Döyüş dostumuz, QURD ayamalı Qarabağ qazisi Zahid Niftəliyevin azadlığa çıxmasını bilirdik, elə sevincək olmuşduq ki , bu gün saytlar sifarişlə dustaq edilən Qarabağ qazisinin azadlığa buraxılması xəbərini yayanda fikir də vermədik. Bircə onun guya Müdafiə Nazirliyinin keçmiş qərargah rəisinin adamı olması və qərəzli ayama ilə yada salınması , şərəfli Qarabağ qazisi adını daşımasının qərəzlə unudulması acı doğurur. Bir daha xatırladırıq ki, Zahid Niftəliyev heç kimin adamı deyil, özü ADAMdır, Qarabağ döyüşlərində ağır travmadan hələ də ağrıyır. Bir yandan da sifarişli, qərəzli məhbəs yaşamı sağlamlığını daha da korlayıb, əməliyyat olunmalıdır. Güman edirik, YAŞAT fondu Qarabağ qazisinin əməliyyat olunmasına yardımçı olar.
Qazi dostumuzun azadlığı yolunda ali dövlət hakimiyyəti orqanlarına, baş prokurora, Məhkəmə Hüquq Şurasına üz tutduq. Nə yaxşı gec də olsa, Qarabağ qazisi sifarişli dustaqlıqdan qurtuldu. Sifarişli yaralardan qurtulmaq necə , mümkün olacaq? Əlinə qələm alan “keçmiş qərargah rəisinin adamı” yazır, axı Zahid bizim – Qarabağ qazilərinin adamıdır ! Bir daha xatırladırıq ki, keçmiş qərargah rəisinin adamı olsaydı, onu tuta bilməzdilər. Başındakı geyimə görə adlandıranlar, görəsən, Zahid bəy Qarabağda döyüş papağını şərəflə daşıyanda hansı geyimin altında gizlənmişdilər ? O adını döyüşdə, savaşda qazanıb: QARABAĞ QAZİSİ! Qazi-şəhid adından uca isə heç bir ad yoxdur!
Sorğu
Yeni dizaynımız necədir?