SSRİ dağıldıqdan sonra 71 il ərzində Azərbaycanda sosializm adı ilə mövcud olmuş Dövlət Quldarlığı quruluşunun vəhşətli eybəcərliklərini yaşamış xalq artıq əsarətdən qurtarıb azad həyat sürəcəyini hesab etsə də ötən 32 il ərzində bu azadlığın konkret məzmununun nədən ibarət olduğunu və bu azadlığı hansı üsul və vasitələrilə qurmaq mümkün olması barədə hələ səthi də olsa təsəvvürə malik deyil. Buna görə xalqı suçlamaq da mümkün deyil. Çünki, biz xalq dedikdə ölkə vətəndaşlarını toplum halında, onun şüur, savad səviyyəsini isə orta, ictimai şüur olaraq nəzərdə tuturuq. Əgər nəzərə alsaq ki, Azərbaycan əhalisinin 100 il bundan öncə hər 5 kənddə adi məktubun mətnini oxuyabiləcək bir neçə nəfər tapmağın ancaq mümkün olduğunu, min ildən çox bir müddətdə onların beyninə, şüuruna total şəkildə elm adı ilə ancaq dini ehkamlar yeridildiyini, 1920-ci ildən bəri ölkəni Rusiyanın yenidən işğal edərək, ölkədə qurduqları Dövlət quldarlığı quruluşunu "sosializm", ölkə ərazisində mövcud olmuş müxtəlif idealist dinləri və onların təriqətlərini qadağan edərək, əvəzinə insanların beyninə, şüuruna elm adı ilə materialist din olan «bolşevizmin» ehkamlarını yeritmişlər, bu vəziyyət çox təbii haldır. Bu da aksiomadır ki, hər bir cəmiyyətdə mövcud olan ideologiya, ictimai fikir, fəlsəfi düşüncə sistemi ancaq həmin cəmiyyətdə mövcud olan dövlət quruluşunun məzmununa, mahiyyətinə, məqsəd və mənafeinə uyğun olduğu hallarda onun təşkilati mövcudluğuna, tədrisinə və təbliğinə dövlət tərəfindən icazə verilərək, dəstəklənir. İnsanların, bütövlükdə cəmiyyət və bəşəriyyətin həyat səviyyəsini yaxşılaşdıra biləcək, yeni reallıqlar yaratmağa qadir olan maddi, texniki, ictimat yenilikləri cəmiyyətin mövcud ictimai şüurundan daha yüksək şüura, savada, biliyə malik olan ayrı-ayrı insanlar kəşf, ixtira və tətbiq edir ki, bunlar adətən alim, ixtiraçı adlandırılır. Əlbəttə ki, bunların sayı hər bir cəmiyyətdə çox az olur. Zehni, biliyi ictimai şüur səviyyəsində olub, xalq adlandırılan kütləyə onların arasında, cəmiyyətdə mövcud ictimai prossesləri düzgün dərk edərək bu prosseslərin real məzmununu, mahiyyətini kütləyə aydınlaşdırır. Yəni, kütlənin zehni, şüuru üçün ictimai proesslərdəki qaranlıq məqamları obyektiv işıqlandırır ki, bu təbəqə də ziyalı adlandırılır. Məqalənin məzmununa keçməkdən əvvəl bir neçə məsələni hansı anlamda gördüyümü izah etdim ki, oxucu yazımın mahiyyətini obyektiv olaraq başa düşsün. Bir sıra dəyərli elmi tədqiqatların müəllifi olan, AMEA-nın fəlsəfə institutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin «Türküstan» qəzetinin 25 oktyabr və 01 noyabr 2022-ci il saylarında dərc edilmiş «Mütərəqqi islamçılıq və islam millətçiliyi nəzəriyyəsi» adlı məqaləsində olan bəzi terminləri düzgün qiymətləndirməməsi və islam dininin hökmən bizim milli ideologiyamızın «ayrılmaz» və «toxunulmaz» hissəsi olmalı olduğu barədə əsassız iddiası ilə əlaqədar «Mütərəqqi islamçılıq və islam millətçiliyi nə deməkdir?» adlı yazımda bu suallara aydınlıq gətirmişdim. «Türküstan» qəzetinin 23 may 2023-cü il tarixli sayında Faiq bəyin «Din, məzhəb adı altında Azərbaycanda xarici təsirlər» adlı məqaləsində irəli sürdüyü fikirlər, anlayışlar məni bir daha onun bu məqaləsindəki anlaşılmazlıqlara aydınlıq gətirməyə sövq etdi.
İlk növbədə müləlifin «ziyalı» anlayışını hansı məzmunda təqdim etməsinə baxaq. O yazır ki, – «Bütün hallarda hansı kimliyi çox ifadə etməsindən asılı olmayaraq ziyalılar bir toplunmda mühüm yerə malikdir. Çünki, ziyalı demək, mövqe demək, nüfuz demək və millətin siması deməkdir. Bu mənada hər bir cəmiyyətdə ziyalı nüfuzunun hansı səviyyədə olması, həm də onun milli şüurunun göstəricisidir. Əgər cəmiyyət arasında ziyalı yüksək nüfuza malikdirsə, milli şüurun formalaşması prossesində aparıcı yer tutacaqdır. Ancaq hər hansı toplumda ziyalının nüfuzu istənilən səviyyədə deyilsə, o zaman milli şüurun formalaşması prossesi həm ləng gedəcək, həm də ciddi problemlərə yol açacaq».
Göründyü kimi müəllif ziyalı anlayışının mahiyyətini mövqe, nüfuz, millətin siması kimi təqdim edərək, ziyalının səviyyəsini milli şüurun göstəricisi hesab edir. Həm də ziyalının toplumdakı nüfuzunun səviyyəsini milli şüurun formalaşmasının əsası olaraq qəbul edir. Müəllifin ziyalı anlayışının mahiyyətinə yanaşması istər-istəməz «Azadlıq» qəzetinin 3-10 yanvar 1991-ci il sayında Əbülfəz Elçibəyin «Ən kəsə yol» məqaləsində ziyalı anlayışına yanaşmasını xatırladır. E.Elçibəy yazırdı, – «Ziyalı elmdə, incəsənətdə, mədəniyyətdə müəyyən yaradıcılığa malik və ardıcıllar yetişdirən, xalqın (yaxud millətin) təhlükəyə düşəndə ön cərgədə dayanan, onun qabağında gedən adama deyirlər» və «Yarımziyalılar xalqa yaxın gəlib tezliklə ziyalı mövqeyi tutacaqlar», iddiası ziyalı anlayışının mahiyyətinə F.Ələkbərli ilə eyni yanaşmadır. Ziyalı anlayışına belə yanaşma sonra Faiq bəyin ziyalı üçün nəzərdə tutduğu funksiyada aydınlaşır. O yazır, – «Fikrimizcə ziyalılar bir növ hakimiyyətlə xalq arasında mühüm bir bağdır. Ziyalı kütlənin zərərli olmayan istəklərini hakimiyyətə çatdıraraq qəbul etdirməklə yanaşı, zərərli olanları da kənarlaşdıra bilər. Bunun üçün ziyalının kütlə üzərində nüfuzu olmalıdır… bu baxımdan hakimiyyət çalışmalıdır ki, cəmiyyət daxilində ziyalının müəyyən nüfüzü olsun… Əgər hakimiyyət ziyalıya layiq olduğu dəyəri verərsə, kütlə də bunu görəcək və nəticə çıxaracaqdır». Yəni, əslində müəllif ziyalının funksiyasını Bəylə gəlin arasında yengə, hakimlə təqsirləndirilən şəxs arasında alver vasitəçisi, alıcı ilə satıcı arasında dəllal statusunda görür.
Müəllifin ziyalıları növlərə bölməsində də məsələyə Elçibəy yanaşması özünü biruzə verir. Belə ki, Elçibəy ziyalıları ziyalı və yarımziyalılara bölürdü. Hansı ki, ziyalı yarım ola bilməz. Əyər insan problemi, yəni, mahiyyəti, məzmunu insanlara məlum olmayıb, onlara qaranlıq qalan məsələni obyektiv aydınlaşdırıb, hamının onu görə, dərk edə bilməsi üçün işıqlandıra bilirsə, o həmin məsələdə ziyalıdır. Məsələni hansı miqyas, üsul, forma və dərəcədə aydınlaşdırması onun ziyalılıq dərəcəsini, miqyasını sübut edir. Məsələnin hansısa bir hissəsini düz, bir hissəsinin əyri aydınlaşdıran kəs, ziyalı nə də yarımziyalı ola bilməz. Çünki, alınan nəticə heç vaxt obyektiv ola bilməz. Faiq bəy də ziyalıları sahələr üzrə üç növə ayırır. «Milli ziyalı», «Dini ziyalı» və «Bəşəri ziyalı».
Birincisi, alim filosof olaraq Faiq bəy bilməlidir ki, fəlsəfənin fərdi, xüsusi, ümumi kateqoriyaları var. Milli anlayışı da bəşəri anlayışının tərkib hissəsi olmaq etibarilə fəlsəfənin bəşəri (ümumi kateqoriyası), milli isə fəlsəfənin xsusi kateqoriyasına aiddir. Yəni, milli və bəşəri anlayışları bəşəri olmaqla eyni mahiyyətə, növə aiddir. Din isə nə milli, nə də bəşəri deyil. Əgər müləlif ziyalıları bəşəri və dini ziyalı növlərinə ayırsaydı yenə də bunu müəllifin bir-birinə antoqonist ziddiyyət təşkil edib, bir-birini qəti istisna edən iki dünyagörüşünü müqayisə etmək istəməsi kimi dəyərləndirmək olardı. Yox, əyər müəllif ziyalıları həyatda mövcud olan təbii, ictimai sahələr üzrə bölgüsünü aparırsa onda ziyalıların növləri təbiət və cəmiyyətin sonsuzluğa yaxın, mövcud çoxsaylı sahə və prosseslər üzrə «ixtisaslara» bölməlidir. Çünki, ziyalıların ixtisas və fəaliyyətləri onun üç növ olaraq nəzərdə tutduğu sahələr ilə məhdudlaşmır. Müəllif yazır; – «Fikrimizcə, toplumun müxtəlif təbəqələri arasında ziyalılıq bu meyillənmələrə görə müəyynələşdirilə bilər. Yəni, ziyalının əsil simasının müəyyənləşməsində ictimai şüurunun daha çox dini, milli və yaxud da bəşəriliyin üzərində köklənməsindən asılıdır. Belə ki, özündə ziyalılığa aid olan ümumi keyfiyyətləri əks etdirən aydının, cəmiyyətin taleyinə ciddi şəkildə təsir göstərə biləcək hər hansı önəmli məsələ ilə bağlı tutduğu mövqeyi onun əsil simasını müəyyənləşdirir. Xüsusilə, son addım atılarkən ziyalının millətin, dinin, yoxsa bəşəri dəyərlərin çıxarlarından çıxış etməsi mühüm bir nöqtədir. Çünki, ziyalı istər-istəməz bəzən bunlardan birini nisbi də olsa, irəli çəkmək məcburiyyətindədir».
Birincisi, ayrılıqda götürülmüş bir nəfərin ictimai şüuru ola bilməz. İctimai şüur müəyyən toplumun bütövlükdə, cəm halında götürülmüş şüurdur. Ayrıca götürülən bir şəxsin həyatda baş verən bütün prosseslərə münasibətinin xarakterində ifadə olunan fikirləri onun ümumi şüur səviyyəsini, ayrı-ayrı təbii, ictimai, iqtisadi, tarixi və s. məsələlərə aid fikirləri isə, bu sahələr üzrə onun şüurunun səviyyəsi və xarakterini ifadə edir. Yəni, bir insanın ictimai prosseslərə aid fikir və münasibətinin xarakteri onun bu sahədə şüur səviyyəsini, ziyalı olub-olmamasını göstərir.
İkincisi, nəinki milli məsələlərdə, həyatda mövcud olan, yeni yaranan prosses və hadisələr haqqında nisbi də olsa milli, dini, bəşəri dəyərlərin birini nisbi də olsa məcburən irəli çəkməsi, ümumiyyətlə dini və bəşəri, o cümlədən milli dəyəri eyni zamanda bir insanda mövcud olması, birmənalı olaraq onun ziyalı olmadığını sübut edən amildir. Yəni, bunların üçü də real olaraq onda yoxdur. Bu amillər həmin insan üçün öz şəxsi məqsədlərini reallaşdırmaq məqsədilə hər anda mövcud olan situasiya və siyasi konyekturadan asılı olaraq istifadə, daha doğrusu sui-istifadə etmək vasitəsidir.
Müləlifin «kəşf» etdiyi «milli ziyalı», «dini ziyalı», «bəşəri ziyalı» terminlərə gəldikdə isə hansı sahədə mövcud olmasından asılı olmayaraq cəmiyyətdə qaranlıq olan məsələlərə, o cümlədən milli məsələlərə aydınlıq gətirən ziyalı milliyyət etibarı ilə türkdürsə, o türkün «milli» ziyalısıdır. «Bəşəri ziyalı» da, milli məsələlər də daxil olmaqla, heç bir məntiqi və faktiki sübutu olmayan, uydurma ehkamlar deyil, obyektiv elmi üsul və vasitələrlə mövcud məsələlərə aydınlıq gətirirsə, o insan ziyalıdır və bu halda bəşəri sözünün istifadə edilməsi yersizdir. Çünki, elm, bəşəri də özündə ehtiva edən təbii məsələlərin çözülüb aydınlaşdıraraq, həqiqəti, reallığı özündə güzgü kimi əks etdirən yeganə vasitədir. Milli məsələlərə aydınlıq gətirən şəxsin məhz milli məsələlərə aydınlıq gətirdiyinə görə onun «milli ziyalı» adlandırılması, aydınlaşdırılan sahənin mahiyyətinin bu şəxsin milliyyətinə şamil edilməsi, məsələnin mahiyyəti ilə bərabər bu ifadəni də saxtalaşdırmış olur.
İndi isə «dini ziyalı» ifadəsinə baxaq.
Bəşər tarixində elə bir din mövcud olmayıb və bu gün də yoxdur ki, onun real, obyektiv maddi və ya mənqtiqi əsasları mövcud olsun. Forma və bəzi məzmun müxtəlifliyinə baxmayaraq bütün dinlər təbiəti və insanları allahın yaratdığı, təbiətdə, cəmiyyətdə baş verən bütün prosses və hadisələri ən xırda hissəciklərinə qədər allahın özü tərəfindən, öz istəyinə uyğun idarə etdiyi, bu dinlərin məzmun və mahiyyətini təşkil və xarakterizə edən ehkamlar toplusunu (Zəbur, Tövrat, İncil, Quran) bu dinlərin müəlliflərinə məhz Allahın göndərdiyi iddia olunur. İstisna edilmədən bütün dinlərin müəllifləri də irəli sürdükləri ehkamların obyektivliyini sübut etmədən insanlardan bütün bunların həqiqət olduğunu kor-koranə qəbul etməyi tələb edir. Bunların arasında irəli sürdüyü ehkamları qəbul etməyənləri ən çox cəza ilə hədələyən islam dinidir. Hələ eramızdan min illər öncə mövcud olmuş, bu günkü insanların biliyi, şüur səviyyəsi ilə müqayisədə vəhşi varlıq olanların çoxunun belə qəbul etmədiyi bu ehkamları bu gün də insanları toplum halında idarə etmək vasitəsi kimi istifadə edirlər. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da dinin təşkilati mövcudluğu, onun tədrisi, təbliğinin səbəbi də məhz budur. Bu məsələdə bir neçə önəmli məqam mövcuddur. Bunlardan birincisi, bu din sistemlərinin əsas bünövrə elementi, bütün insanların hər şeyə qadir, təbiəti, o cümlədən insanlar da daxil olmaqla bütün canlıları yaradıb, öz istəyi və iradəsinə uyğun idarə edən, bu mütləq və əbədi varlığın qulu olması və onun ancaq bu dini sistemlərin yaradıcıları ilə, heç bir digər şahid, sübut və s. olmadan təmasda olaraq, fikirlərinin, sözlərinin onlar vasitəsilə insanlara çatdırması, eləcə də bütün insanların bu fikir və sözləri qeyri-şərtsiz, heç bir məntiqi, faktiki sübut olmadan qəbul etməli olduğu iddiasıdır. İkinci məqam da bundan ibarətdir ki, bütün dinlər yarandıqları konkret məkan və zaman daxilində mövcud olmuş sadə insanlarla hakimiyyət arasında mövcud olmuş münasibətləri güzgü kimi əks etdirir. Lakin zaman keçib, cəmiyyət inkişaf edib, şərait dəyişdikcə bütün dinlərin daşıyıcıları bu dinlərin insanların daha qəbul etməyəcəkləri eybəcər, qeyri-insani məzmun elementlərini, faktlarını gizlədərək, yeni nəsillərə onları humanist, müsbət, müasir tələblərə cavab verib, cəmiyyətdə bu günə mövcud olan çatışmazlıqları aradan götürə biləcək amil kimi təqdim edirlər.
Məsələn, «Hürriyyət» qəzetinin 28 mart 2023-cü il tarixli sayında ilahiyyat üzrə fəlsəfə elmləri doktoru Əfzələddin Rəhimli adlı müəllifin «İnsanlığa çağırış» (Məhəmməd peyğəmbərin «Şabaniyyə xütbəsi» adlı məqaləsi də bu qəbildəndir). Müəllif Məhəmməd peyğəmbərin Ramazan ayının gəlişi münasibətilə oxuduğu «Şabaniyyə xütbəsi»nin bir hissəsini oxucuya təqdim edərək yazır, – «Bu ayda siz Allahın qonaqlığına dəvət olunaraq, Allahın lütf və mərhəmətinə layiq görülmüsünüz… Ramazan ayında ac-susuz qalaraq Qiyamət gününün aclıq və susuzluğunu yada salın». Müəllif bu xütbəni bəşəriyyətin əmin amanlığına və insanlığa xidmət edən ali-mənəvi xüsusiyyətlərə tövsiyə kimi qələmə verir.
Birincisi, bəşər yarandığı gündən nəinki Ramazan ayında, hətta nə vaxtsa, kiminsə Allahın, nə özünün, nə də kiminsə onun qonaqlığında olması barədə heç bir real fakt və ya sübut olmayıb və bu gün də yoxdur. Həm də bu qonaqlıqda əlli-altmış dərəcə isti və ya şaxtada böyük güc, enerji, diqqət tələb edən və insanların real həyatının təminatı olan istehsal, xidmət sahələrində çalışdığı halda, gün ərzində bu enerjini, gücü yaradan yeməyi, hətta bir qurtum su içməyi belə qadağan edən çox əcaib bir qonaqlıqdır.
İkincisi, Allahın lütf və mərhəmətinə kiminsə layiq görüldüyü və bunun hansı üsul və mexanizm vasitəsilə reallaşdırıldığı barədə də boş iddialar indiyədək heç nə ilə sübut olunmayıb.
Üçüncüsü, Ramazan ayında ac-susuz qalaraq Qiyamət gününün aclıq və susuzluğunu yada salmaq Qiyamətin (əyər olacaqsa) baş verməsinin qarşısını alacaqmı? Və Qiyamətin baş verməsinin səbəbini islamın müəllifi Məhəmməd quranda necə izah edir? Ərəb və ingilis dilində olan Quranı tərcümə edənlərin Məhəmmədin türkləri təhqir etdiyi ayələri, hədisləri, eləcə də 670-740-cı illər arasındakı dövrlərdə türklərə qarşı törətdikləri genişmiqyaslı qətliam və digər cinayətləri heç vaxt tərcümə etmirlər.
Məsələn Məhəmməd qiyamətin qopmasını, yəni baş verməsini türklərlə savaşmaqda görür, – «Müsəlmanlar, keçi ayaqlarıyla və qıldan qayrılma ayaqqabılar geyən, qulaqları çəkiclə əzilmiş kimi düz olan, kiçik gözlü, kilitli qalxan üzlü, burunları yastı türklərlə savaşmadıqca qiyamət qopmayacaq». (GİG TV, sunnah.com, 54 və Əl-Buxarı, 2928, kitab 56, hədis 141, kitab 52, hədis 179. Müsəlmanların türklərlə savaş babı). Təkcə bu fakt, 670-740-cı illər arası 70 il ərzində ərəblərin türklərə qarşı törətdiyi vəhşi qətliam və cinayətlərinin ilhamçısının birbaşa Məhəmməd peyğəmbərin olduğunu sübut edir. Bu qətliama şəxsən özünün başçılıq edə bilməməsinin səbəbi isə onun sağ olduğu dövrdə türklərin ərəblərdən güclü olması, o öləndən sonra ərəblər gücləndiyi zaman onun arzusunu davamçılarının həyata keçirdiyini sübut edir. Ərəblər Xeybər qalasını Məhəmmədin bilavasitə başçılığı ilə amansız döyüşlərlə aldıqdan sonra şəxsən onun göstərişi ilə qalanın qocalardan, qadınlardan, uşaqlardan ibarət 800 (səkkiz yüz) nəfər dinc sakininin əvvəlcə qollarını, ayaqlarını kəsib, gözlərini çıxardıqdan sonra başlarını kəsib qətlə yetirildiyi və digər real faktlar mövcuddur. Başqa çoxlu sayda olan belə faktları nəzərə almasaq belə, təkcə bu faktlar Məhəmmədin vəhşi, qeyri-insani xislətini birmənalı olaraq sübut edir.
«Hürriyyət» qəzetinin 28 mart 2023-cü il tarixi sayında «ilahiyyat üzrə fəlsəfə doktoru» Əfzələddin Rəhimli adlı müəllifin «İnsanlığa çağırış» adlı məqaləsində Məhəmmədin atası öldükdən sonra onu himayə edib böyütmüş əmisinin oğlu, həm də Məhəmmədin qızı Fatimənin əri, Məhəmməd öldükdən sonra onun yerinə keçərək Xəlifə olmaq uğrunda illərlə mübarizədən sonra 656-cı ildə Məhəmmədin şəxsi katibi olmuş Zeyn ibn Zabitin hazırladığı quranı oxuduğu zaman xəlifə Osman ibn Əffanı öz adamlarına öldürtdürərək 661-ci ilə qədər xəlifəlik etmiş Əlinin sözlərinə əsaslanan Məhəmməd peyğəmbərin «Şəbaniyyə xütbəsini» Məhəmmədin bəşəriyyəti sülh və əmin-amanlığa xidmət edən ali-mənəvi xüsusiyyətlərə tövsiyə etdiyini qeyd edir.
Əgər, Məhəmmədin bilavasitə başçılıq etdiyi döyüşdə öz vətənini, qalasını ərəb işğalçılarından müdafiə edən yəhudiləri qətlə yetirib, qalanı işğal etdikdən sonra, qalanın dinc əhalisi olan qocaların, qadınların, uşaqların işgəncə verərək öldürülməsini əmr edən, xələflərinə özünün türklərə bəslədiyi nifrəti ifadə edən tərzdə, «türklərlə savaşmadıqca qiyamət qonmayacaq» vəsiyyəti və fətfası, onun başqalarına qarşı etdiyi çoxsaylı, irimiqyaslı cinayətləri belə nəzərə almadan onun sülh, əmin-amanlığa, xeyirxahlığa xidmət edəcək bir insan ola biləcəyi imkanını birmənalı olaraq istisna edir.
Bütün canlılar, o cümlədən bəşər övladı dünyaya gəldiyi ilk andan azadlığa can atır. Həqiqətdə də müstəqil düşüncə, hərəkət, yaradıcılıq azadlığı olmayan qul, təhkimli, nökər, heç zaman özünə, cəmiyyətə, ümumilikdə bəşəriyyətə böyük xidmət edə, fayda verə bilməz. «Şabaniyyə xütbəsində» də Məhəmməd insanları insanlığa sülhə çağırmaq deyil qul olmağı tövsiyə edir. O deyir, – «Günahlarınızın bağışlanması üçün Tanrı dərgahına üz gətirib, tövbə edin. Hər namaz vaxtı, əllərinizi Onun qarşısında aciz qul kimi açaraq dua edin». Əyər allahın heç kimlə təması olmadığını, ancaq onunla, yəni rəsulu (nümayəndəsi) Məhəmmədlə təmasda olduğu iddiasını qəbul etsək, o, insnaların faktiki olaraq özünün qulu olmasını iddia edir və bu məqsədlə hətta onları cəhənnəm əzabı ilə hədələyir. Deyir ki, – «Bilin ki, Uca Yaradan namaz qılanları, səcdə edənləri əzaba düçar etməyəcəyinə və onları (həqiqi namaz əhlini) Qiyamət günü əməlləri hesab-kitab verdiyi zaman cəhənnəm əzabı ilə qorxutmayacağına söz vermişdir… Ey camaat! Bu ayda behiştin qapıları açıqdır. Allahdan istəyin ki, bu qapıları sizin üzünüzə bağlamasın! Və həmçinin Cəhənnəmin qapıları da, bu ayda bağlıdır. Allaha yalvarın ki, onun qapılarını sizin üzünüzə açmasın. Bu ayda şeytan zəncirlənmişdir. Allaha iltimas edin ki, onu sizə hakim etməsin».
Məhəmmədin xütbəsinin bu hissəsində o cəmiyyəin, insan toplumlarının idarə edilməsində geniş istifadə edilən siyasətdən alverçi ustalığı ilə istifadə edir. Bir əlində yağlı tikə, bir əlində qırmanc, ədalətsizliyə boyun əyənə zəngin həyat, haqq səsini ucaldana işgəncə, zindan, dar ağacı üsulu ilə nəinki Məhəmmədin dövründən qabaq, insanların ictimai şüururunun bu günkü toplumların ictimai şüur səviyyəsi ilə müqayisədə vəhşi insan şüuru sayılacaq bir şəraitdə, hətta ictimai şüurun, elm və tərəqqinin bu günkü səviyyəsi şəraitində də dünya ölkələrinin hamısında cüzi fəqlə geniş istifadə edilir. Bu üsul nəinki, dini əsaslarla, eləcə də dünyəvi əsaslarla idarə edilən dövlətlərin cəmiyyətinin idarə edilməsinin əsas üsuludur. Yeri gəlmişkən bu günlərdə Güney Azərbaycan milli azadlıq mübarizəsinin önəmli simalarından olan, ABŞ vətəndaşı olaraq ABŞ yaşayan ƏHMƏD OBALI və oğlu DƏNİZ altı nəfər şovinist fars faşizminin nümayəndələri tərəfindən vəhşi terrora məruz qalmışdır. Bu gün ABŞ-da yaşayan bala Pəhləvinin babası və atası 53 il ərzində bu gün İran adlandırdıqları ölkə əhalisini dilənçi vəziyyətində saxlayaraq ölkədən taladıqları yüzlərlə milyard var-dövləti götürüb 1978-ci ildə ABŞ-a qaçaraq ailəliklə orada yaşayır. Ondan sonra hakimiyyətə gələn mollalar Rusiya və Fransanın himayəsinə sığınaraq ABŞ və İngiltərə ilə münasibətlərini pozub, ətraf ərəb ölkələrində şiəlik şüarı altında böyük hərbi birliklər yaraıb, həm də Ukraynadakı müharibədə Rusiyaya önəmli yardım edib, həmin ərazilərdə ingilislərin nəinki taktiki, hətta strateji siyasi, iqtisadi, hərbi maraqlarına ciddi təhlükə yaradıblar. Bu təhlükənin zirvəsi isə Tehranın molla rejiminin nüvə silahı əldə etməsinin bir addımlığına çatması oldu. Buna görə ABŞ Tehranın molla rejimini devirib, yerinə ingilis ağalığını qeyd-şərtsiz qəbul edən bala nökərçə Rza Pəhləvini hakimiyyətə gətirmək üçün ciddi tədbirlər görməyə başladı. Uzun illər ABŞ-da yaşayıb Güney Azərbaycan və İran adlanan ərazidə öz milli torpaqlarında yaşayan türklərin istiqlalı və milli hüquqları uğrunda aktiv mübarizə aparan Əhməd Obalının fəaliyyəti ABŞ-ın dövlət və milli maraqları ilə üst-üstə düşdüyündən Əhməd Obalının fəaliyyəti ABŞ dövləti tərəfindən dəstəklənir və onun şəxsi təhlükəsizliyi qorunurdu. Rza Pəhləvinin hakimiyyətə gətirilmək planı işə düşdükdən sonra, ən azından Güney Azərbaycanın istiqlalı əldə edilməklə Türkiyə, Azərbaycan və Orta Asiya türklərinin həm ərazi, həm də milli kimlik baxımından birləşərək, dünyada baş verən taktiki, strateji siyasi, hərbi, iqtisadi prosseslərə ciddi təsir göstərə biləcək TÜRK GÜCÜNÜN yaranmasının qəti əleyhinə olan dünya gücləri, o cümlədən ABŞ-ın dövlət və milli maraqları ilə Əhməd Obalının fəaliyyətinin mahiyyətinin ziddiyyət təşkil etməsi ortaya bir çox suallar qoyur.
Birincisi, istər şahlıq, istərsə də molla hakimiyyəti dövründə hakim təbəqələrin övladları, məxfi dövlət orqanlarının xüsusi nümayəndələri böyük həcmli kapitalları ilə birlikdə bir çox ölkələrdə, xüsusilə ABŞ, Fransa kimi ölkələrdə yerləşdirilib. Lakin onların heç biri, hətta molla rejiminin məxfi orqanları ABŞ ərazisində ABŞ dövlət orqanlarının susqun razılığı olmadan belə bir terror aktını həyata keçirməyə cürət edə bilməzlər. Belə ki, bu onlar üçün çox ağır nəticələrə başa gələr. Əhməd Obalıya və oğluna qarşı törədilən bu vəhşi terrorun baş verməsində ABŞ məxfi orqanlarının əli olub-olmadığı və kimlər tərəfindən icra edilməsi aparılacaq təhqiqatın məzmun və keyfiyyətindən, cinayətkarların cəzalandırılmasının xarakterindən aydın olacaq.
İndi isə qayıdaq Məhəmmədin «Şabaniyyə xütbəsinin» məzmununda «allahın», əslində isə Məhəmmədin Qiyamətin baş verməsi məsələsinə yanaşması, bu anlayışın, eləcə də Cənnət-Cəhənnəm anlayışının Məhəmməd üçün uydurma alver, insanları özünə tabe etmək üçün şirnikləndirmə-hədələmə vasitəsi olduğunu sübut edir. Məhəmmədin Qiyamətin başlanması vaxtını ərəblərin türklərlə savaşa başlayacağı gün kimi təyin edir. Məgər türklərlə savaş bitdikdən əvvəl və sonra ölən insanlar allaha «hesab-kitab» vermir? Bundan başqa əyər allah özü yaratdığı şeytanı istədiyi vaxt zəngirləyərək zərərsizləşdirə bilirsə, onda niyə onu quduz it kimi açıb insanların üstünə buraxır? Bu belədirsə, dünyada baş verən bütün alçaq əməllərin, cinayətlərin təşkilatçısı, baisi allah deyilmi? 21-ci əsrdə Azərbaycanın Mirzə Ələkbər Sabiri olan, gənc şair İbrahim Xudai bu məsələyə belə məntiqi əsasla aydınlıq gətirir:
Nə qədər gözəllik varsa, dünyada,
Allahın adına yazılmış nədən.
Nə çirkin, bəd əməl varsa söylərik,
İblisdir, şeytandır onu törədən.
Bəs çirkin əməlin kökü hardadır?
Yaradıb iblisi, şeytanı allah.
Şeytan da, iblis də günahkardısa,
Günahın banisi deyilmi allah?
Məsələnin ən pis cəhəti də budur ki, bəşəriyyətin bu günkü yüksək səviyyədə inkişaf etdiyi şəraitdə ölkəmizdə vətəndaşın iqtisadi-ictimai azadlığını təmin edə biləcək mexanizmlərin mətbuatda geniş müzakirə edilməsi əvəzinə 1400 il bundan əvvəl vəhşi insanları özlərinə qul etməyə hədəflənmiş, nəticə etibarı ilə insan alverindən də dəfələrlə qatı cinayət olan bu mürtəce ideoloji qandalın real məzmununda olub, dinin əsil mahiyyətini gizlədərək onu populist şüarlarla mədh etmək kütləvi informasiya vasitələrində, o cümlədən qəzetlərdə dəb halını alıb. Bu isə mahiyyətdə uydurmalar vasitəsilə vətəndaşları leqal və kütləvi surətdə aldadaraq şüurlarını 6-7-ci əsr həyat şəraitinin tələblərinə uyğun bu uydurmalar çərçivəsində qandallayaraq, inkişaf imkanından məhrum edilməsidir. Həm də ideoloji dələduzluğu özünə çörək ağacı edən zümrə ilə bərabər hakimiyyət piramidasında yerləşən siyasətbazların işinə yarasa da, cəmiyyətimizin və dövlətçiliyimizin bir müddətdən sonra inkişafdan geri qalaraq, inkişaf etmiş millət və dövlətlərin əsarətinə düşməyimiz üçün bizlərə sırınan gecpartlayan minadır. Bu məsələdə mövcud olan başqa iki əcaiblik də var ki, bunlardan biri ölkədə rəsmən ilahiyyət üzrə fəlsəfə elmləri doktoru, ilahiyyat elmləri doktoru kimi gülünc elmi dərəcələr təsis edilib, bu dərəcələr verilmiş adamlar vasitəislə təbliğ edilir ki, uydurmalar insanlarn nəzərində daha sanballı fikir təsiri bağışlasın. Ala-babat savadı olan hər kəsə məlumdur ki, elm ancaq real faktiki, məntiqi olan həqiqətdir. Dində isə bu xüsusiyyətlərin heç biri olmayıb, həyatda baş verən real prosseslərə daban-dabana zidd olan, min illər öncə yaşamış ayrı-ayrı şəxslərin o dövrlə məxsus inkişaf səviyyəsi və həyat tərzinə uyğun heç bir əsas ortaya qoymadan, uydurduqları şəxsi fəlsəfi düşüncələrindən başqa heç nə yoxdur. Əgər ilahi deyilən bir anlayış, varlıq mövcud deyilsə, onda elmin olması mümkün deyil. Elm olmadığı bir sahədə isə elmlər doktoru və s. elmi dərəcə necə ola bilər?
Bəşər tarixində fəlsəfə elmi sistem olaraq formalaşıb meydana gələnə, yəni, K.Marksın Hegelin dialektika sistemini Feyerbaxın materializmi ilə üzvü surətdə birləşdirib, ona dünyada baş verən prosseslərin tarixi zaman və məkan daxilində qiymətləndirilməsi zərurətini də əlavə edərək, dialektik və tarixi materializmi, elmi fəlsəfə sistemi ortaya qoyanadək, bəşər tarixinin müxtəlif dövrlərində fəlsəfi düşüncənin tanrıçılıq, dinlər və onların çoxsaylı formaları mövcud olmuşdur. Bütün bunlarla yanaşı fəlsəfi düşüncənin müxtəlif sahələrdə özünü biruzə verən elmi mahiyyətli lokal, əsasən də həyatda baş verən hadisə və prosseslərdə müəyyən anları ifadə edən fəlsəfi düşüncənin reallıqları güzgü kimi əks etdirən elmi məqamları, komponentləri də mövcud olmuşdur.
Lakin K.Marks tarixdə ilk olaraq fəlsəfi düşüncəni hadisə və prosseslərin mahiyyətinin reallığa uyğun olaraq təhlil edib, insan şüurunun reallığı düzgün dərk etməsi üçün fəlsəfi düşüncəni kompleks, bütöv bir elmi-fəlsəfi düşüncə halına gətirmişdir. Ölkədə dini uydurmaların metodiki şəkildə, inadla kütləvi informasiya vasitələrində geniş təbliğ olunmasının daha əcaib cəhəti ondan ibarətdir ki, tarix, fəlsəfə elmləri sahəsind peşəkar olaraq çalışan alimlər belə çox zaman dinin mahiyyəti, məzmunu, təyinatı, tarixdə baş vermiş prosseslərdə və bu gün cəmiyyətimizdə baş verən prosseslərdə onun yeri barədə danışarkən məsələyə naşı yanaşma nümayiş etdirir. Belə yanaşmanın nəticəsidir ki, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli «Türküstan» qəzetində çap edilən silsilə məqalələrində Şərqdə, o cümlədən Azərbaycanda tarixən baş vermiş dini prossesləri xarakterizə edərkən onun müqayisəli təhlilləri peşəkar səviyyədə olsa da, analitik təhlil aparılmalı olan məsələlərdə naşı yanaşma nəticəsində çox gülünc fikirlər əldə edir. O, «Türküstan» qəzetinin 23 may 2023-cü il sayında çap edilmiş «Çağdaş Azərbaycan tarixində islamçılıq» məqaləsində dinin mahiyyəti və istiqamətlərinə həsr etdiyi məqaləsində yazır ki, – «Məlum olduğu kimi milli özünütəyin, milli özünüdərklə bağlı ideyalar yaranana qədər din ideyası milli ideya rolunda çıxış etmişdir. Təsadüfi deyil ki, orta əsrlərdə bir çox Avropa-Qərb millətlərinin əsas milli iedyası Xristian dini olmuşdur. Qərb millətləri (fransızlar, ingilislər və s.) yalnız 17-18-ci əsrlərdən başlayaraq millət və din ideyalarını bir-birindən fərqləndirməyə başladılar. Bununla da həmin dövrdən etibarən Avropanın xristian toplumları millət olma prossesinə üz tutdular».
Birincisi, millətlər hələ ilk insan qruplarının nitq qabliyyəti sayəsində bir-biri ilə primitiv sözlərlə anlaşması dövründən yaranıb. Müxtəlif ərazidə, müxtəlif coğrafi şəraitdə və həyat şəraitində yaşayan insan qruplarının dilləri də müxtəlif olub. Yəni, bu insan qrupları müxtəlif millətlərə mənsub olub. İlk dövlətlər də hələ heç bir dinin yaranmış olmadığı, müxtəlif millətlərin arasında tanrıçılığın az-çox geniş yayıldığı dövrlərdə ayrı-ayrı MİLLİ DÖVLƏTLƏR yaranıb və mövcud olub. Həmin dövrlərdə insanlara millət anlayışı məlum olmasa da, hər bir dövlətin öz dili olub. Bu isə milli dövlətin mövcudluğu deməkdir. Dinlər isə quldarlıq dövləti yarandığı vaxt, məhz quldarlıq quruluşunda əl və ayaqlarına vurulan buxov və qandaldan başqa qulların zehnini qandallayıb onları qul sahiblərinə müti varlıqlara çevirmək zərurətindən yaranıb. Avropa millətlərinin əsas milli ideyasının Xristianlıq olmasına gəldikdə isə orta əsrlərdə Avropa milli dövlətlərinin Roma imperiyasının əsarəti altında olduğu sirr deyil. Roma Papalarının işğalçı müharibələri ilk növbədə öz ətrafında yerləşən millətlərə, fransızlara, almanlara, ingilislərə və s. qarşı aparmışdır. Bu da məlumdur ki, Roma təşkil etdiyi ilk səlib yüyürüşlərinin dördünü 1199-1204-cü illərdə elə qonşu Avropa dövlətlərinə qarşı aparmışdır. Təbiidir ki, xristian dini əsaslarına malik olan Roma Papalığının əsarətində olan milli dövlətlərin özlərinin rəsmi milli ideyası ola da bilməzdi. Elə SSRİ-nin əsarətində olan müxtəlif respublikaların müstəqil milli ideyalarının mövcud olmadığı kimi. Lakin bu, Roma Papalığının əsarətində olan millətlərlə özünüdərkin, milli özünütəyin ideyasının olmadığı anlamına gəlmir. Reallıq bundan ibarətdir ki, başqa millətin əsarətində olan hər bir millət ilk fürsət ələ düşən kimi azadlıq əldə edərək özünün müstəqil milli dövlətini qurmuşdur. Bu fakt hər bir millətdə özünüdərkin, millitəyinetmə hissinin və milli ideyasının mövcudluğunun, həmin millətə mənsub olan insanların hansı dini inancı daşıdığına heç bir dəxli olmadıını sübut edir. Avropa ərazisində yaşayan millətlərin arasında xristianlığın geniş yayılması bu ərazidə yaşayan millətlərin uzun müddət Roma Papalığının inzibati və ideoloji əsarətində yaşamasından irəli gəlib. Bu millətlərin Romanın əsarətindən xilas olduqdan sonra da onların xristian dini ideologiyasının əsarətindən 16-17-ci əsrlərə qədər qurtara bilməməsinin əsas səbəbi isə yeni yaradılan feodalizm quruluşuna malik milli dövlətlərin xristian dini əsasları ilə idarə edilərək, xristian dini rəhbərlərin bu dövlət piramidalarında aparıcı, mühüm yer tutması idi. Bundan başqa, Avropanın müxtəlif milli dövlətləri o zaman güclü türk, ərəb imperiyalarına təklikdə müqavimət göstərmək, nə də fransızlar, almanlar, ingilislər onlara vahid milli ideoloji əsasda birləşib, onlara müqavimət göstərə bilməzdi. Yeganə vasitə ümumi düşmənə qarşı bu milli dövlətlərin idarəçiliyinin və əhalisinin ideoloji əsasını təşkil edən xristian həmrəyliyi əsasında birləşməsi ola bilərdi.
16-17-ci əsrdə Avropa ölkələrində kapitalizm quruluşunun yaranması yayıldıqca artıq cəmiyyətin, o cümlədən dövlətin dini əsaslarla idarə edilməsi mümkün deyildi. Belə ki,bu quruluşun vətəndaşı özünü və əməyini inzibati cəhətdən azad elan etdiyi halda, onu daha dini əsaslarla inzibati cəhətdən əsarətdə saxlamaq mümkün olmamasından başqa, kapitalist istehsal üsulunun tələblərinə zidd idi. Məhz buna görə də kapitalizm quruluşu bərqərar olan bütün ölkələrdə dinin təşkilati mövcudluğuna toxunulmasa da, ilk növbədə dinin dövlətdən ayrı olması elan edilərək, din amilini dövlət idarəçiliyindən tamamilə uzaqlaşdırırlar. Kapitalist ölkələrində dinin təşkilati mövcudluğu dövlət üçün iki mühüm əhəmiyyətə malikdir.
Birincisi, rəsmən inzibati cəhətdən azadlıq verilmiş vətəndaşların zehnini din vasitəsilə cilovlayaraq dini təşkilatların rəhbərləri vasitəsilə, dövlətin birbaşa müdaxiləsi və iştirakı olmadan dövlətin maraqlarına uyğun idarə edilməsinə görə.
İkincisi isə xarici düşmənlərdən ölkəyə təhlükə yarandıqda, yaxud başqa dinlərin daşıyıcıları olan millətlər, dövlətlər tərəfindən onlara təcavüz edildiyi vaxtda ölkə əhalisinin xristian dini həmrəyliyi vasitəsilə ideoloji cəhətdən monolitləşdirərək onların düşmənə qarşı nifrətini gücləndirmək məqsədilə xristian dininin təşkilati mövcudluğu bu ölkələrə zəruridir. Biz Avropa ölkələrinin, bütövlükdə Avropa Birliyinin Türkiyəyə, Azərbaycana, Afrika dövlətlərinə və s. münasibətlərində bunu çox aydın görürük. Ermənilərin xristian həmrəyliyi amilindən istifadə edərək Qərbin xristian dövlətlərini sağmal inək kimi necə sağması, farsların isə islamın şiə təriqətindən sui-istifadə edərək, müsəlman türk, ərəb dövlətlərinə düşmənçilik etməklə şovinist fars milli maraqlarını ətraf məntəqələrdə reallaşdıraraq böyük gücə çevrilmə cəhdləri də göz önündədir.
Bütün bunlar birmənalı olaraq onu sübut edir ki, dünyada ilk quldarlıq dövləti yarandığı vaxtdan yaranan dinlər uydurma olaraq daim bütün cəmiyyətlərdə hakim təbəqənin əzilən, ədalətsiz istismar edilən təbəqəni haqsızlığa ədalətsizliyə qarşı hisslərini, iradəsini qırıb özlərinə, müti qul halında saxlamaq, onların zehnini, şüurunu qandallamaq məqsədilə istifadə etdikləri ideoloji vasitə, siyasi, yəni aldatma üsuludur. İstər-istəməz belə bir sual ortaya çıxır ki, belə olduğu halda niyə min illər boyu DİN bütün cəmiyyətlərdə nəinki öz hakim mövqeyini saxlaya bilib, hətta cəmiyyətin bu günkü yüksək inkişafı səviyyəsində belə din insanların çoxunun zehninə, şüuruna hakim kəsilə bilir? Bunun bir neçə səbəbi var.
Birincisi, bu günə qədər dünyada mövcud olan quldarlıq, feodalizm, kapitalizm və onların müxtəlif, bəzən nəinki sosial-iqtisad, fəlsəfə elminə dərindən bələd olmayan və bütün cəmiyyətlərin mütləq əksəriyyətini təşkil edən sıradan olan insanlar, hətta bu gün yüksək savadlı hesab edilən iqtisadçı, hüquqşünas, sosioloq, filosof alimlər belə mahiyyətinə vara bilmədikləri bu dövlətlərin, elmi bilikləri, savadı, ictimai şüur səviyyəsi yetərincə aşağı olan kütlənin, mövcud quruluşun ədalətsiz olduğunu, onun ictimai ədaləti təmin edə biləcək hansı iqtisadi-ictimai quruluşla əvəz edilməsinin zəruri olduğunu dərk edə bilməməsini təmin etmək üçün DİN və onun təşkilati mövcudluğu hakim təbəqələrə və dairələrə hava-su kimi lazımdır. Daş dövründən üzü bəri bütün dünya ictimaiyyətinin həyatın bütün sahələrində əldə etdiyi bu günkü yüksək inkişaf səviyyəsi insnaların elmə yiyələnərək, onları bu sahələrdə tətbiq etməyi sayəsində mümkün olmuşdur. Bu gün dünyanın bütün ölkələrində təbiət elmləri hər bir ölkənin imknaları çərçivəsində öyrənilir istehsal və xidmət sahələrinə tətbiq edilir. Müstəmləkə və yarımmüstəmləkə ölkələr istisna edilməklə, inkişaf etmiş ölkələrlə və bir sıra müstəqil ölkələrdə cəmiyyətin iqtisdai-ictimai quruluşunu forma etibarilə dəyişə biləcək elmlər tədqiq, tədris və tətbiq edilsə də, cəmiyyətin iqtisadi-ictimai quruluşunu mahiyyət etibarilə dəyişə biləcək sosial-iqtisad elmi nə tədqiq, nə tədris, nə də tətbiq edilmir.
İngilis yazıçısı Corc Oruel yazır ki, – «Bir toplum gerçəkdən uzaqlaşdıqca, gerçəyi söyləyənlərə daha çox nifrət edər».
SSRİ zamanında bir çox ali məktəblərdə siyasi iqtisad fənni tədris edilirdi. Fənnin adı kapitalizm quruluşu yaranandan bəri siyasi iqtisad adlanırdı. Əslində isə bu fənn sosial-iqtisad elmidir. Siyasi iqtisadın eləcə də dialektik və tarixi materializm fəlsəfəsi fəninnin SSRİ-də tədris edilməsi dünya ictimaiyyəti, o cümlədən ölkə ictimaiyyətində bu ölkədə dünyanın bütün başqa ölkələrinin hakim təbəqələrinin ən çox qorxduğu və öz ədalətsiz hakimiyyətlərinin 1 №-li düşməni hesab etdiyi bu fənnin tədris edilməsi bütün dünyada hamıda SSRİ-də ən ədalətli iqtisadi-ictimai dövlət quruluşu olduğu təəssüratı, assosiasiyası yaradırdı. Lakin bu ölkələrin iqtisadçı alimləri, hüquqşünasları, sosioloq və siyasətçiləri bu iqtisdai-ictimai sistemin kapitalizmdən də ədalətsiz quruluş olduğunu sezə bilsələr də bu quruluşun nə mahiyyətini, nə də daxili mexanizmlərinin həqiqi xarakterini müəyyən edə bilmirdilər.
«Yarımçıq həqiqət, ağ yalandan daha təhlükəlidir», – deyib türk aqilləri.
1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali və orta ixtisas məktəblərində dərs demək üçün siyasi iqtisad fənninin dərindən mənimsənilməsi üçün «Ümumiqtisad fakültəsi» təsis edilmişdi. Bu fakültənin tələbələrinə K.Marksın «Kapital» əsəri ayrıca fənn olaraq keçirilirdi və bu fənni respublikanın bir neçə ən güclü siyasi iqtisadçılarından olan, institutun «Siyasi iqtisad» kafedrasının müdiri Ələsgər Qasımov şəxsən tədris edirdi. Siyasi iqtisadın kapitalizm bölməsindən mühazirəni isə, institutun bu sahədə iki ən güclü mütəxəssisdən biri olan Ağayar Həsənov, «Marksizm fəlsəfəsini» Vəli Paşayev kimi güclü filosof-pedaqoq aparırdı. Bundan başqa institutda bu sahəni obyektiv dərk edib, mənimsəyə biləcək tələbələrin təhsildən məcburən ayrılmaması üçün imkansız ailələrdən olan tələbələri yaxınlıqdakı Mərkəzi Univermağa aparıb altlı-üstlü ayaqdan başa qədər təzə paltar, ayaqqabı alıb geyindirməkdən başqa, onların cibinə pul qoyan Paşa Süleymanov kimi fakültə dekanlarının olması da tələbələrin elm öyrənməsinə yönəlməsi üçün xüsusi aura yaradırdı. İnsnaların elmi həqiqətləri öyrənib, cəmiyytəin inkişafına yararlı mütəxəssis olması üçün bu fədakar alimlərin səyləri Kremlin «Marksizm-Leninizm İnstitutunun» vasitəsilə Leninin «Hərbi kommunizm», «Yeni İqtisad Siyasət» adlanan, mahiyytəi isə «Dövlət Quldarlığı» və «Dövlət Feodalizmi» olan mürtəce nəzəriyyələri əsasında Lenin və Ko tərəfindən yaradılıb, materialist DİN olan «bolşevizm» əsasında idarə edilən dövləti, K.Marksın elmi sosializm nəzəriyyəsi əsasında qurulub, idarə edilən sosialist dövləti, «Bolşevizm» dininin isə Marksizm-Leninizm kimi qələmə verməklə neytrallaşdırılırdı. Belə ki, K.Marksın «Kapitalı», onun əsaslı surətdə kapitalist istehsal üsulunun obyektiv, elmi təhlilinə uyğun tərtib edilmiş «Siyasi İqtisadın» «Kapitalizm» bölməsindən sonra uydurmalardan ibarət olub, K.Marksın elmi sosializm nəzəriyyəsinə deyil, Leninizmə əsaslanan Dövlət quldarlığı quruluşunu əks etdirsə də, elə həmin müəllimlərin məcburən «Sosialist siyasi iqtisadı» adı ilə tədris edilməsi təkcə gənc tələbələrin deyil, dünyanın adlı sanlı iqtisadçı, hüquqşünas, alimlərinin sosioloq və siyasətçilərinin şüurunu, şahmat termini ilə ifadə etsək PAT vəziyyətinə salırdı. Bir tərəfdən hamı bu rejimin mahiyyətinin dövlət quldarlığı olduğunu və onun Marksın nəinki «elmi sosializm» nəzəriyyəsinə, Marksın elmin sosializm nəzəriyyəsinə və onun yaratdığı «dialektik və tarixi materializm» fəlsəfəsinə, ümumilikdə Marksizmə heç bir dəxli olmadığını dərk edə bilmədiyindən, hamı bolşeviklərin saxta «Marksizm-Leninizm» ifadəsini həqiqət kimi, yəni, Marksizmlə Leninizmin eyniliyi kimi qəbul edirdi. Bu vəziyyət təəssüf ki, bu gün də davam etməkdədir. Dünyanın, o cümlədən respublikamızın adlı-sanlı, yüksək elmi rütbəli iqtisadçı, hüquqşünas,tarixçi alimlərimiz, sosioloqlar və siyasətçilər, özləri də dərk etmədən qoşqu heyvanları kiminsə onların boğazına bağladığı metal zənciri aça bilmədiyindən daim onu daşımağa məcbur olduğu kimi, bolşeviklərin yalanlarını həqiqət, reallıq statusunda ömrünün sonunadək daşıması bir tərəfə, gələcək nəsillərin zehnini, şüurunu bu yalanlarla zəhərləyib, gələcək nəsillərimizi də həyatda, ətrafımızda, dünyada baş verən elmi, texniki, iqtisadi, ictimai və s. prosseslərdəki reallıqları düzgün dərk etməsini əngəlləyirlər. Üstəlik rəsmən alim, ziyalı statusu daşıyanlar 6-cı əsr vəhşi və yrımvəhşi insanların belə çoxunun qəbul etməyib, bir hissəsinə zorla qəbul etdirilmiş uydurma olan dini düşüncələri milli ideyalarımızın «ayrılmaz» «toxunulmaz» hissəsi elan etməklə millətimizin gələcəyinə böyük faciələr hazırlamış olurlar. Bu əsassız ideyalarına don geydirmək məqsədi ilə çox zaman da dini milli mənəviyyatımızın və əxlaqımızın mənbəi olduğunu iddia edirlər. Hansı ki, bir sıra millətlər, xüsusilə türk milləti dinlərin yaranmasından min illər öncə mövcud olmuş özünün yüksək, zəngin, müsbət əxlaqı və mənəviyyatı ilə bütün millətlərdən daim seçilmişdir. Bu gün cəmiyyətimizdə mövcud olan əxlaqsızlıq və mənəviyyatsızlığın mütləq çoxluğu millətimizə zor və digər hiyləgər üsullarla, insanı mifik allahın qulu elan edib, uydurulmuş dini ehkamların vasitəsilə aşılanmasının nəticəsidir. Əslində isə bütünlüklə ancaq uydurmalardan ibarət olan müxtəlif dinlərin cəmiyytdə geniş təbliğ edilməsinə, bu uydurmaları tədris, idarə edən qurumların vicdan azadlığı adı ilə rəsmi fəaliyyətinə yol verilməsinin əsas səbəbi cəmiyyəti sivil üsullarla idarə etmək qabiliyyətinə malik olmayanların, cəmiyyəti şüursuz kütlə şəklində, primitiv üsullarla idarə etmək istəyidir.
Bəşər yarandığı gündən bu günədək iqtisadi, ictimai, texniki, texnoloji sahələrdə, eləcə də insan şüurunda baş vermiş inkişaf, o cümlədən, mənəvi və əxlaq normaları məhz ELMİN nəticəsi olaraq meydana gəlmişdir. Əbədi qloballaşma prossesi fonunda müxtəlif millətlərarası və milli dövlətlər arasında gedən mübarizənin əlvan üstqabığından sərf-nəzər etsək, bu qabığın altında prosseslərin idarə edilməsi cəngəllik qanunları ilə aparılır. Yəni, məsələləri güc nisbəti həll edir. Dünyanın xüsusilə bu günkü və sabahkı mərhələlərində bu mübarizə prosseslərindən qalib ayrılmaq istəyiriksə biz dini uydurmalara deyil, elmə sarılmalıyıq. Keçmiş ABŞ prezidenti Riçard Nikson yazırdı ki, – «Müsəlman ölkələrində demokratiya və dünyəviliyin olmasına imkan verməyin. Orada təhsil və dövlət idarəçiliyi dini təməl üzərində qurulmalıdır». Onun bizdən uzaq tutmaq istədiyi dünyəvilik isə təkcə texniki, iqtisdai, ictimai sahələrdə deyil, mənəviyyat və əxlaqın da elmi əsaslar üzərində qurulmasını tələb edir.
Bundan başqa bu gün Qərbin bizə demokratiya adı ilə sırımağa çalışdığı «müstəqil siyasi partiyalar və azad seçki sistemi»nin Türkiyədə keçirilən seçkilərdə nə olduğu aydın oldu. Yəni, Qərbin bu «demokratiyası» da özlərindən zəif, ictimai şüur səviyyəsinin aşağı olan ölkələrdə hakimiyyətə Niksonun dediyi kimi, onlara sərf edən bir çobanı gətirib, həmin ölkəni bu çobanın vasitəsilə qoyun sürüsü qismində idarə edərək, kapitalist istehsal üsulu ilə, şər dühası Leninin dediyi kimi, şərq ölkələrindəki kobud zor vasitəsilə deyil, daha «incə üsullarla», daha vəhşicəsinə istismar etmək üsuludur. Bu gün bütün dünyaya özlərinin malik olduqları iqtisadi-ictimai quruluşu «demokratiya etalonu» kimi təqdim edib, hamıya demokratiya dərsi keçmək niyyətində israrlı olan Qərb siyasətçiləri, iqtisadçı, hüquqşünasları, eləcə də onların küyünə düşüb, demokratiyanın nə olduğunu bilmədiyindən ağzı köpüklənə-köpüklənə «qərb demokratiyasından» danışan, savadsız müxalifətçilərimiz məşhur hüquqşünas Məmmədxan Əzizxanlı ilə K.Marksın «elmi sosializmi nəzəriyyəsi və «Obyektiv Mülkiyyət, Bölgü və Əmək Haqqının Ənuşirəvan İbrahimi qanunları» əsasında tərtib etdiyimiz, «Turan dövlətinin Firidun İbrahimi Anayasasının əsas müddəalarına» baxıb, demokratiyanın nə olduğunu və onun Qərbin hiyləgər demokratiya» şüarı ilə deyil, hansı iqtisadi-ictimai quruluş vasitəsilə nail olmağı dərk edərək, gələcək nəsillərin onları, bu günkü nəslin Rusiya bolşeviklərini lənətlədiyi kimi lənətləməsindən yayına bilər. Qərbin bizə sırımağa çalışdığı «demokratiya» şüarını mədh etməyimiz isə K.Marks dediyi kimi, cəlladımızın bıçağını yalayan «axmaq danaya» oxşamağımız və ya düşmən quyusuna su daşıyan qoşqu heyvanı vəziyyətində olmağımızdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?