GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Professor Qubad İbadoğlunun həbsi ilə bağlı ADR Partiyasının BƏYANATI

Professor Qubad İbadoğlunun həbsi ilə bağlı ADR Partiyasının BƏYANATI

Tarix: 28-08-2023, 16:37 Bölmə :Cəmiyyət Baxış: 648


Bəyanatda deyilir:


"23.07.2023-cü il tarixdə   DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən  zorakılıqla həbs edilən London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) baş elmi işçisi, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, professor, iqtisadçı alim, tanınmış ziyalı Qubad İbadoğluya qarşı saxlanıldığı  Kürdəxanı təcridxanasında da hüquqlarının pozulması prosesi davam etdirilməkdədir.

24 iyul 2023-cü ildə  barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 3 ay 26 gün həbs qətimkan tədbiri seçilən   professor Qubad İbadoğlunun hüquqlarının kobudcasına pozulması prosesi hər keçən gün artmaqdadır.  Onun  hüquqlarının pozulması  yalnız  qondarma   ittihamla həbs  edilməsi   ilə bitməmiş,  eyni zamanda Kürdəxanı Təcridxanasında  da  ona qarşı həyata keçirilən mənəvi,  psixoloji,  sağlamlığına birbaşa təhdid yaradan qanunsuz  hərəkətlərə yol  verilmişdir. ADR Partiyasının sədri Qubad İbadoğlunun hipertoniya  və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi, aorta  damarında  həyati  təhlükə  yaradan  genişlənmənin  olması  ilə  bağlı rejim təmsilçilərinə xəbərdarlıq edilsə də, onun sağlamlığını təmin etmək  üçün  əsaslı müayinə  cəhdlərinin  qarşısı alınmışdır. Belə  ki, təcridxana  rəhbərliyinin  təşəbbüsü  ilə  keçirilən  tibbi  müayinənin  cavablarını  ötən  müddətdə  almaq  mümkün  olmamış  və  müstəqil  həkim  briqadası  tərəfindən  onun  müayinəsinə  şərait  yaradılmamışdır.

Qanunsuz  həbs  edilən Qubad İbadoğluya qarşı  hüquq və  qanun  pozuntuları   məhkəmə  orqanları  tərəfindən  də  eyni  qaydada  davam etdirilmişdir. Professor Qubad İbadoğlu ilə bağlı seçilmiş həbs qətimkan tədbirinin onun  səhhətindəki  ciddi problemləri nəzərə  alaraq ev dustaqlığı ilə əvəz olunması vəsatəti nəzərə  alınmamış  Nərimanov rayon  məhkəməsi tərəfindən  həbs  qətimkan  tədbiri  qüvvədə  saxlanılmış  və  qərardan  verilmiş  apellyasiya  şikayəti  Bakı Apellyasiya Məhkəməsi  tərəfindən  təmin  edilməmişdir.  Qubad İbadoğlunun Nərimanov rayonunda yerləşən və son iki ildən artıq müddətdə getmədiyi ofisdə, qeydiyyatda olduğu mənzilində və bağ evində  prosessual  qanunvericiliyin tələblərinin  kobud  şəkildə  pozulması ilə aparılmış  axtarış tədbirləri haqqında   vəkillər  tərəfindən verilmiş şikayətlər  birinci  və  ikinci  məhkəmə  instansiyaları  tərəfindən qeyri-qanuni olaraq əsassız  sayılmış  və  aparılmış axtarış  əməliyyat tədbirləri qanuna uyğun hesab edilmişdir.

ADR Partiyası   bəyan edir ki, professor Qubad İbadoğlunun sağlamlığını  məqsədli  şəkildə zərbə  altında qoyan  addımlar - şəkərli diabet xəstəliyi ilə bağlı ailə üzvləri tərəfindən Kürdəxanı Təcridxanasına göndərilən  xüsusi qidaların  qeyd olunan müəssisə rəhbərliyi tərəfindən qəbul edilməməsi, Qubad İbadoğlunun antisanitariya şəraitində saxlanması,  saxlanıldığı   kamerada təmizlik işlərinin görülməsi üçün təmizləyici vasitələrin ona çatdırılmaması,  həmçinin  ailə  üzvləri ilə  birbaşa  təmasların  əngəllənməsi,  ayrılmış  görüş  zamanının 8  dəfəyə  qədər  məhdudlaşdırılması   kimi qanunsuz əməllər  Qubad İbadoğlunun həbsinin siyasi   motivli  olmasının bir  daha  bariz  təzahürüdür.

ADR Partiyasının  sədri Qubad İbadoğlunun qanunsuz və qondarma ittihamlarla həbs edilməsinə qarşı daxili və beynalxalq ictimaiyyətin, siyasi dairələrin, media quruluşlarının  sərt   reaksiyalarına  rəğmən  rejim rəhbərliyi professor Qubad İbadoğlu haqqında daha bir qondarma ittiham (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1 maddəsi ilə) irəli  sürmüşdür.

Heç bir hüquqi əsası  olmayan qondarma ittihamlarla həbsdə  saxlanılan  ADR Partiyasının sədri, professor Qubad İbadoğluya qarşı mövcud siyasi hakimiyyətin  bütün  normaları  aşan bu  yaramaz  iddiaları ölkədə  dövlət,  qanun   və  hüquq  adına  bütün  dəyərlərin ayaq altına  atılmasının  nümunəsidir. 

ADR Partiyası bəyan edir ki,  hakimiyyətin  hər  üç qolunun bir  əldə  cəmləşdiyi, müstəqil məhkəmə sisteminin iflas etdiyi, ölkənin tək bir ailə təmsilçiləri tərəfindən idarə olunduğu bir şəraitdə ADR Partiyasının sədri, professor Qubad İbadoğlunun həyatına yarana biləcək hər hansı  bir  təhlükənin  tək  sorumlusu  onu  sifarişlə  həbs etdirən    İlham  Əliyevdir. 

ADR Partiyası  professor  Qubad  İbadoğlu   haqqında  seçilmiş  həbs  qətimkan  tədbirinin qondarma  və əsassız olduğunu, ona qarşı  irəli  sürülmüş  ittihamların  siyasi  motivli j olmasından  dolayı   rədd  etdiyini  bəyan  etməklə  bərabər onun  qeyd şərtsiz  olaraq  həbsdən azad edilməsini tələb edir."


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qubad İbadoğlunun vəkili danışdı - TƏFƏRRÜAT

    Qubad İbadoğlunun vəkili danışdı - TƏFƏRRÜAT ...

    15-08-2023, 12:05

  • 
  • Qubad İbadoğlunun təşkilatının üzvləri açıqlandı - SİYAHI

    Qubad İbadoğlunun təşkilatının üzvləri açıqlandı ...

    15-12-2014, 15:49

  • 
  • Qubad İbadoğlu ev dustaqlığına buraxılmadı, vəkil onun 9 kiloqram çəki itirdiyini deyir

    Qubad İbadoğlu ev dustaqlığına buraxılmadı, vəkil ...

    7-08-2023, 21:48

  • 
  • Susmuş qardaş birdən birə qınaq dolu açıqlama yaydı - "BU GÜNDƏN BAKIDAYAM"

    Susmuş qardaş birdən birə qınaq dolu açıqlama ...

    26-07-2023, 13:55

  • 
  • Qubad İbadoğlunun tərəfdarı Müsavatdan çıxarıldı

    Qubad İbadoğlunun tərəfdarı Müsavatdan çıxarıldı ...

    23-10-2014, 12:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu