Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həyat yoldaşı 10 qəpiyə görə tualetə buraxılmayan şəxs həbs olundu - Bakıda olay
Bakıda həyat yoldaşı 10 qəpiyə görə ayaq yoluna buraxmayan şəxs tualetin şüşələrini sındırdığı üçün həbs edilib.
Hadisə dünən saat 18:30 radələrində "Koroğlu” metrostansiyasının çıxışında yerləşən sanitar qovşaqda baş verib.
1990-cı ildə Bakı şəhərində doğulan Elməddinin (şərti) həyat yoldaşı sanitar qovşağa gedib. O, həmin vaxt arvadının sanitar qovşağın kassiri ilə mübahisə etdiyini görüb. Öyrənib ki, giriş yerinin üzərində xidmət haqqı yazılmayıb, həyat yoldaşı giriş haqqı kimi 30 qəpik verib və kassir isə qalan 10 qəpiyi də ondan tələb edib. Əks halda onu ayaq yoluna buraxmayacayını bildirib.
Bundan qəzəblənən kişi əsəbləşərək əlini sanitar qovşağın şüşəsini çırpıb və şüşə qırılaraq yerə tökülüb. Sonra həmin yerə polislər gedib və o, baş verənləri danışıb. Məhkəmənin qərarı ilə Elməddin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
Gundemxeber.az
7-01-2018, 13:46
13-04-2021, 14:54
13-04-2019, 23:16
24-08-2015, 14:35
10-06-2019, 12:14
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?