Yanvarın 4-də Goranboy rayonu ərazisində bir nəfəri qətlə yetirməkdə, dörd nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq istintaqa təhvil veriliblər.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfi Cəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü - Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?