Sentyabrın 30-na planlaşdırılan Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının vaxtı dəyişdirilib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Bizim.Media-ya AYB-nin mətbuat katibi Xəyal Rza bildirib. Onun özlərinə görə qurultayın vaxtı oktyabrın 5-nə təyin olunub: “Sentyabrın 30-da Milli Məclisin iclası olacaq. Qurultaya Yazıçılar Birliyinin üzvü olan millət vəkillərini də dəvət edəcəyimizdən vaxtı dəyişmişik”. Xəyal Rza onu da əlavə edib ki, hələki AYB-nin sədr postuna yeni seçkidə iştirak üçün Anar Rzayevdən başqa namizədliyini irəli sürənlər yoxdur. Qeyd edək ki, bəzi mülahizələrə görə Yazıçılar Birliyinin başına daha gənc rəhbər seçiləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?