“Lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni silahlı birləşmələrinin texnikaları ələ keçirilib”.
Gundemxeber.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ermənilər pərakəndə şəkildə döyüş meydanını tərk edirlər:
“Onların Qarabağı könüllü halda tərk etməsi üçün şərait yaradılır”.
O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinə məxsus 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər ordumuz tərəfindən nəzarətə götürülüb:
“Yeddi nəqliyyat, dörd minaatan, bir tank, iki piyada döyüş maşını da qənimət olaraq ələ keçirilib”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?