Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Virusun yeni mutasiyasının Azərbaycanda yayılma ehtimalı var” - İnfeksionistdən AÇIQLAMA
Koronavirusun mutasiyaya uğramış yeni ştamları bütün dünyada sürətlə yayılır. Onlardan ikisi - EG.5 (“Eris”) və “Pirola” getdikcə daha çox ölkədə aşkarlanır. Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 xəstələrinin sayının artması ilə bağlı çağırışı hər kəsin narahatlığına səbəb olub. Yeni ştamların Azərbaycanda da yayılacağı ilə bağlı fikirlər irəli sürülür.
Bəs görəsən, yeni ştamma yoluxan varmı? Azərbaycanda mutasiyanın yayılması riski nə qədərdir? Digər mutasiyalardan təhlükəli hesab oluna bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Vasif Əliyevin sözlərinə görə, EG.5 (“Eris”) mutasiyası sürətli yoluxma qabiliyyətinə malikdir:“Mutasiyanın bu variantı immun sistemimizdən də sürətli “qaça” bilir. Nə qədər sürətli olsa da, öldürücülük qabiliyyəti aşağıdır. Yüksək sürətlə yayıldığına görə ehtiyatlı olmalıyıq.
Virusun əlamətləri temperatur, boğaz ağrısı, yüksək dərəcədə halsızlıq, burun axıntısı, əzələ ağrılarıdır. Lakin bu əlamətlər təkcə EG.5 (“Eris”) və “Pirola” mutasiyalarında deyil, digər respirator xəstəliklərdə də olur. Bu əlamətlər varsa, xəstə ev şəraitində izlənilməli, bol maye tükətməlidir. Əgər xəstəlik ağırlaşarsa, həkimə müraciət etmək lazımdır. Bəsit qaydalara yenidən dönürük. Xəstə olan şəxs maskadan istifadə etməlidir ki, virusu sağlam insanlara ötürməsin”.
V.Əliyev qeyd edib ki, mutasiyanın Azərbaycanda da yayılma ehtimalı var:
“Qonşu ölkələrdə, yəni Rusiya və Türkiyədə koronavirusun yeni ştammı artıq aşkarlanıb və rəsmi şəkildə təsdiq olunub. Azərbaycanda da mütləq diaqnostik testlər götürülməlidir ki, virusun hansı ştamma aid olduğu öyrənilsin. Ölkəmizdə də yayılma ehtimalı var. Vətəndaşlar yoxlanılmalı, virus ayırd edilməlidir”.
Qeyd edək ki, bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı (“Eris”) qeydə alınıb. Bu, “Omikron” ştammının yeni versiyasıdır. Artıq 51 ölkədə yayılmış EG.5 yoluxuculuq indeksinin sələflərindən bir qədər yüksək olması ilə fərqlənir. Yaranmış vəziyyətlə əlaqədar ABŞ Prezidentinin Administrasiyası amerikalıları COVID-19-a qarşı peyvənd olunmağa çağırıb. Hətta Kaliforniya, Nyu-York və Corciya ştatları məcburi maska rejimi tətbiq etməyə başlayır.
Gundemxeber.az
8-02-2021, 12:18
14-02-2020, 14:44
22-12-2020, 11:41
11-01-2022, 14:00
22-01-2021, 13:55
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?