gundemxeber.az Rayonlarda 10 minlərlə hektar torpaq örüş sahələri olduğu halda, əkin sahəsi olaraq göstərilib və nəticədə hər il dövlət büdcəsindən külli miqdarda pul çıxarılaraq mənimsənilib. Uuzun illərdir ki, dövlət kənd təsərrüfatına yardım məqsədi ilə pay torpaq sahiblərinə və ferməer təsərrüfatlarına subsidiyalar ayırır. Bu subsidaylara dövlət büdsəsindən hər il 10 miylon manatlarla vəsait sərf edir. Lakin bir çox hallarda bu subsidaylar şişirdilir və bu yolla dövlət büdsəsinə külli miqdarda ziyan vurulur. Bu barədə qəzetimizə daxil olan məlumata görə artıq bu şişirtmələr və dövlət büdcəsindən oğurlanan pullar barədə dövlət başçısına məlumat verilib və dövlət başçısı müəyyən qurumlara məsələnin araşdırılmasını və ona məruzə olunmasını tapşırıb. Məlumata görə bu iş kənd təsərrüfatı naziri İsmət Abbasov üçün ciddi problemə çevrilib. Belə ki, İcra Hakimiyyətləri ilə qarşılıqlı şəraitdə işləyən nazir uzun illərdir ki, bu şişirtmələrə və dövlət büdsəsinin mənimsənilməsinə göz yumub. Xatırladaq ki, bir müddət əvvəl bu məsələ ilə bağlı Maliyyə Nazirliyi(MN) ilə Kənd Təsərrüfatı Nazirliyi(KTH) arasında söz "atışması" olmuşdu. İsmət Abbasov taxıl istehsalının aşağı düşəcəyini bəyan edərək bunun səbəbi kimi Maliyyə Nazirliyinin vaxtında subsidiyalar ayırmadığını göstərmişdi. Maliyyə naziri Samir Şərifov isə öz növbəsində subsidiyaların ayrıldığını, lakin təyinatı üzrə xərclənmədiyini bəyan etmişdi. Bizə daxil olan məlumatda bildirilir ki, məhz Maliyyə Nazirliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, rayonlarda 10 minlərlə hektar torpaq örüş sahələri olduğu halda əkin sahəsi olaraq göstərilib və nəticədə hər il dövlət büdcəsindən külli miqdarda pul çıxarılaraq mənimsənilib. Mənimsənilən pullar isə İcra başçıları ilə kənd təsərrüfatı naziri arasında bölüşdürüldüyü iddia olunur. Çünki nazirliyin razılığı olmadan həmin maxinasiyaları həyata keçirmək mümükünsüz hesab olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?