Gundemxeber.az » Ölkə » Cəmiyyət » Polkovnik həkim səhvinin qurbanı olub? - TƏFƏRRÜAT
Polkovnik Şəmsəddin Abışovun vəfat etməsi ilə bağlı bəzi detallar məlum olub.
GUNDEMXEBER.AZ Bakupost.az-a istinadla xəbər verir ki, o, oktyabrın 18-də həkim müayinəsi zamanı qəfildən dünyasını dəyişib.
Belə ki, Ş.Abışov məşhur xəstəxanalardan birinə ürəyini müayinə etdirməyə gedib. Prosedura uyğun olaraq əvvəlcə o, kardioqramma, sonra exokardioqrafiya (EXQ) olunub. Görünür, həkim daha bir müayinəni lazım bilib və stress test müyinəsinə yazıb.
Stress testdə pasiyent qaçır və bu ürəyinin iş yükünü hesablamağa imkan verir. Ürəyin fiziki yükə nə qədər dözümlü olub-olmamasını bilmək üçün həm sakit, dinc halda, həm də fiziki hərəkət zamanı test olunur. Bu test zamanı insan orqanizmi daha çox işlədikcə ürək daha çox qan vurmağa məcbur olur və daha çox enerji sərf olunur.
Polkovnik Ş.Abışov bu müayinə vaxtı özünü sarahat hiss edib. Həkim ona müalicə yazıb. Bundan sonra, o, oğluna zəng vurub və onu xəstəxanaya çağırıb. Ona özünü pis hiss etdiyini, maşını sürmək lazım olduğunu deyib. Bu danışıqdan bir qədər sonra Ş.Abışov xəstaxananın dəhlizində oturduğu yerdə özündən gedib. Onu təcili angioqrafiya (anju) müayinəsinə aparıblar və məlum olub ki, tromb əsas damarlarını tutub. Həkimlərin səyinə baxmayaraq, polkovnikin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Şəmsəddin Abışov 1992-ci ildən 2016-cı ilə qədər Azərbaycan Ordusunda zabit kimi xidmət edib. Xidmət etdiyi dövrlərdə döyüş bölgələrində böyük həcmli hərbi hissə komandiri, birliyin qərargah rəisi vəzifələrinə qədər yüksəlib.
2013-2016-cı illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin rəisi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparıcı kafedraların rəisi vəzifələrində xidmət edib. 2016-cı ilin sonunda təyin edilmiş yaş həddinə görə Silahlı Qüvvələrdən "polkovnik" rütbəsi ilə ehtiyata buraxılıb.
2018-ci ilin sentyabr ayında gömrük xidməti polkovniki rütbəsi verilməklə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini vəzifəsinə, təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2007-ci ildə “Vətən uğrunda” və 2012-ci ildə “Hərbi xidmətlərinə görə” medallarına layiq görülüb. Bundan başqa Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ş.Abışova mənzil hədiyyə edilib. Eləcə də Müdafiə nazirliyi tərəfindən də bir çox medallarla təltif olunub. Müharibə və Silahlı Qüvvələr veteranıdır.
GUNDEMXEBER.AZ
10-07-2021, 11:52
8-03-2023, 23:06
30-09-2013, 12:14
11-12-2013, 13:32
13-12-2017, 21:23
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?