Bakının Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Həşimova Yaqut Himayət qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub, o, saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.
“Report”un əldə etdiyi məlumata görə, qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.
Yaqut Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Hadisə qısqanclıq zəminində törədilib. Anar Həşimov Yaqut Nərimanın başını kəsərək küçəyə atıb. Anar Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.
**
Müğənninin bacısının ATV kanalına verdiyi açıqlamada Yaqut Nərimanın başının kəsilməsini təkzib edib. Onun sözlərinə görə, bıçaq bacısının şah damarını kəsib və bunun nəticəsində Yaqut Nəriman vəfat edib.Bacısı Şəlalə deyib ki, Yaqut Nərimanın həyat yoldaşı ilə münasibətləri gərgin olub.
Sorğu
Yeni dizaynımız necədir?