GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Niyazi Bayramov beş il ərzində gəncəlilərin etimadını necə doğrultdu? FOTO/VİDEO

Niyazi Bayramov beş il ərzində gəncəlilərin etimadını necə doğrultdu? FOTO/VİDEO

Tarix: 29-08-2023, 19:14 Bölmə :Cəmiyyət Baxış: 696


Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun şəhərimizə rəhbər təyin edilməsinin 5 ili tamam olur. 


Bu beş ildə böyük işlər və layihələr həyata keçirilib. Gəncə şəhərinin kompleks inkişaf planı təsdiqlənərək  uğurla icra edilməkdədir. Hazırda Gəncə şəhərində həyata keçirilən ən önəmli və geniş miqyaslı layihələrdən biri “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsidir. Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını hədəfləyən layihənin icrası uğurla davam edir. 

Gəncənin küçələrinin, qəsəbə və məhəllə daxili yollarının asfaltlanması da sözü gedən layihəyə paralel şəkildə aparılır. Gəncədə sovet dövründə belə asfalt üzü görməyən ara küçələr asfaltlanır. İçməli su və çirkab su xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə asfaltlanma işləri aparılır.

 Gəncədə şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi, qaz təchizatının yaxşılaşdırılması, müasir küçə işıqlandırılması sisteminin qurulması, çoxmənzilli yaşayış binalarının fasadlarının və dam örtüklərinin yenilənməsi, lift təchizatının yaxşılaşdırılması, yolların təmiri, mədəniyyət, səhiyyə və təhsil ocaqlarının müasir tələblər səviyyəsində yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. 

Bu işlər təkcə şəhər mərkəzini yox, ətraf küçə və yaşayış massivlərini də əhatə edir. Gəncə şəhərində icra olunan daha iri miqyaslı layihələrdən biri müasir küçə işıqlandırılması sistemlərinin qurulması ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Gəncənin küçə işıqlandırılması sistemi yenidən qurulur. Son 5 ildə Prezident İlham Əliyevin iştirakı ilə Gəncə şəhərində bir sıra iqtisadi və sosial yönümlü obyektlər istifadəyə verilib. “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodu, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Gəncə Dövlət Dram Teatrının yeni binası, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi, Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu, Gəncə Dövlət Universitetinin yeni tədris korpusu, Gəncə Dövlət Universitetinin tələbə yataqxana kompleksi və s. bu qəbildən olan obyektlərdəndir. Bu istiqamətdə atılan addımlardan biri də Gəncədə “Ekoloji Park Kompleksi”nin yaradılmasıdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində 11 hektar ərazini əhatə edəcək parkda müxtəlif növ gül-çiçək, eləcə də ağac tingləri yetişdirilir.

 Gülçülük təsərrüfatında yetişdirilən ağac tingləri və digər dekorativ bitkilər tək Gəncə üçün deyil, paytaxt Bakıya, həmçinin Xan çinarlarının tingləri isə Qarabağ torpaqlarında əkilmək üçün göndərilir.  Gəncə 2019-cu il üçün “Avropanın İdman Şəhəri” tituluna layiq görülmüş, UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilmişdir. Nizami yurdu üçün ən uğurlu layihələrdən biri isə Gəncənin Avropa və Yenidənqurma İnkişaf Bankının “Yaşıl şəhərlər” layihəsinə qoşulmasıdır. Gəncə bu proqrama Prezident İlham Əliyevin təşəbbüsü ilə qoşulub. Gəncə Azərbaycanda AYİB-in Yaşıl Şəhərlər şəhər dayanıqlılıq proqramına qoşulan ilk şəhərdir. Görülən işlərin əhatə dairəsi o qədər genişdir ki, mən bunların bir qismini qeyd edə bildim. Niyazi müəllim bu beş ildə bir icra başçısı kimi şəhər əhalisinin böyük hörmətini qazanmışdır. Niyazi Bayramov Cənab Prezidentin tapşırıqlarına ləyaqətlə əməl edən bir icra başçısıdır və bu əqidədə olan komanda formalaşdırıb.

 Gəncədə 2018- ci ilin məlum hadisələri zamanı cənab Prezident Niyazi Bayramova etimad göstərib, məhz bu gün 28 avqustda onu şəhərimizə icra başçısı təyin etdi. Niyazi Bayramov gəlişi ilə şəhərdə sakitlik, stabillik yaratdı. Niyazi müəllim şəhərə icra başçısı təyin edilən gündən insanlar azaddır, hamı öz işi-gücü ilə məşğuldur. Gəncəyə raket zərbələri olanda, mən dərhal həmin əraziyə gedirdim, gecə vaxtları olmasına baxmayaraq, həmişə mən orda Niyazi Bayramovu, onun müavinlərini əhalinin arasında gördüm. Bu gün cənab Prezidentin göstərişlərinə uyğun olaraq Gəncədə şəhid ailələri, müharibə veteranları və Qarabağ qazilərinə böyük diqqət və qayğı göstərilir. Bəlkə də mən deyərdim ki, ən çox vətəndaş qəbulları məhz Gəncə şəhərində keçirilir. Prezidentin birbaşa tapşırığıdır ki, icra başçısı xalqın arasında olmalıdır. Cənab Prezidentin bu göstərişlərinə şəhər rəhbərliyi ləyaqətlə əməl edir. Belə müsbət keyfiyyətlərinə görə bütün Gəncəlilər Niyazi müəllimi sevir, ona hörmət və ehtiramla yanaşırlar. Dövlətçiliyimizə, Heydər Əliyev ideyalarına sadiq belə bir şəxsi şəhərimizə rəhbər təyin etdiyinə görə Cənab Prezidentə öz minnətdarlığımızı bildiririk  Niyazi Bayramova da möhkəm cansağlığı, Gəncəmizin inkişafı uğrunda böyük uğurlar arzu edirik.


Gəncə Dövlət Universitetinin müəllimi, texnika elmləri doktoru Elçin Cavadov


PS: 28 avqustda Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun şəhərimizə rəhbər təyin olunmasının 5 ili tamam oldu. Bu beş ildə Gəncə şəhərində böyük işlər və layihələr həyata keçirilib və hal- hazırda da keçirilməkdədir. Gəncə şəhərinin tanınmış ziyalıları Niyazi Bayramovun fəaliyyətini yüksək qiymətləndirərək, görülmüş işlər barədə ağız dolusu danışaraq, belə bir yüksək mədəniyyətə, etikaya sahib olan, Heydər Əliyev ideyalarına və dövlətçiliyə sadiq bir şəxsi şəhərimizə icra başçısı təyin etdiyinə görə Cənab Prezidentə öz minnətdarlıqlsrını bildirmiş, Niyazi Bayramova isə Gəncəmizin inkişafı uğrunda böyük uğurlar arzu etmişlər. Sözü gedən yazını və şərhləri olduğu kimi təqdim edirik:

https://m.facebook.com/story.php?story_fbid=pfbid02DKzNcTRp2EjgVWHg48KhmRLs2Cv16VhqSt7kUUEXYqWPQqbCGJNjJNMxNw7cJzkBl&id=100004431069774&mibextid=2JQ9oc

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncənin yeni icra başçısı kollektivə təqdim olundu

    Gəncənin yeni icra başçısı kollektivə təqdim ...

    29-08-2018, 12:30

  • 
  • NİYAZİ BAYRAMOV GƏNCƏLİLƏRƏ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - FOTOLAR

    NİYAZİ BAYRAMOV GƏNCƏLİLƏRƏ DİQQƏT VƏ QAYĞI ...

    26-08-2022, 14:17

  • 
  • Ölkənin ikinci şəhərinin birinci adamı  haqqında kim və necə düşünür? - FOTO/VİDEO

    Ölkənin ikinci şəhərinin birinci adamı haqqında ...

    4-09-2022, 11:13

  • 
  • Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi dəyişdirilib

    Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi ...

    1-11-2018, 16:52

  • 
  • Gəncənin yeni başçısı daha bir nəfəri işdən çıxardı

    Gəncənin yeni başçısı daha bir nəfəri işdən ...

    11-09-2018, 15:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu