GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gəncə vardı, gəncə yoxdu - REPORTAJ

Gəncə vardı, gəncə yoxdu - REPORTAJ

Tarix: 19-09-2023, 14:40 Bölmə :Cəmiyyət Baxış: 680


Biz gərək öz ləyaqətimizi itirməyək!


"Axırıncı aşırım" filmindəki Qəmlo ilə Kərbalayı İsmayıl arasındakı fikir ayrılığı zamanı 2-cinin məşhur ifadəsini çoxları eşitsə də, olduqca az bir qisim ləyaqətini qoruya bilib. Burda söhbət heç də fərdin yox, cəmiyyətin, millətin, xalqın mənəviyyatından gedir. Çünki fərdlər, azlıqlar, qruplar öz naqis, alçaq, iyrənc əməllərini rahatlıqla həyata keçirərək xalqın ləyaqətini, qanla yazılan milli kimliyi və dövlətin mənafeyini yerlə bir edirsə, demək ki, artıq bəlli kəsim yox, cəmiyyət zəhərlidi.

Bu barədə yazıb-yazmamaqla bağlı 1 ay qərarsız qaldım. Hər dəfə yazı masamın arxasına keçəndə qələmi əlimə alaraq ağ kağıza baxaraq, onu acı həqiqətlərlə ləkələmək, bakirəliyini pozmaq istəmirdim. Amma sonda Gəncədə gördüklərimi kağıza həkk etməyi qərara aldım. 

Adətən futbol üzrə ölkə çempionatı ilə bağlı bölgə oyunlarına təyinat alanda və ya hansısa rayonlara qısa səfərlər edəndə bundan maksimum faydalanmağa çalışıram. Getdiyim rayonların görməli-gəzməli yerlərinə baş çəkir, camaatını və onların yaşam tərzlərini müşahidə edirəm. Gəncədə bir neçə dəfə olsam da, şəhərin ancaq konkret yerlərinə baş çəkib qayıtmışdım. Ötən ay yolum yenidən Nizami yurduna düşdü. Bu dəfə dedim qədim diyarın gəzməli yerlərini görəcəm, küçələrini qarış-qarış gəzəcəm. Bakıdan fərqli olaraq Gəncədə hələ də millilik və orijinallıq qalıb, deyə düşünürdüm. İlk baxışdan gümanımda da yanılmamışdım. Ən azında harın burjualar ilə oliqarxlar buranın canına od səpməyiblər. Yəni, Gəncədə qırmızı kərpicdən inşa edilən köhnə evlər, qədim küçələr, hətta dağılmış, ucmuş tikililər belə şəhərdə gözümə dəydi. Bütün bu gördüklərim yaşayış məntəqəsinə  yaraşıq verirdi. Bura sanki, azərbaycanlıların öz şəhəridi, daha doğmadı, nəin ki, Bakı. Həmçinin Gəncədə olarkən sanki tarixə, əsas da XX əsrin əvvələrinə ekskursiya etmiş kimi olursan. Sanki, şəhərin hər bir daş-kəsəyi dilə gəlmək, üsyankarcasına hayqıraraq tarixdəki şahidlikliklərini vurğulamaq istəyir. Amma bunlar aysberqin görünən hissəsiydi. Əslində isə Gəncə yarımiflic bir insanı xatırladırdı. Şəhərdə insanlar sanki səni görmür, əski dövrdəki qonaqpərvərlik demək olar qalmayıb. Adamlar saat mexanizmi kimi nələrisə edir, ətrafa isə nəzər gəzdirmirdi. Elə bil şəhər itmiş, sakinlərin ruhları isə qeybə çəkilmişdi. Qədim diyarın küçələrini gəzib, köhnə evləri, abidələri müşahidədən sonra "Xan bağı" adlanan parka gedərək azərbaycanlılar arasında ilk Sovet İttifaqı Qəhramanı adını alan İsrafil Məmmədovun məzarını ziyarət etməyi qərara aldım. Deyilən yerə çatdım, amma qəhramanın qəbrini tapa bilmədim. Cavan, orta nəslin nümayəndələrinə müraciət etdim, kimisi elə bir şəxsi tanımadığını, bəziləri burda məzar olmadığını, digərləri isə ümumiyyətlə onlara ünvanladığım sualı və məramımı anlamayıb qəribə tərzdə mənə baxdı. Məcbur qalıb geniş parkı 2 dəfə dövrə vurdum. Düzdü, ağaclarla əhatələnmiş, uzun, geniş skamyalar olan, 3 böyük çayxanın yer aldığı məkanı gəzmək yorğunluq vermədi. Hətta Gəncə o qədər "müasirləş"mişdi ki, günün od ələdiyi bir vaxtda skamyada, tində-bucaqda öpüşənlər, mazaxlaşanlar da gözümdən qaçmadı. Sevindirici haldı ki, parkda kitab oxuyan madmazellərə də rast gəldim. Nəhayət 60+ yaşında olan bir park işçisinindən qəhramanın məzarının harda olmasını desə də, ünvanı başa düşəcəyim tərzdə izah edə bilmədi. Yalnız daha 3 yaşlı nəslin nümayəndələrinə rastlayıb kömək istəyəndən sonra Böyük Vətən Müharibəsi cəngavərinin parkdakı qəbrini tapa bildim. Bürüncdən olan qəbir abidəsi qızmar günəş altında daha da parıldayırdı. Sanki, dilsiz-ağılsız tikili ilə qəhramanın ruhu demək istəyirdi ki, "ey müasir soydaşlarım, məni tanımasaz, harda uyuduğumu bilməsəz də, Yer kürəsinin məhşəli olan Günəş məni işıqlandırır". Çox maraqlıdı 82 il bundan əvvəl Novqorod şəhərinin Pustınka kəndini azsaylı qrupu ilə müdafiə edərək güclü alman taburu tərəfindən mühasirəyə alınan sovet zabitin göstərdiyi igidlik yadda çıxarılacaqdısa, bir qafqazlının rəhbərlik etdiyi dəstə özündən say və güc etibarıyla  qat-qat güclü düşmənə qarşı savaşaraq onun 300-dək canlı qüvvəsini məhv edən komandir unudulacaqdısa, ən əsası bir azərbaycanlı şəxsən həmin döyüşdə qarşı tərəfdən 70 düşmən əsgərini və daha 3 zabitini gəbərdərək şücaət göstərməsinə öz xalqı tərəfindən etinasızca yanaşılacaqdısa,  o buna necə münasibət bəsləyərdi?! Düşünürəm ki, ən azından bərk sarsılaraq psixoloji travma alar, ruh düşkünlüyü yaşayardı. Heç olmasa sevindirici məqam o idi ki, Sovet İttifaqı qəhramanının qəbri ətrafı və yaxınlıqdakı parkda səliqə-səhman vardı. Eləcə də həmin parkda idman alətlərinin, vəsaitlərinin olması da adama ruh yüksəkliyi verirdi. Ən azından bura hələlik siqaret sömürənlər ilə tum çıtlayanların işğalına məruz qalmamışdı. Daha sonra Gəncənin digər görməli yerlərini seyr etmək üçün gəzintimi davam etdirdim. Qala küçəsindəki əsrlərin bir çox tarixi hadisələrinə şahidlik etmiş Gəncə qalasın bir parçasını doyunca müşahidə etdim, toxundum, qoxladım. Elə həmin abidədən bir az uzaqlıqda iki qala küçəsində XIX əsrə aid ev və onun pəncərələri arasındakı qadın şəklini əks etdirən barelyef gözümə sataşdı. Yaxınlaşan zaman Barelyefin Ayna Sultanovaya məxsus olduğundan agah oldum. Orda yazılmışdı: 

"Bu küçə ilk inqilabçı azərbaycanlı qadını Ayna Mahmud qızı Sultanovanın adını daşıyır".

Amma küçənin adı uzun illərdi məşhur zənənin adını daşımırdı. Nə əcəb barelyefin hələ də "milli"lər tərəfindən sökülmədiyinə təəccübləndim. Özünü ruslar demiş tupoyluğa qoyub yoldan keçən sakinlərdən bir neçə nəfərdən barelyef də əks olunan qadının kim olduğunu soruşdum. Hamılıqla tanımırıq dedilər. Orta yaşlarında olan birindən də eyni cavabı alanda sual etdim ki,  gəncəlisiz? Dedi bəli. Davam edərək bəs bilmirsiz  bu bareltef çoxdandandı burdadı? Cavab verdi ki, uşaqlıqda da görmüşəm bunu. Yəni,  sovet dönəmindən var. Təşəkkür edib əlavə sual vermədim. Yol aldım Gəncə Tarix Diyarşünaslıq Muzeyinə. Oranı da sakinlərdən soraqlayanda bir qədər də stress keçirdim. Gəncəli

lərin mütləq çoxluğu oranı tanımır. Tanıyanlar isə: "Bilmirəm Tarix Diyarşünaslıq Müzeyi haradı? Amma onu bilirəm ki, təxminən 2-3 dayanacaq sonra bir müzey var". Görünür bu yaxınlarda ölən  çağdaş tariximizdə ziddiyətli əməlləriylə məşhurlaşmış gəncəli (o əslən Qərbi Azərbaycandan olsa da, gəncəlilər onu özününkü hesab edirdi)  Sürət Hüseynovla  birlikdə qədim diyarın tarixi şüuru da ölmüşdü. Nə isə bir təhər adı çəkilən məkana çatdım. İçəri daxil olanda müzey işçilərində növbəti şok cavab alıram:

"Müzeyimiz açıq olsa da, qonaqlar xidmət göstərmirik. Çünki nazirlik hələ ki, göstəriş verməyib". 

Sual etdim ki, nazirlik nə vaxt göstəriş verəcək və ümumiyyətlə müzey tətilə çıxmayıbsa, müəssisənin açıq olması və xidmət göstərməməsinin anlamı nə? Sualım təbii ki, cavabsız qaldı. Ardınca Gəncə şəhər miniatür kitab müzeyi və Gəncə şəhər uşaq kitabxanasına (hər 2 müəssisə bir binada yerləşir) doğru yol aldım. Təbii ki, buranı soraqlayanda da çoxları bilmədi. Əsas odu məkanı tapdım. Ora açıq olsa da, sakinlərə xidmət göstərmirdi. Müzeyda təmir işləri gedirdi. Buna rəğmən bir madam ilə bir madmazel məni çox isti qarşıladılar. Müəssisələri barədə maraqlı məlumatlar verdilər. Məlum oldu ki, Gəncə şəhər miniatür kitab müzeyi və Gəncə şəhər uşaq kitabxanasında ümumi 16 542 kitab mövcuddu.15 vitrində 29 ölkənin nəşr olunmuş bilik mənbələri var. Ən qədimi kitab 1672-ci ildə keçi dərisindən  hazırlan, ərəbçə Qurani-Kərimdi. Ən kiçik həcmli kitab isə ingilis dilindəki "My Baku"du. Ən azından Gəncədən yaxşı anlamda nəsə öyrənərək qayıdacaqdım. Cümə günü olmasına baxmayaraq məsciddə də insan qıtlığı idi. Nə axund, nə ibadət edənlər, nə də cümənin anşlaqı gözə dəydi. Deyəsən buralarda Allah da yadırğanıb...

Futbol matçının yavaş-yavaş yetişdiyini görüb yol aldım şəhər stadionuna doğru. Saat 17.00-da qərb derbisi start götürəcəkdi. İrəliləyərkən tariximizə və qəhramanımız İsrafil Məmmədova qarşı daha bir hörmətsizliyin şahidi oldum. Belə ki, Atatürk prospekti ilə Sovet İttifaqı Qəhramanının adını daşıyan küçənin kəsişməsində, Türkiyənin ilk prezidentinin adı əks olunan tablo böyük hərflərlə parladığı halda, Böyük Vətən Müharibəsi zamanı azərbaycanlıların ilk qəhraman adını alan simanın ismini əks etdirən lövhə köhnəlmiş, hərflər isə solmuşdu və demək olar görsənmirdi.

Sakinlər arasında az da olsa yeganə coşqu "Kəpəz" fanatlarıydı. Onlarında fəallığı ya marşrutda, ya stadiona aparan yol boyunca, ya da futbol məkanının ətrafında idi. Oyun vurçatlasında keçsə də, meydan sahibləri məğlub oldular. Gəncə şəhər stadionu o qədər baxımsız qalmışdı ki, Çernobıl atom elektrostansiyasındakı partlamadan sonrakı qalan nişanəni xatırladırdı. 


Beləcə aydınlıq yerini alatoranlığa verdi, qaş qaralmışdı. Qədim yaşayış diyarının gecəsinə də səyahət etməyi qərara aldım. Binanın işıqları, maşın səsləri, fəaliyyət göstərə çayxanalar, kafelər və ayrı-ayrı sakinlərin mənzilləri qarşısında termos qoyub çay içməsi, tum çıtlaması xaric şəhərin zülmətli sükutu demək olar gündüz laqeydliyi xatırladırdı. Yəni, şəhərin gündüzü ilə gecəsi arasında fərq yox idi. 2 saata yaxın Gəncənin prospektlərini, küçələrini, parklarını, dalanlarını gəzdikdən sonra "Xan Bağı" parkındakı "Qaranın çayxanası"deyilən məkanda rahatlamağı qət etdim. Çay ocağında asılan şəkil diqqətimi çəkdi. Ona yaxınlaşanda agah oldum ki, yığıncaq yeri  XIX əsrdən fəaliyyət göstərirmiş. Çünki dördbucaqlı təsvirdə bu sözlər qeyd olunmuşdu: 

"Gəncəlilər bu yeri "Qaranın çayçısı" deyə tanıyır. Gəncə 1897-ci il". 

Demək özümdə bilmədən tarixi, özü də Çar Rusiyası dönəmindən fəaliyyət göstərəm məkanda idim. Divar şəklindəki ildən hesablasaq, çayxana 126 illik (bəlkə də daha əvvəldə mövcud imiş) fəaliyyəti dövründən bu yana Rusiya İmperiyası, onun özünü doğrultmayan islahatları, kəndli üsyanları, qaçaqlar, etirazlar, gizli bolşevik hərəkatları, müxtəlif qarşıdurmalar,  ayaq üzərində dura bilməyən I Respublika, Şura Cümhuriyyəti, Gəncə üsyanı, 90-cı illərdəki hadisələr və digər sadalamadığım onlarla tarixi hadisələrin sınağından çıxmış və şahid olmuşdu.

 Məkanın 24 saat işlədiyini öyrəndikdən sonra səhərə qədər burda vaxt keçirəcəyimi qətiləşdirdim. Gecə yarısında sonra çayxana da dincini almağa başlamışdı. Demək olar bütün müştərilər getmişdi. Bir qədər sonra yeganə qonaq mən olacaqdım. Gecənin sükutunu Günəşin şəfəqləri əvəz edənə kimi bir necə dəm çay içdim, kitab oxudum, filmər izlədim, cızma-qaralar etdim, düşündüm, ən əsası məkanın müsbət enerji aldım. Bəzən çıxdım "Xan Bağı"nda dövrələr vurdum, narkomanların, evsizlərin skamyalara sığınaraq yuxulamalarına şahidlik etdim. Bəli, dinamik, analoqu olmayan, 44 günlük müharibədə qalib Azərbaycanda hələ də kimsəsizlər, səfillər, evsiz və narkotiklə sevişənlər artmaqdadı. Boğulan şəhərdə gecədən-səhərdə gerçəklikləri gördüm. Əslində bunlar gəncəlilər üçün adiləşmiş reallıqlar idi. Mənim üçün yenilik olmasa da, qəhraman şəhərin bu qədər simasızlaşdırılmasını ağlıma da gəlməzdi. Axı, biz məmləkətin istər ağır, istərsə də, xoş günlərində Gəncəni daim ayaqda duran, avanqard bir diyar bilirdik. Bu diyar ta qədimdən yadellilərə qarşı sinə gərib. Ərəb istilası qarşı döyüşən, monqollara asanlıqla təslim olmayan, gürcülərin xislətlərinə, alçaqlıqlarına cavab verən, Çar Rusiyasına  olum ya ölüm davası verən, dığarın başına yumruğunu çırpan, Qarabağ savaşlarında igidləriylə qəhrmanlıq nümunələri göstərib tariximizi qanları ilə zəngilənləşdirən şəhər, indi dağıdıcı kapitalizmin qarşısında təslim olmuşdu. Yırtıcı klanların, alçaq nepotistlərin, qudurğan oliqarxların, harın məmurların, hər şeydən mənfəət güdən murdarların qarşısında diz çökdürülmüşdü. Zəngin tarixi, dərin mədəniyyəti, düşünən və diqtə edən ziyallılar, şəxsiyyətlər bəxş etmiş olan yaşayış məntəqəsi ruhsuz şəhərə çevrilmişdi. Bu düşüncələrlə zülmətdən  səhərə çıxdım. Amma Günəşin şəfəqləri nə qədər şəhəri işıqlandırsa da, onun simasını parlada, daxili zülmətini qova, soyuqluğunu qızdıra bilmirdi. Elə məndə şəhərin təmiz havasından, ağacların yaşıllığından, suyun şırıltısından və s. artıq zövq almırdım. Qədim şəhər vətənimiz içərisində bir yadlıq, ruhsuz, tilsimlənmiş diyar kimi kristallaşmışdı. Ona görə tez bir zamanda buranı tərk etməliydim. Geriyə baxıb yalnız bu sözləri dedim: 

Gəncə vardı, Gəncə yox idi...


ABDULLA İSMAYILOĞLU

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GƏNCƏ İŞİ: Gəncə məhbuslarının işinə Elmar Vəliyevin yaxınları təsir edir...

    GƏNCƏ İŞİ: Gəncə məhbuslarının işinə Elmar ...

    5-08-2019, 11:27

  • 
  • “İsmayıl Şıxlı deyib ki, bundan “Cahandar ağa” olmaz...” - REPORTAJ

    “İsmayıl Şıxlı deyib ki, bundan “Cahandar ağa” ...

    14-07-2014, 02:08

  • 
  •  Gəncə Şəhər İcra Hakimiyyətində iki yeni təyinat olub

     Gəncə Şəhər İcra Hakimiyyətində iki yeni ...

    13-02-2021, 12:55

  • 
  • Bakirəliyini satışa çıxaran azərbaycanlı qız danışdı: “Ev almaq istəyirəm, ona görə satıram"

    Bakirəliyini satışa çıxaran azərbaycanlı qız ...

    23-08-2018, 21:06

  • 
  • Kişi arvadını və qayınatasını bıçaqladı - GƏNCƏDƏ

    Kişi arvadını və qayınatasını bıçaqladı - GƏNCƏDƏ ...

    2-09-2017, 12:35


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu