GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nazim Bəydəmirli barədə həbs qərarından apellyasiya şikayəti və ictimai-siyasi baxışlar

Nazim Bəydəmirli barədə həbs qərarından apellyasiya şikayəti və ictimai-siyasi baxışlar

Tarix: 6-07-2023, 16:42 Bölmə :Cəmiyyət Baxış: 346


İyulun 6-da Milli Məclisin keçmiş deputatı, ictimai fəal Nazim Bəydəmirli barədə Nərimanov Rayon Məhkəməsinin həbs-qətiimkan tədbiri qərarından apellyasiya şikayəti verilib.

Gundemxəbər.az xəbər verir ki, vəkil Aqil Layıc Amerikanın Səsinə bildirib ki, apellyasiya şikayətində istintaq orqanının həbs barədə təqdimatının qəbul edilməməsi və həbs-qətimkan tədbirinin ləğvi əksini tapıb.

İyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən məhkəmədə keçmiş deputata Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa Bəydəmrilini 5 ildən 10 ilədək həbs gözləyir.

Nazim Bəydəmirli məhkmədə ittihamı qəbul etməyib və hüququ əsasının olmadığını deyib və qondarma kimi qiymətləndirib. O, məhkəmədə deyib ki, həbsinin səbəbi Gədəbəy rayonu Söyüdlü kənd sakinlərinin etirazı ilə bağlı çıxışlarıdır.

“Məhkəmədə dedi ki, ittihamın onun həbsinin səbəblərinə heç bir aidiyyatı yoxdur. Bəydəmirli həbsinin səbəbinin onun fəaliyyəti ilə bağlı olduğunu məhkəmənin diqqətinə çatdırdı”, vəkil Aqil Layıc Amerikanın Səsinə deyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında istintaqa cəlb edilib.

“Vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti qeyd edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, Bəydəmirlinin həbsi siyasi xarakterlidir.

“Nazim Bəydəmirli vicdanlı, dürüst və ziyalı vətəndaşdır. İnanıram ki, Nazim bəyin heç bir qanunazidd hərəkəti olmayıb. Təqibin siyasi xarakter daşıdığına inanıram”, o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, Nazim Bəydəmirli sifarişlə, saxta ittihamla həbs olunub və siyasi məhbusdur.

“Nazim Bəydəmirlinin açıq-aşkar saxta, absurd (hədə-qorxu ilə pul tələb etmə) ittihamla həbs edilməsi hüququn, ədalətin tapdalanmasıdır.

Belə absurd ittihamla tanınmış ictimai-siyasi xadimi uzunmüddətli həbsə göndərməklə hakimiyyət cəmiyyətə deyir ki, əcəb edirəm, hüququ da, ədaləti də ayaqlayıram. İstədiyim şəxsi, istədiyim bəhanə ilə həbs edirəm. Nə xalqı sayıram, nə də dünyanı. Belə vəziyyətə düşmüş xalqların isə yalnız bircə xilas yolu qalır. Təşkilatlanmaq, hamılıqla dinc mübarizəyə qoşulmaq, repressiya qurbanlarını da birlikdə müdafiə etmək. Nazim Bəydəmirliyə azadlıq!” AXCP sədri Facebook səhifəsində qeyd edib.

Vəkil Elçin Sadıqov bildirib ki, Bəydəmirlinin həbsi birmənalı olaraq siyasidir.

“Bu həbsi qətiyyətlə pisləyirəm. Bu həbs onun ictimai-siyasi mövqeyi, xüsuslə də Gədəbəy rayonunun Söyüdlü kəndinin insanlarını müdafiə etməsinə görədir. Ölkə tarixində ilk dəfə o, qızıl zavodu ilə bağlı deputat sorğusu göndərib”, vəkil qeyd edib.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazır ki, avtoritar hakimiyyətlərin ən çox qorxduğu müstəqil fəal, müstəqil icma, müstəqil vətəndaş cəmiyyəti, müstəqil media və müstəqil siyasi partiyadır.

“Belə hakimiyyətlər onların mövcudluğunu qəbul etmir. Nazim Bəydəmirlinin müstəqil vətəndaş mövqeyi və fikir ifadə etməsi bu hakimiyyəti çoxdan narahat edirdi. Elə bu səbəbdən də Söyüdlü hadisəsi bu fürsəti çoxdan gözləyənlər üçün göydəndüşmə olub”, o, Facebook səhifəsində yazıb.

Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, Nazim Bəydəmirli Söyüdlü hadisələri ilə bağlı prinsipial mövqeyinə görə həbs olunub.

“Kör da bilir balıq şordur. Daxili İşlər Nazirliyi nə deyirsə desin, Nazim Bəydəmirlinin saxlanması birmənalı olaraq Söyüdlü etirazları ilə bağlıdır”, o qeyd edib.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Allahşükür Paşazadənin həbs olunan qohumu ilə bağlı qərar verildi

    Allahşükür Paşazadənin həbs olunan qohumu ilə ...

    21-09-2017, 22:37

  • 
  • Müsavat Partiyasının fəalının apellyasiya şikayəti təmin edilməyib

    Müsavat Partiyasının fəalının apellyasiya ...

    3-01-2019, 19:41

  • 
  • Fədayə Laçının həbs müddəti daha 3 ay uzadıldı

    Fədayə Laçının həbs müddəti daha 3 ay uzadıldı ...

    16-01-2018, 12:20

  • 
  • Taleh Bağırovun müavini də həbs olundu

    Taleh Bağırovun müavini də həbs olundu ...

    4-12-2015, 18:22

  • 
  • MTN Antiterror Mərkəzinin sabiq rəis müavini apellyasiya şikayəti verdi

    MTN Antiterror Mərkəzinin sabiq rəis müavini ...

    23-10-2015, 21:03


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu