GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Polkovnik Anar Eyvazov: "Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur" - VİDEO

Polkovnik Anar Eyvazov: "Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur" - VİDEO

Tarix: 20-09-2023, 16:03 Bölmə :Cəmiyyət Baxış: 283


Sentyabrın 20-də Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün növbəti brifinq keçirilib.


Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edərək bildirib: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri barədə indiyədək olan məlumatları diqqətinizə çatdırıram.
Keçirilən tədbirlər çərçivəsində qarşı tərəfə məxsus növbəti hərbi təyinatlı texnika, döyüş mövqeləri və sığınacaqlarının zərərsizləşdirilməsi həyata keçirilib. Bununla bağlı videomateriallar mütəmadi olaraq ictimaiyyətə təqdim olunub.
Bu saata olan məlumata əsasən Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.
Bildirirəm ki, silah-sursatı tükənən Ermənistan silahlı qüvvələri birləşmələrinin hərbi qulluqçuları pərakəndə şəkildə təşviş içində döyüş mövqelərini tərk edirlər. Bu faktlar sizə təqdim edəcəyimiz videoda öz əksini tapıb.
Tədbirlər zamanı Ermənistan tərəfi mütəmadi olaraq müxtəlif məzmunlu yalan məlumatlar yayıb. İctimaiyyətə, media mənsublarına və sosial media istifadəçilərinə qarşı tərəfin dezinformasiyalarına əhəmiyyət verməməyi və Müdafiə Nazirliyi tərəfindən paylaşılan rəsmi məlumatlara istinad etməyi tövsiyə edirik.
Bundan başqa diqqətinizə çatdırmaq isəyirəm ki, lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi günlərdə bəzi sosial media hesablarında Silahlı Qüvvələrimizə yardım adı altında əhaliyə çağırışlar edilir. Vətəndaşlardan müxtəlif yardım kampaniyalarına qoşulmaqla pul və ərzaq istənilir.
Müdafiə Nazirliyi rəsmi olaraq vətəndaşları belə çağırışlara reaksiya verməməyi tövsiyə edir. Bildirirəm ki, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın daha da yaxşılaşdırılması üçün bütün zəruri işlər görülüb, bölmələrimizin istənilən şəraitdə normalara uyğun və fasiləsiz təminatı istiqamətində zəruri tədbirlər planlı şəkildə həyata keçirilir".
Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması iştirakçılara çatdırılıb: "Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir".
Brifinqin sonunda qeyd olunub ki, Müdafiə Nazirliyinin rəhbərliyi bununla bağlı qoşunlara müvafiq göstərişlər verib.



Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polkovnik Anar Eyvazov: "Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq" - VİDEO

    Polkovnik Anar Eyvazov: "Ermənistan silahlı ...

    20-09-2023, 16:17

  • 
  • Ermənilərin Qarabağda 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb, xeyli sayda qənimət ələ keçirilib - RƏSMİ

    Ermənilərin Qarabağda 90-dan artıq döyüş mövqeyi ...

    20-09-2023, 13:27

  • 
  • Ermənilərin Qarabağda 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb, xeyli sayda qənimət ələ keçirilib - RƏSMİ

    Ermənilərin Qarabağda 90-dan artıq döyüş mövqeyi ...

    20-09-2023, 16:02

  • 
  • Hərbi attaşelər Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə məlumatlandırılıb

    Hərbi attaşelər Qarabağ bölgəsində keçirilən ...

    19-09-2023, 19:33

  • 
  • Separatçılar təslim oldular: Antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu

    Separatçılar təslim oldular: Antiterror ...

    20-09-2023, 16:07


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu