Ölkə başçısı İlham Əliyevin müvafiq göstərişlərinə əsasən respublikamızın hər yerində olduğu kimi Gəncədə də dövlət qurumları mütamadi olaraq şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşür, onların müraciətlərini dinləyir, onları narahat edən məsələlərin həlli istiqamətində lazımi tədbirlər görür.
Niyazi Bayramov özü də Qarabağ qazisi olduğundan qazilərə, şəhid ailələrinə, veteranlara xüsusi diqqət və qayğı göstərir. Onların heç bir müraciətini geri çevirməyən Niyazi müəllim öz səlahiyyətləri çərçivəsində bu kateqoriyadan olan insanlara hər cür köməklik göstərir. Ona görə də Niyazi Bayramov bir icra başçısı kimi bütün müsbət insani keyfiyyətlərinə görə hər kəsin, eləcə də Gəncə şəhər sakinlərinin böyük hörmətini qazanıb.
Bu günlərdə Gəncədə Gəncə Şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün bayram tədbiri keçirildi. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və övladları iştirak etdilər. Niyazi Bayramov şəhid övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etdi, onlara xoşbəxt gələcək və təhsillərində uğurlar arzuladı. Niyazi Bayramov qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çox uğurla davam etdirilir. Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi, müstəqil Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olub.
Şəhid ailələri göstərilən hərtərəfli qayğı və diqqətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Sonra uşaqlar üçün əyləncəli-musiqili proqram nümayiş olundu, onlara hədiyyələr verildi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?