GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda 'evdar kişilər'in sayı 100 min nəfər artıb - ARAŞDIRMA

Azərbaycanda 'evdar kişilər'in sayı 100 min nəfər artıb - ARAŞDIRMA

Tarix: 1-09-2023, 15:57 Bölmə :Cəmiyyət Baxış: 382

Azərbaycanda 'evdar kişilər'in sayı 100 min nəfər artıb

Əmək bazarına dair statistikada "iqtisadi qeyri-fəal əhali" anlayışından istifadə edilir. Bu kateqoriyaya təhsilini artıranlar, yaşa və əlilliyə görə pensiya alanlar, mülkiyyətdən gəlir götürənlər və "ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər" daxildir.

Metodologiyaya görə, belə şəxslər əməkqabiliyyətli yaşda olsalar da, işsiz sayılmırlar.

İqtisadi qeyri-fəal əhali qrupunda "ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər" – evdar qadınlar sayca daha çox yer tuturlar. Söhbət 651 min belə qadından gedir. Maraqlısı odur ki, Dövlət Statistika Komitəsi əmək bazarına dair sonuncu hesabatında (2019-cu ildəki siyahıyaalmanın nəticələri əsasında) bəzi dəyişikliklər edib. Məsələn, 2021-ci ildə açıqlanmışdı ki, "ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər" arasında kişilərin sayı 33 min nəfərdir. Ötən ilə aid göstəricilərdə eyni qrupa daxil olanların sayı 131 min nəfərə yüksəlib. Deməli, siyahıyaalma üzə çıxarıb ki, əslində ölkədə ev işləri görən, uşaqlara və digər ailə üzvlərinə qulluq edən kişi sayı 100 min nəfərə yaxın daha çoxdur.

Müstəqil ekspertlərin fikrincə, iqtisadi qeyri-fəal əhali ilə bağlı mövcud metodologiya hökumətə işsizliyin real səviyyəsini daha aşağı göstərməyə imkan verir. Axı sözügedən kateqoriyaya daxil olanların bir bölümü əslində öz istəyi ilə deyil, iş tapa bilmədiyindən evdə qalmağa məcburdur. Ancaq hökumət həmin şəxsləri işsiz saymır. Azərbaycanda 2 milyon 437 min nəfər iqtisadi qeyri-fəal əhali var. Onların 63 faizi qadın, 37 faizi kişidir və 13 faizi ali, 10 faizə yaxını isə orta ixtisas və ya peşə təhsillidir.

Əmək bazarında gender fərqləri
DSK-nın sözügedən hesabatından aydın olur ki, əmək bazarındakı qadın və kişilər arasında ciddi fərqlər var. Ötən ilin sonuna ölkədə muzdla çalışan kişilərin orta aylıq əməkhaqqı 968 manat olub. Eyni dövrdə qadınların orta aylıq maaşı 649 manatdır. Deməli, muzdla çalışan qadın və kişilərin maaşları arasında 50 faizə yaxın fərq var.

İşsizlik baxımından da ölkədəki qadınların göstəriciləri daha pisdir. Bu ilin əvvəlinə ölkədə 293 min nəfər işsiz sayılıb. Onların 164 min nəfəri - 56 faizi qadındır. Kişilər arasında işsizlik 4.8 faiz olduğu halda, qadınlar arasında eyni göstərici 6.5 faizdir. Başqa deyimlə, işsiz qadınların sayı çalışmayan kişilərdən 35 faiz çoxdur.

İşsizliyi yaş qrupları üzrə gözdən keçirəndə aydın olur ki, gənc qadınlar arasında işsizlik daha yüksəkdir. Rəsmi rəqəmlərə görə, Azərbaycanda 25 yaşadək qadınlar arasında işsizlik göstəricisi 15 faizi ötür. Bu, ölkə ortalamasından təxminən 2.5 dəfə yüksək işsizlik deməkdir. Toplamda işsiz sayılan qadınların yarıya yaxını 29 yaşadək olanlardır.

Qadınların iş imkanları daha azdır


Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədə rəsmi əmək müqaviləsi ilə çalışan 1 milyon 738 min işçi var. Onların 692 min nəfəri - 40 faizə yaxını qadın, 1 milyondan çox bölümü kişidir. Azərbaycanda qadın işçi qüvvəsinin 2 milyon 509 min nəfər olduğu hesaba qatılsa, bilinəcək ki, həmin qadınların cəmi 27 faizi - təxminən dördündən biri əmək müqaviləsi ilə işləyərək bəlli sosial haqlara sahibdir. Müqayisə üçün: Kişilər arasında eyni göstərici 40 faiz civarındadır.

Əmək bazarı ilə bağlı göstəricilərdən o da aydın olur ki, qadınların önəmli bölümü yalnız iki fəaliyyət sahəsində çalışır. Ölkədə muzdla çalışan 692 min qadının 254 min nəfəri (37 faizi) təhsil və səhiyyə sektorundadır./AzadlıqRadiosu/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 274 342 nəfər təşkil edir

    Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 ...

    13-11-2013, 12:39

  • 
  • Azərbaycanda qeydiyyatda alınan 80 minə yaxın işsiz var

    Azərbaycanda qeydiyyatda alınan 80 minə yaxın ...

    18-12-2019, 11:18

  • 
  • Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub - RƏSMİ

    Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat ...

    12-09-2019, 11:23

  • 
  • Azərbaycanda boşanmış kişilərlə bağlı statistika

    Azərbaycanda boşanmış kişilərlə bağlı statistika ...

    13-09-2017, 22:13

  • 
  • Azərbaycandan xaricə gedən bu şəxslər geri qaytarılır - DİQQƏT

    Azərbaycandan xaricə gedən bu şəxslər geri ...

    27-11-2019, 16:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu