox təbii alınaraq seyr edənlərin  alqışlarını qazandı. Afət oğulluğu Bəhramın aşiq olduğu xəlifənin yeganə qızı Leylaya qovuşması üçün göstərdiyi təşəbbüslər, hətta gizli yolla saraya daxil olub, özünü xəlifəyə yuxu yozan kimi təqdim etməsi də tamaşaçıların rəğbətini qazandı.


 Səlim ibn Abdulla (aktyor Rauf Babayev) şəxsi mənfəətini güdən olsa da, onu sələmçi Rəhimdən fərqləndirən əsas cəhət odur ki, kasıbların cibini boşaltmır və borcunu ödəyə bilməyən qadınlara seks obyekti kimi baxmır. Səlim xüsusi hiyləgərliyi, təlxəkliyi mütrüblüyü və digər bacarıqlarıyla özünü dolandırır. Hətta o, xeyirxahlığıyla da diqqət çəkir. Belə ki, Səlim adı yuxarıda qeyd olunan sələmçiylə qarşı-qarşıya gələrək onun gerçək xislətini camaata çatdırmağa çalışmaqla, insanları var-yoxdan çıxarana badalaqlar gəlir. Səlim xeyirxahlığını Afətə də göstərir. O, qadının sələmçiyə qədərindən artıq ödədiyi 100 dinarı zərif cinsə geri qaytarır. Səlim Afətdən xoşlandığını da gizlətmir. Bunu görən çoxbilmiş banu: "Qadının qəlbini ən siyasətçil olan əldə edəcək" deməklə ona qarşılıq vermir. Lakin onlar Bəhramın xoşbəxtliyi naminə bir araya gələrək hiylə işlədib saraya daxil olmağın planını qurur və buna nail olurlar. Amma sən saydığını say, gör fələk nə sayır. Bu fələk eşqdi. Belə ki, saraya soxulmağı bacaran Səlim xəlifənin cariyələrindən olan Züleyxaya vurulur, Afət isə xəlifə Harun ər-Rəşidin başını gicələndirərək onu sevgi toruna salır. 


2-ci pərdə aktrisaların ərəb rəqsləriylə başladı. Onların rəqsləri çox gözəl alındı. Rəqqasələrin xəlifənin qızı Leylanın ətrafında məharətlərini göstərmələri, ardınca da saray gözəlini dövrəyə alaraq onun əlindən gəlinçiyi alıb qaytarmamaları "artıq böyüyüb gözəl qız olmusan, sevgini tapmağının vaxtıdır"a işarəydi. Bəhram (aktyor Hidayət Əliyev) ilə Leylanın (aktrisa Mehriban Zaliyeva) qarşılaşması, oğlanın ona sevgi mahnısı oxuması, hərəmxana gözəli Züleyxa ilə Səlimin izdivacı, birgə rəqsləri, ifaları qarşılıqlı xoşlanmaları tamaşaya rəng qatan səhnələr idi. Harun ər-Rəşid (aktyor Firus Məmmədov) tarixdə çox sərt, amansız hökmdarlardan olsa da, səhnədə o, tam fərqli obrazı ilə diqqət çəkirdi. Xəlifə avtoritarcasına hər istədiyini diqtə etmir, tez-tez müdrik vəziri Məsrurun tövsiyələrini dinləyir, radikal qərarlar verməməyə çalışırdı. O, hətta biləndə ki, yeganə qızı kasıb bir oğlanı sevir, çox fərqli və ağıllı yanaşma edir. Xəlifə Məsrurla birgə ziyyalı qiyafəsində Bəhramın kasıb daxmasına gedir və özünü Bağdada qonaq gəlmiş biri kimi təqdim edir. Gəncin çox səxavətli, ürəyi təmiz, insansevər, qonaqpərvər, dünya nemətlərində gözü olmayan, hətta tanımadığı 2 şəxsə evində daha yaxşı qulluq edə bilməsi üçün yeganə üst geyimini və dəri papağını satması Harun ər-Rəşidi çox təsirləndirir. Hökmdar Bəhramın ürəyinin saf və təmizliyinə, məhəbbətinə inanaraq: "Mən yeganə qızımı hansısa hökmdara və ya onun taxta varis olacaq oğluna verib qohum olmaqdansa, Bəhram kimi kasıb, amma dürüst birinə verəcəm" deyir. Xəlifənin bu dedikləri hazırda cəmiyyətimizdə qızlarının gələcək xoşbəxtliyini pullu-dövlətli ailənin oğullarına sırınmasına çalışan valideynlərə, həmçinin ailə dəyərinin əsasını pulda və təminatlı həyatda görən zavallı uzunsaçlılara yaxşı mesaj da hesab etmək olar. Harun ər-Rəşidin məşhur aforizmi var: "Ağıllı kişi odu ki, arvadının məsləhətini səbr, təmkinlə dinləyir, amma sonda onu tərsinə yerinə yetirir". 


Lakin səhnə əsərində xəlifə qadınların istəklərinə tabe olur. Hökmdar onun sarayına soxulmuş, özünü yuxu yozan kimi sırımış şəxsin əslində, qadın - Afət olduğundan agah olunca bütün zəhmi, prinsipləri əriyir və ona vurulur. Hətta Afətin şərtinə əməl etməklə həm qızı Leylanı onun oğulluğu ilə evlənməsinə xeyir-dua verir, həm də cariyəsi Züleyxanı Səlimlə izdivacını rəsmləşdirməsinə izin verir. Yanlız bundan sonra Afət xəlifənin "zövcəm ol" təklifini qəbul edir. Bu məqamda Fyodr Dostoyevskinin məşhur: "Qadın, hətta hər şeyi görən Allahı da aldada bilər" deyimi yada düşür. 


Səhnə əsərinin finalı xoşbəxt sonluqla bitir. Tamaşaçıların alqışları zamanı aktyor Boris Qrafkin: "Əgər xoşunuza gəldisə, yenidən təşrif buyurun. Şad olarıq" səslənməsindən sonra, Əməkdar artist Rauf Babayev də üzünü tamaşaçılara tutaraq: "Möcüzələrə inanırsınızsa, yenidən gəlin" çağırışıyla zalda əyləşənlərdən daha gurultulu alqışlar qopardı...


Görkəmli ABŞ yazıçısı Albert Payk deyir:


"Özümüz üçün etdiklərimiz bizimlə birlikdə ölər. Başqaları və dünya üçün etdiklərimiz sonsuza qədər yaşayar". 


Emin Sabitoğlu 23 ildi dünyamızdan köçüb. Amma sənətkarımızın "Bir dəfə Bağdadda" operettası hər dəfə səhnədə nümayiş olunduqca, bəslədiyi mahnılar, saundreklər dinlənildikcə bəstəkarımız da daim yaşayacaq...


ABDULLA İSMAYILOĞLU

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümün açılışına hazırlaşır.

    Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümün ...

    9-09-2016, 17:47

  • 
  • Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd olundu

    Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd ...

    10-03-2017, 21:36

  • 
  • ADMİU-nun “Bremen musiqiçiləri” tamaşası nümayiş olunacaq

    ADMİU-nun “Bremen musiqiçiləri” tamaşası nümayiş ...

    24-01-2019, 17:09

  • 
  • Əməkdar artist baba oldu

    Əməkdar artist baba oldu ...

    27-10-2015, 15:56

  • 
  • Mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI

    Mədəniyyət xadimlərinə fəxri adlar verildi - ...

    30-12-2015, 23:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu