Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına əlavələr edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərman Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsləri tərəfindən tərtib olunan protokollarla əlaqədardır.
Sənədin əvvəlki variantına əsasən, İnzibati Xətalar Məcəlləsinin 221.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Qida Təhlükəsizliyi Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmələrin rəhbərləri həyata keçirir.
Fərmanla “bölmələrin rəhbərləri” sözləri “bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözləri ilə əvəzlənib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?