GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » GƏNCƏ İŞİ: Gəncə məhbuslarının işinə Elmar Vəliyevin yaxınları təsir edir...

GƏNCƏ İŞİ: Gəncə məhbuslarının işinə Elmar Vəliyevin yaxınları təsir edir...

Tarix: 5-08-2019, 11:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 671
GƏNCƏ İŞİ: Gəncə məhbuslarının işinə Elmar Vəliyevin yaxınları təsir edir...


Avqustun 1-də Bakı Apellyasiya Məhkəməsində baş tutan növbəti iclasda Gəncə məhbuslarından 11 nəfərin cəzası azaldılması ilə bağlı prokuror çıxış edib.

Gundemxeber.az-ın verdiyi xəbərə görə, prokuror Ceyhun Əliyev Maarif Hacıyev, Şahlar Rzayev, Kamal Məhərrəmov, Orxan Yağnəliyev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Toğrul Verdiyev, Seymur Əliyev, Araz Həsənov və Vaqif Əşrəfovun təmsil olunduğu 11 nəfərlik qrupun cəzasının azaldılmasını, onlara verilən ittiham maddələrinə də dəyişiklik olunmasınıistəyib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 220.1 və 315.2 maddələrilə - ötən il iyulun 10-da Gəncədə kütləvi iğtişaşların təşkili və həmin vaxt polis əməkdaşlarına müqavimət göstərib, onların sağlamlıqlarına ziyan vurmaqda ittiham olunurlar. Gəncə Məhkəməsi də onları bu maddələrlə təqsirli bilib. Maarif Hacıyev 9 il, Şahlar Rzayev, Kamal Məhərrəmov və Orxan Yağnəliyev 8 il 6 ay, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Toğrul Verdiyev və Seymur Əliyev 8 il, Araz Həsənov və Vaqif Əşrəfov 7 il 6 ay azadıqdan məhrum edilib.

Prokuror təklif edib ki, 315-ci maddə ilə verilən ittihama dəyişiklik edilsin, təqsirləndirilən şəxslərin əməli 315.1 maddəsinə tövsif edilsin. Həmin maddədə ancaq hakimiyyət nümayəndəsinə müqavimətdən söhbət gedir, xəsarət yetirmədən yox. Prokuror Maarif Hacıyev, Ruslan Həsənov, Nizami Əkbərov, Toğrul Verdiyev və Seymur Əliyevə 5 il 6 ay, Şahlar Rzayev, Tural Bayramov, Kamal Məhərrəmov, Araz Həsənov və Orxan Yağnəliyevə 5 il, Vaqif Əşrəfova 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyib.

Daha sonra vəkillər çıxış edərək, hüquqlarını müdafiə etdikləri şəxslərin təqsirsiz olduğunu bildirib, bəraət verilməsini istəyiblər.

Məhkəmə iclası zamanı Gəncə məhbuslarının valideynləri bütün bu olaylara Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin özbaşınalığının səbəb olduğunu bildiriblər: "Bizim uşaqlarımızın yerində Elmar Vəliyev oturmalı idi. Gəncədə bir cinayətkar var idi, o da Elmar Vəliyev idi" deyən valideyinlər övladlarının günahsız olduğunu bildiriblər.

Məhbusların vəkillərin müdafiə nitqi xeyli sərt tənqidlə yadda qalıb. Gəncə məhbusu, istintaq zamanı döyülməkdən ağ ciyəri parçalanan, hazırda "Tubzon"da müalicə alan və həbsindən öncə Azərbaycan ordusunda 6 il xidmət edən Şahlar Rzayevin vəkili xeyli maraqlı dəlillərlə diqqət çəkib: "Gəncə olaylarını araşdırarkən mütləq, bu olaylar baş verməzdən öncə Gəncədəki sosial-ictimai gərginliyə niyə önəm vermirlər? Hüquqlarını müdafiə etdiyim Şahlar Rzayev sadəcə olaraq Elmar Vəliyevin Gəncədə azana qadağa qoymasına etiraz etmək üçün o meydandaydı. Niyə istintaq materiallarında "dövlətçilik əleyhinə olan şüarlar səsləndiriblər" ifadəsi yer alıb? "Allahu əkbər", "Ya Hüseyn" kəlməsi nə zamandan dövlətçilik əleyhinə şüar olub? Elmar Vəliyev niyə görə Gəncədə azana qadağa qoymuşdu?

Şah Abbas Gəncəyə gələndə xalqdan soruşur ki, sizə nə lazımdır, məndən nə istəyirsiniz sizə əta edim? Gəncə xalqının Şah Abbasdan bircə istəyi olur: Gəncədə məscid tikdirin. Belə bir şəhərə Elmar Vəliyev kimi adamı niyə görə başçı təyin etdilər?

Mən hokumətimizdən xahiş edirəm ki Gəncə məhbusları haqqında çıxarılan qərara diqqət etsinlər. Çünki bir məhkəmənin çıxardığı qərarın arxasında o dövlətin şərəfi dayanır. Xahiş edirəm, Elmar Vəliyevə görə dövlətin şərəfi ilə oynamayın".

Daha sonra Orxan Yağnaliyevin vəkili çıxış edərkən bildirib ki, istitaq işində Orxanın bir polisə təpik vurması haqqında iddia var. Amma o polisin kimliyi hələ də bəlli deyil. Çünki belə bir hadisə olmayıb.

İstintaq materiallarında belə bir ifadə var: "İnternet sosial şəbəkəsi". İnternet sosial şəbəkəsi deyilən bir şey yoxdu. İnternetdəki sosial şəbəkələr var. Bu qədər savadsızlıq olmaz. Bu istintaq materialları dövlət idarəsində yazılıb. Buna diqqət etmək lazımdı axı".

Məhkəmə növbəti iclasın vaxtını elan edib: avqustun 15-nə, saat 15:00.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə hadisələri ilə bağlı cinayət işi məhkəməyə göndərilib - DTX və Baş Prokurorluq birgə məlumat yaydı

    Gəncə hadisələri ilə bağlı cinayət işi məhkəməyə ...

    3-12-2018, 21:02

  • 
  • Hüquq müdafiəçiləri daha 11 nəfəri siyasi məhbus kimi tanıyıb

    Hüquq müdafiəçiləri daha 11 nəfəri siyasi məhbus ...

    4-05-2019, 15:52

  • 
  • Gəncə hadisələri ilə bağlı həbs edilən daha 7 nəfərin cinayət işi məhkəməyə göndərilib

    Gəncə hadisələri ilə bağlı həbs edilən daha 7 ...

    29-01-2019, 21:20

  • 
  • GƏNCƏ İŞİ-Hakimdən vəkilə "Qaşınmayan yerdən qan çıxarma..." təpkisi Featured

    GƏNCƏ İŞİ-Hakimdən vəkilə "Qaşınmayan yerdən ...

    27-06-2019, 11:15

  • 
  • Gəncə hadisələri ilə bağlı həbs edilmiş məhbus vəfat edib

    Gəncə hadisələri ilə bağlı həbs edilmiş məhbus ...

    10-07-2019, 15:09


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu