Yəqin ki, qadınların hicabsız olmasını həbs səbəbi kimi görən İran hakimiyyətinin məmurları, islam dininin onlara da sirayət etdiyini unudub. Çünki içki masasında çəkdirdikləri şəkillərin, sosial şəbəkədə yayılan intim videolarının əhali arasında narazılığa səbəb olması bu şəxslər üçün problem deyil.
Gundemxeber.az bildirir ki, mövzu ilə bağlı “MediaPost”a fikirlərini bildirən siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İran hakimiyyəti tətbiq etdiyi qaydaları öz məmurları və onların ailə üzvlərinə şamil etmir: “İran hakimiyyətinin tanınmış ailə üzvlərinin xarici ölkələrdə, yaxud elə İrandakı müxtəlif tədbirlərdə hicab qaydalarını gözləməyən video və fotoları yayılır. Hətta bir sıra hallarda bunlar ikrah hissi doğurur.
Bir sıra hallarda hicab qaydalarına nəzarət edən qurumların əməkdaşlarının belə ictimai əxlaqa zidd olan görüntüləri yayılır. Bu onu göstərir ki, Tehran hakimiyyətinin tətbiq etdiyi hicab qaydası sadəcə xalqın fikir və söz azadlığını daim nəzarət altında saxlamaq üçün bir vasitədir”.
Ekspert vurğulayıb ki, Tehran rejiminin təmsilçiləri öz tətbiq etdikləri dini qaydalara əməl etmir: “Sosial şəbəkədə yayılan çoxsaylı görüntülər və onların hamısının montaj olması ehtimalı çox azdır. İran hakimiyyəti dini qaydaların tətbiqi üçün ilk növbədə məmurlardan və onların ailə üzvlərindən başlamalıdır. Əks halda bu, cəmiyyətdə bumeranq effekti yaradacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?