AYB adlı qurumun ədəbi, mədəni mühitdə önəmli danmaq mümkün deyil. Sovetlər ittifaqı dağıldıqdan sonra hər sahədə xaos, qarışıqlıq, hökm sürsə də, Azərbaycan Yazıçılar Birliyi tez bir zamanda özünü toparlaya bildi və yeni inkişaf lahiyələri üzərində işləməyə başladı. Birliyin bu günə kimi yaşamasında dövlətimizin qayğısı özünü həmişə göstərmişdir.Təəssüf ki, AYB-nin adı mətbutda və sossial şəbəkələrdə tez-tez hallanaraq onun rəhbərliyinin fəaliyyəti haqqında xoş olmayan yazılar gedir. Bəzən isə, bu yazılar tənqiddən, iraddan da irəli keçərək böhtan, yalan, şantaj xarakteri daşıyır. Haqlı olaraq ictimai fikirdə belə bir sual baş qaldırır ki, görəsən AYB-ni pisləmək və onun rəhbərliyi barəsindəki mənfi məlumatların yayılması kimlərə sərf edir? Yazarların sosial şəbəkələrdəki fikirlərindən belə çıxır ki, birlik və onun rəhbərliyinin əleyhinə mətbuatda səsləndirilən tənqidi fikirlər təşkilatda çalışan yazarların özlərinin işidir. Yəni birliyin adına kölgə salanlar, yeri gələndə qohumbazlıq, qrubçuluq edənlər qurumun daxilində fəaliyyət göstərirmişlər.
Bəzi şayələrdə isə AYB-nin kadrlar şöbəsinin müdiri Arifə Əliyevanın nüfuzu vurğulanır. O, neçə illərdir ki, bu mötəbər qurumda işləyir. Şöbədə işləyən bir xanım əməkdaşı yerinə keçmək adıyla vaxtilə qərəzkarlıqla otaqdan uzaqlaşdırmağa nail olub. Elə bilir ki, şöbəyə işə götürülən hər kəs onun yerinə keçmək istəyir. Hətta ali təhsili olmayan gəlini Çinarə adlı xanımı da yanında işə düzəldib. O AYB-dəki köhnə işçilərinin bir çoxundan yaxşı maaş alır. O əməkdaşlar isə feysbukda narazı fikirlər bildiriblər. Çinarə xanımın yüksək maaş almasına baxmayaraq, AYB üçün zərrə qədər faydasının da olduğunu kimsə iddia edə bilməz. Amma birlik daxilində sözü keçən əməkdaş hesab olunur.
Beləliklə, cəmiyyətə ziyan vuran qohumbazlığın bir nümunəsi də AYB-dədir. Yol verilən belə nöqsanlar yazıçların, birliyin adı üçün yaraşmayan haldır. Heç bir əməkdaş bunu özünə rəva görməməlidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?