Bu gün saat 15:00 radələrində Elm və Təhsil Nazirliyinin qarşısında Azərbaycan dili və ədəbiyyat müəllimlərinin aksiyası olub.
Gundemxeber.az yenicag.az-a istinadla xəbər verir ki, aksiyanın səbəbi, müəllimlərin işə qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənnindən olan suallarda qüsurların olmasıdır. Aksiyada iştirak edən müəllimlərin adından çıxış edən Kamil Talıbov bildirib ki, imtahanda təqdim olunan testlərdə kifayət qədər nöqsanlar və qüsurlu suallar var.
Həmçinin o qeyd edib ki, 60 suala 2 saat vaxt verilən imtahanın suallarında test müəllifi məsələyə subyektiv yanaşıb. İndi onların bir tələbi var: Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahan yenidən təşkil olunsun.
Etirazçıların tələblərini dinləyən Elm və Təhsil Nazirliyinin nümayəndəsi onları qəbul şöbəsinə dəvət etdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?