GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İran rejiminin anti-Azərbaycan ideoloqu niyə saxlanılıb? - YENİLƏNİB + FOTO/VİDEO

İran rejiminin anti-Azərbaycan ideoloqu niyə saxlanılıb? - YENİLƏNİB + FOTO/VİDEO

Tarix: 11-07-2023, 23:44 Bölmə :Cəmiyyət Baxış: 299


Bakıya qarşı davamlı təbliğat aparan Əli Əkbər Raefipurun saxlanılmasının detalları bəlli olub.

Gundemxeber.az bildirir ki, “Azad İran” “YouTube” kanalının mövzu ilə bağlı hazırladığı süjetdə həmin detallar qeyd olunub.

Bildirilir ki, dünən axşam İran hakimiyyətinin məşhur ideoloqu, özünün anti-Qərb, antisemit, antitürk, o cümlədən anti-Azərbaycan baxışları ilə yaxşı tanınan Əli Əkbər Raefipurun həcc ziyarətindən geri dönərkən Səudiyyə Ərəbistanı polisi tərəfindən saxlanması barədə xəbər İran mediasının və sosial şəbəkələrin İran seqmentinin gündəminə çevrilib.

Bununla bağlı ilk qeyri-rəsmi məlumatlar hələ iyulun 9-da yayılıb və bədnam ideoloqun Ciddədə təyyarəyə minməyə hazırlaşarkən saxlandığı bildirilib. Saxlanmanın səbəbi kimi Raefipurun Məhəmməd peyğəmbərin həyat yoldaşı Aişənin ünvanına təhqiramiz çıxışları göstərilib. Lakin yalnız saxlanma faktı rəsmi şəkildə təsdiq olunandan sonra mövzu mediada geniş şəkildə işıqlandırılıb və ictimaiyyət arasında qızğın müzakirələrə səbəb olub.

Belə ki, dünən gecə saatlarında İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Əli Əkbər Raefipur barədə yayılan xəbərə aydınlıq gətirmək üçün xüsusi açıqlama ilə çıxış edib. O, Raefipurun həbs olunması ilə bağlı iddiaları təkzib edərək deyib:

“Xarici İşlər Nazirliyi və İranın Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəlikləri yaranmış problemin həll olunması və Raefipurun ölkəyə qayıtması ilə ciddi şəkildə məşğuldurlar”.

Kənani daha sonra bildirib ki, Raefipur həcc ziyarətinə yollanmış İran vətəndaşı kimi, həcc mərasimlərini başa vurub Ciddə hava limanında ölkədən çıxmaq istəyərkən bizə məlum olmayan səbəbdən çıxış problemi ilə üzləşib. Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin əlavə edib ki, bununla bağlı İranın Ciddədəki baş konsulluğu və Riyaddakı səfirliyi dərhal Səudiyyə Ərəbistanının əlaqədar qurumları ilə təmasa girib, məsələni nəzarətdə saxlayıb və problemin aradan qaldırılması üçün lazımi dəstəyini göstərib”.

Göründüyü kimi, İran rəsmisi Əli Əkbər Raefipurun həbs olunması xəbərini təkzib edərək, onun Səudiyyə Ərəbistanından çıxışına qadağa qoyulduğunu bildirib, lakin bunun hansı səbəbdən baş verdiyini açıqlamayıb.

Ətraflı süjetdə:

15:24

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Bakıya qarşı davamlı təbliğat aparan Əli Əkbər Raefipurun Həcc ziyarətindən sonra Səudiyyə Ərəbistanından çıxışına qadağa qoyulduğunu təsdiqləyib və problemin həlli istiqamətində səylərin davam etdiyini bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

N.Kənani deyib ki, guya Ə.Ə.Raefipurun Ciddə hava limanından çıxışında hansı səbəbdən problem yarandığı hələlik onlara aydın deyil. Halbuki, bəziləri Raefipurun Səudiyyə Ərəbistanına saxta pasportla girdiyi üçün həbs olunduğunu bildirirlər.

Saxta pasportla bağlı daha ətraflı məlumat və Raefipurun hansı adla Səudiyyə Ərəbistanına daxil olduğu açıqlanmayıb.

Qeyd edək ki, Ə.Ə.Raefipur İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan Respublikasına qarşı davamlı çıxışları ilə tanınır. O, İranın Ermənistana hərbi dəstək verməsi, Zəngəzur dəhlizinin açılmaması üçün oraya hərbi qüvvə göndərilməsində israr edən anti-Azərbaycan siyasətinin əsas media təbliğatçısıdır.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Əkbər Salehi: “İran viza rejiminin ləğv olunması üçün Azərbaycanla danışıqlar aparır”

    Əli Əkbər Salehi: “İran viza rejiminin ləğv ...

    27-12-2012, 12:53

  • 
  • İran mediasından Şuşada keçiriləcək qurultaya qarşı təxribat - Molla rejiminin KÜRKÜNƏ BİRƏ DÜŞÜB...

    İran mediasından Şuşada keçiriləcək qurultaya ...

    20-04-2022, 14:45

  • 
  • Səudiyyə ilə İran arasında növbəti QALMAQAL

    Səudiyyə ilə İran arasında növbəti QALMAQAL ...

    10-07-2016, 18:37

  • 
  • Onlar həccə gedə bilməyəcəklər

    Onlar həccə gedə bilməyəcəklər ...

    29-05-2016, 15:08

  • 
  • İran ABŞ-ı hədələdi — "Yumruqla çıxararıq"

    İran ABŞ-ı hədələdi — "Yumruqla ...

    2-02-2018, 17:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu