GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanda prezidenti kim seçir: Qərb, Rusiya, yoxsa Azərbaycan xalqı?

Azərbaycanda prezidenti kim seçir: Qərb, Rusiya, yoxsa Azərbaycan xalqı?

Tarix: 8-04-2013, 10:04 Bölmə :Manşet Baxış: 774
Azərbaycanda prezidenti kim seçir: Qərb, Rusiya, yoxsa Azərbaycan xalqı?

Xalqın durumu olduqca ağırdır və ölkədə mövcud olan narazılıq
prezident seçkiləri zamanı mövcud hakimiyyətin əleyhinə işləyəcək;
əgər seçkilərin nəticəsi saxtalaşdırılmasa, o zaman buna nail olmaq,
hazırkı hakimiyyəti qanuni yolla devirmək mümkün olacaq


Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca müxtəlif faktorların qarşıdakı seçkilərə təsiri ilə bağlı səslənən şərhlərin sayı da çoxlamaqdadır. Bütün bu şərhlərdə ən çox diqqət çəkən məqam isə seçkilərin Rusiya və Qərb amili ilə əlaqələndirilməsidir. Belə ki, bu gün yalnız adi vətəndaşlar deyil, əksər siyasilər də hesab edir ki, Azərbaycanda Rusiya və Qərbin arzuedilməz hesab etdiyi hər hansı bir şəxsin prezident postunda qərarlaşması mümkün deyil. Başqa sözlə desək, Azərbaycanda yalnız o şəxs prezident ola bilər ki, o, ya Rusiya, ya Qərb, ya da hər iki cəbhə tərəfindən müdafiə edilsin. Yalnız belə olacağı təqdirdə hər hansı bir siyasinin prezident postunda qərarlaşması mümkün hesab olunur.
Siyasilərin fikrincə, Ermənistanda sonuncu prezident seçkiləri zamanı namizəd məsələsi Qərb və Rusiya tərəfindən razılaşdırıldı və bu səbəbdən də keçirilən seçki və onun nəticəsi hər iki tərəfdən qəbul edildi. Bu baxımdan Azərbaycanda keçiriləcək seçkilərdə də Rusiya və Qərb amilinin aparıcı olacağı güman edilir. Lakin bütün bunlarla yanaşı keçiriləcək seçkilərdə xalq faktorunun vacibliyinə diqqət çəkən, bu faktoru yuxarıdakı digər iki amildən daha vacib hesab edən siyasilər də yox deyil. Bu qəbildən olan siyasilərin fikrincə, Rusiya və Qərb amilinin Azərbaycanda keçiriləcək prezident seçkilərinə ciddi təsiri olsa da, daha həlledici səs xalqa məxsusdur. Onların qənaətinə görə, məhz Azərbaycan xalqı seçkilər zamanı öz iradəsini ortaya qoyaraq prezident görmək istədiyi şəxsin kimliyini müəyyənləşdirəcək və öz taleyinə özünün yön verdiyini isbatlayacaqdır. Yəni əgər xalq bu məsələdə qəti iradə ortaya qoyarsa, o zaman Qərb və Rusiyanın hansı mövqe sərgiləməsindən asılı olmayaraq xalqın istədiyi şəxsin seçkilərdə qələbəsi təmin olunacaqdır.
Seçkilərdə xalq faktorunun rolu kənar amillərə nisbətən daha vacib və daha önəmlidir. Hazırda Azərbaycanda xalqın durumu olduqca ağırdır və ölkədə mövcud olan narazılıq prezident seçkiləri zamanı mövcud hakimiyyətin əleyhinə işləyəcək. Təbii ki, seçkilərdə aparıcı rolu hər zaman daxili amillər oynayır. Azərbaycanda hazırda etiraz o səviyyəyə çatıb ki, bu etirazın ümumxalq dalğasına çevrilməsi üçün əlverişli bir situasiyanın yaranması kifayətdir. Seçkilərin yaxınlaşması da indiki rejimə qarşı xalqın dinc yolla mübarizəsi baxımında böyük fürsətdir. Xalq bu fürsətdən istifadə edərək hakimiyyəti dəyişə, mövcud rejimin varlığına son qoya bilər.
Xalqın mövcud sistemi səsvermə yolu ilə devirməsi tamamilə mümkündür və əgər seçkilərin nəticəsi saxtalaşdırılmasa, o zaman buna nail olmaq, hazırkı hakimiyyəti qanuni yolla devirmək mümkün olacaq. Xalq mitinq və aksiyalarla yanaşı sonuc olaraq səsvermə yolu ilə bu məsələni həll edə bilər. Ancaq bir şərtlə ki, xalqın verdiyi səs sayıla bilsin. Yəni ortada hər hansı bri saxtakarlıq olmasın. Seçkinin nəticəsi saxtalaşdırılmazsa, xalqın iradəsi seçkinin taleyini birmənalı şəkildə həll edə bilər.
Bundan öncə keçirilən seçkilərdə mövcud rejimin qalib gəlməsinin səbəbi də məhz seçkilərin nəticəsinin saxtalaşdırılması ilə bağlıdır. Həmin seçkilərin nəticəsi saxtalaşdırıldığı üçün hakimiyyətin qalibiyyəti təmin edildi. Halbuki, nəticələr saxtalaşdırılmasaydı, seçkinin nəticələri xalqın iradəsini əks etdirsəydi, o zaman xalqın istəyinə uyğun olarq hakimiyyət dəyişikliyi reallaşmış olardı.

Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Supergüclərin Azərbaycan marağı

    Supergüclərin Azərbaycan marağı ...

    19-05-2013, 13:24

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Azərbaycanda prezident oktyabrın 11 də seçiləcək

    Azərbaycanda prezident oktyabrın 11 də seçiləcək ...

    18-07-2013, 13:04

  • 
  • “Vladimir Putin  İlham Əliyevə dəstək olacaq”

    “Vladimir Putin İlham Əliyevə dəstək olacaq” ...

    18-07-2013, 17:10

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu