Çexiyanın Azərbaycandakı səfirinin həyat yoldaşı Bakının Nərimanov rayonu ərazisində yol qəzasına düşüb.
Regioninfo xəbər verir ki, bu barədə “Report”a Nərimanov Rayon Polis İdarəsindən bildirilib. Hadisə Təbriz küçəsində baş verib. Belə ki, səfirin həyat yoldaşı 39 yaşlı Monika Pivonkanın olduğu “Mercedes” markalı avtomobil “Nissan” markalı maşınla toqquşub.
M.Pivankonun olduğu avtomobil səfirliyə məxsusdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil əzilib. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?