"Bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.
Heydər Əliyev
Məlum olduğu kimi, müasir dövrümüzdə müəllimin ənənəvi fəaliyyətində dəyişikliklər baş verib. İndi onun mövqeyi bələdçi (fasilitator), aparıcı (istiqamət verən) bir mövqedir.
Əslində bu, müəllim liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdin təhsilin məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Müəllim sistemli, ardıcıl və məqsədyönlü şəkildə əməkdaşlıq edir: problemli vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyulmasında şagirdlərə istiqamət verir, bunların həllində metodik kömək göstərir, biliklərin əldə edilməsi və mənimsənilməsi yollarını öyrədir.
Şagird isə müəllimin istiqamətinə əsasən fəaliyyət göstərir. O, fəaliyyətə məcbur olunmur, sadəcə təhrik edilir. Onun mövqeyi kəşf edən, tədqiqatçı xarakteri daşıyır. Ona görə də müəllimin istiqaməti üzrə kiçik tədqiqatlara qoşulur, araşdırmalar aparır, konkret nəticələrə gəlir. Şagird gəldiyi nəticələrini qiymətləndirməklə bir daha ona əmin olur.
İstər müəllimin, istərsə də şagirdin fəaliyyəti subyektlərin fəaliyyəti kimi əməkdaşlıq xarakteri daşıyır. Bu münasibətlər müasir təhsili, məktəbi xarakterizə edən, onun humanist keyfiyyətini üzə çıxaran əsas əlamətdir.
Yuxarıda xüsusi qeydlərlə sadaladığımız xüsusiyyətlərə malik olan və yüksək təhsil səviyyəsinin göstəricisi olaraq, şagirdlərin valideynləri qarşısında seçilən müəllimlərin adını çəkmədən keçə bilmərik. Onlardan biri coğrafiya müəllimi Məmmədov Elvin Ziyafət oğlu, digəri isə tarix müəllimi Abbasova Aytən Vüqar qızıdır. Bu müəllimlərdən təhsil alan abituriyentərin bir çoxu ali təhsil müəssisələrinə yüksək bal toplayaraq qəbul olublar. Adlarını heç bir tərəddüd etmədən çəkdiyimiz müəllimlər həqiqətən də müəllim liderliyinin yeni tipidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?