GundemXeber.Az-a müraciət edən Göyçay şəhəri Natavan küçəsi ev 70-də yaşayan Mayılova Minayə Seyidağa qızı qeyd edir ki, "bir qrup şəxs əlbir olaraq gübrə və kənd təsərrüfatı təyinatlı dərmanlara ayrılmış vəsaitlərin qanunsuz olaraq, nəğdləşdirirərək cinayət əməli törədirlər. Hansı ki, dövlət büdcəsindən hər il kənd təsərrüfatı məhsullarının əkilməsi üçün külli miqdarda vəsait ayrılır güzəştli gübrə verilir. Bir qrup şəxs həmin gübrəni aşağı qiymətə kəndlilərdən nəgd pula alıb satışa çıxarırlar. Bu isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatına küllü miqdarda ziyanlar vurur. Məsələnin kökü əkilməyən torpaqlara qanunsuz olaraq subsidiya yazan vəzifəli şəxslərdədir. Bu korrupsiya şəbəkəsinin törətdiyi ağır cinayətin obyektiv araşdırılıb təcili tədbirlər görülməsinə zərurət var.
Göyçay və İsmayıllı rayonlarında bu cinayətkar şəbəkəni vəzifəli şəxslər himayə edirlər. Çünki, bu qanunsuzluqla külli miqdarda vəsait əldə edirlər. İtirən isə Azərbaycan Dövləti olur ki, nəticədə də Kənd Təsərrüfatına ciddi ziyanlar dəyir.
Həmin gübrələr maqazinlərdə baha qiymıtə satışa çıxarılır. İsmayıllı rayonunda bu işə Sədyar adlı şəxs və iki oğlu baxır. Göyçay rayonunda isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Göyçay şöbəsinin rəis müavini Rafael Əliyevin ailə üzvü Abid Əliyev baxır. Abid Əliyev bir neçə il əvvəl özünə 2-ci dərəcəli müharibə əlili dərəcəsi təyin etdirə bilib. Hansı ki, Abid Əliyev yaralanmayıb onda heç bir əlillik əlaməti yoxdur.
Belə şəxslər əlbir olub Azərbaycan Dövlətinə küllü miqdarda ziyanlar vursalar da onların barəsində heç bir tədbir görülmür.
Sizdən xahiş edirəm bu şəxslərin cinayət əməllərinə hüquqi qiymət verəsiniz və qanunu tədbirlər görəsiniz."
GundemXeber.Az olaraq, yazıda adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?