İranın dini lideri ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti ABŞ-la bağlı yeni açıqlama verib.
Əli Əkbər ABŞ-ın Suriyadakı hərbi varlığı üçün "ABŞ ya özü buradan çıxar, ya da biz yumruqla çıxararıq"-deyib.
Məşhəd şəhərində keçirilən konfransda çıxış edən Vilayəti deyib: "ABŞ Suriyanı bölməyə çalışır, amma bunu edə bilməyəcək. ABŞ İraqı bölə bilmədiyi kimi, Suriyanı da bölə bilməyəcək. Fərat çayının şərqində yerləşən ABŞ gec-tez ərazini tərk etməlidir. Əks halda, biz onu yumruqla oradan çıxararıq". Bununla yanaşı, Vilayəti qeyd edib ki, ABŞ İŞİD terror qruplaşmasını Əfqanıstana köçürür. İran isə buna göz yuma bilməz./ölkə.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?