GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Təbriz Universitetinin Azərbaycan bölməsində dərslər dayandırıldı... Rejimin yeni çöküş təzahürü...

Təbriz Universitetinin Azərbaycan bölməsində dərslər dayandırıldı... Rejimin yeni çöküş təzahürü...

Tarix: 31-05-2023, 15:32 Bölmə :Cəmiyyət Baxış: 183

Təbriz Universitetinin Azərbaycan dili və ədəbiyyatı bölməsinin tələbələri dərsləri dayandırıb. Bu barədə onlar sosial mediada paylaşım ediblər.

Tələbələr bildirib ki, universitet rəhbərliyi, fars dili və ədəbiyyatı bölməsinin məsulları bir çox məsələlərdə, o cümlədən azərbaycan dili və ədəbiyyatı bölməsinə mütəxəssis kadrların cəlb olunmasına müdaxilələr edirlər.

Qeyd edilib ki, problemlər həll olunana və tələblər yerinə yetirilənə qədər tələbələr aksiyanı davam etdirəcək. Məlumat üçün bildirək ki, Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı bölməsi 2016-ci ildə yaradılıb. Lakin bölmə bugünə kimi davamlı problemlər və maneələrlə üzləşib. Onsuz da çox sayda tələbənin oxumasına imkan verilməyən bölməyə azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis kadrların işə götürülməsinə maneçilik törədilib.

O da bildirilir ki, müraciət edənlərin çox olmasına baxmayaraq, bölməyə illik məhdud sayda, yalnız 20-30 arası tələbənin cəlb olunmasına icazə verilir.

Mütəxəssis kadrların və azərbaycan dili və ədəbiyyatı müəllimlərinin Azərbaycan Respublikasından çağırılması ilə bağlı təkliflərə isə laqeyd yanaşılır.

  • “İran hakimiyyəti azərbaycan dili və ədəbiyyatı fakültəsini bağlamaqla tələbələrin etiraz aksiyasında iştirakının heyfini çıxır”

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 1946-cı ilin iyununda Təbrizdə ilk milli universitet açıldı. Həmin universitetdə tədris azərbaycan dilində aparılırdı: “Eyni zamanda, həmin universitetdə azərbaycan dili və ədəbiyyatı fakültəsi də mövcud idi. Həsən Ruhani hakimiyyətə gəlməzdən öncə Təbrizdə belə fakultənin açılmasına icazə verdi. Fakultə açıldı və tələbələr böyük həvəslə həmin ixtisasda təhsil almağa başladılar. Məlumdur ki, İranda azərbaycan türkcəsində təhsil ocağı yox idi. Ancaq Təbriz universitetində azərbaycan dili və ədəbiyyatı tədris olunurdu. İran hakimiyyəti isə son zamanlar bu fakültənin bağlanması istiqamətində fəaliyyətini artırıb. Məlum fakültənin bağlanmasına səbəb isə ora azərbaycan türkcəsi ilə əlaqəsi olmayan müəllimlərin cəlb edilməsidir. Bundan başqa, fakültəyə İran təhlükəsizlik orqanlarının təmsilçilərinin nəzarət etməsidir. Yəni bu fakültə İran təhlükəsizlik xidmətinin nəzarətindədir. 

Bundan başqa, İran tərəfi iddia edir ki, azərbaycan türkcəsini bilən müəllimlər Azərbaycan Respublikasından cəlb olunmamalıdır. O fakültəyə dərs demək üçün Şimali Azərbaycandan müəllimlər o halda cəlb edilə bilər ki, İran tərəfinin də dini təriqət yönümlü müəllimləri Azərbaycanın dini təmayüllü universitetlərində dərs demiş olsun. İran tərəfi məsələni bu cür məntiqsiz qoyur”.

S.Soltan onu da əlavə etdi ki, İran hakimiyyəti öz vətəndaşının konstitusion hüququnun təmin edilməsi üçün başqa bir dövlətlə şərtlə danışır. Halbuki, İranın Ana Yasasında ana dilində təhsilə dair maddə təsbit olunub. İran Ana Yasasının 15-ci maddəsi 19 cu maddəsi dil və milli birliklə bağlıdır.

Həmsöhbətimizin sözlərinə görə, son zamanlar İranda keçirilən aksiyalarda tələbələr iştirak edib. Həmin aksiyalarda iştirak edənlər arasında Təbriz universitetinin tələbələri də olub. İran hakimiyyəti azərbaycan dili və ədəbiyyatı fakultəsini bağlamaqla tələbələrin etiraz aksiyasında iştirakının heyfini çıxır. Onu da deyim ki, İran Ana Yasasında vətəndaşların sərbəst toplaşması, milli bərabərliyi nəzərdə tutulub. İran hakimiyyəti isə azərbaycan türkcəsi fakültəsinə belə kobud müdaxilə etməklə öz Ana Yasalarına qarşı çıxmış olurlar”.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranın bu universitetində Azərbaycan dilinin tədrisinə icazə verildi

    İranın bu universitetində Azərbaycan dilinin ...

    8-01-2017, 21:28

  • 
  • Azərbaycanla bağlı inqilaba bərabər qərar

    Azərbaycanla bağlı inqilaba bərabər qərar ...

    14-08-2016, 15:13

  • 
  • Fars rejiminin nöfbəti həyasızlığı

    Fars rejiminin nöfbəti həyasızlığı ...

    17-02-2013, 11:27

  • 
  • Məhəbbət Vəliyeva necə alim olub?

    Məhəbbət Vəliyeva necə alim olub? ...

    21-09-2020, 16:21

  • 
  • Azərbaycanda tərcüməçilərin elektron bazası yaradılır

    Azərbaycanda tərcüməçilərin elektron bazası ...

    22-05-2016, 10:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu