Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bir neçə günlük şirkət 3.7 milyonluq tenderin qalibi oldu - Milyonlarla dəyəri olan müqavilələrin detalları açıqlanmır
Bir neçə günlük şirkət 3.7 milyonluq tenderin qalibi oldu - Milyonlarla dəyəri olan müqavilələrin detalları açıqlanmır
Avqustun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi “ZN Trade” şirkəti ilə 365 gün müddətində daxili və xarici istifadə üçün mexaniki və sanitar əlil arabalarının alınmasına dair müqavilə imzalayıb.
Dövlət satınalmalarının vahid elekton portalının məlumatına görə, müqavilənin dəyəri 7 milyon 762,8 min manat və ya 4 milyon 576 min dollardır.
Eyni zamanda, qanunvericiliyə zidd olaraq portalda alınan malların miqdarı və xüsusiyyətləri barədə məlumat yoxdur.
Maraqlıdır ki, ötən ilin sentyabrında təsis edilən “ZN Trade” MMC (VÖEN: 2007592551) bir neçə gün sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun 1795 ədəd əlil arabasının-təkərli arabaların (mexaniki və elektriklə) alınması üzrə tenderinin qalibi olub.
Həmin müqavilənin dəyəri 3 milyon 758,8 min manat (2 milyon 211 min dollar) olub. Sifariş 1 mart 2023-cü il tarixinədək yerinə yerinə yetirilməli idi.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycana ümumi dəyəri 1 milyon 590,6 min dollar olan 3 671 ədəd motor mexanizmi ilə təmin olunmayan əlil arabası və 889,5 min dollar dəyərində 1 537 ədəd digər əlil arabaları gətirilib.
Həmin mənbənin məlumatına əsasən, bu ilin birinci yarısında müvafiq olaraq 1291 (ümumi bəyan edilmiş dəyəri 222 180 dollar) və 109 (16 260 dollar) əlil arabası idxal edilib.
Qeyd edək ki, “ZN Trade” MMC barədə yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturları olmaqla, 9 dövlət satınalmasında qalib olmasından başqa heç bir açıq məlumat yoxdur.
Şirkətin qanuni nümayəndəsi 1985-ci il təvəllüdlü Nüsrəddin Yolçu oğlu Kərimovdur.
“ZN Trade” şirkəti Bakıdakı mənzillərdən birində qeydiyyatdadır, onun atası və üç böyük qardaşı da (Kərim, Murad və Müzəffər) burada qeydiyyatdadır. /"Turan"
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?