GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Referendum gələn ilə qalır, parlament buraxılmayacaq - İDDİA

Referendum gələn ilə qalır, parlament buraxılmayacaq - İDDİA

Tarix: 25-10-2023, 15:46 Bölmə :Cəmiyyət Baxış: 234

Azərbaycan Konstitusiyasında dəyişiklik edilməsi üçün 2023-cü ildə referendum keçiriləcəyi barədə iddialar dolaşır. Hələ 2022-ci ilin əvvəlindən gündəmə daşınan bu məsələnin indiyədək reallaşmaması isə iddiaları bir qədər gücləndirir. Qeyd edək ki, Azərbaycanda sonuncu ümumxalq səsverməsi 2016-ci il 26 sentyabrda baş tutub.

GUNDEMXEBER.AZ bildirir ki, Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov mövzu ilə bağlı “Turan” a maraqlı açıqlamalar verib. M.Hüseynov deyib ki, gələn ilin büdcəsindən MSK-ya seçki üçün 2 dəfə artıq pul ayrılması ortada müəyyən planın olmasından xəbər verir: “Çox böyük ehtimalla artım çoxdan kuluarlarda müzakirə olunan və hərdən qeyri-rəsmi şəkildə də olsa hakimiyyət mətbəxinə yaxın şəxslərin dilindən səsləndirilən növbəti referendumun keçirilməsi ilə bağlıdır. Bugünlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc tərəfindən referenduma olan zərurətin gündəmə gətirilməsi təsadüfi hesab edilə bilməz. Ölkənin siyasi həyatında və idarəetmədə müşahidə olunan dəyişikliklər və tendensiyalar da konstitusiya dəyişikliyini ehtiva edən növbəti referendum iddiaları ilə bağlı ehtimalları gücləndirir.

Amma hazırda növbədənkənar parlament seçkilərinə hər hansı zərurət və ciddi səbəb yoxdur. Növbəti bələdiyyə seçkilərinin 2024-cü ilin dekabr ayına təsadüf etməsi Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyinə az ehtimal verir.

“Oktyabr ayının sonuna sayılı günlər qalıb. Qanunvericiliyə görə referendum 60 gün öncədən elan olunmalıdır. Yəni bu ay bitsə, demək ki, referendum məsələsi də gələn ilə qalacaq, ya da keçirilməyəcək” sualına ekspert belə cavab verib: “Əvvəla ondan başlayaq ki, hakimiyyətin hələ xeyli əvvəldən buna hazırlaşması ilə bağlı gəzən söz-söhbətlər və bu ideyanın məhz hakimiyyət üçün çox əlverişli olan indiki şəraitdə dövriyyəyə buraxılması referendumun keçirilməsi ilə bağlı niyyətin ciddi olduğunu göstərir. Dəyişən siyasi reallıqlar və çağırışlar da hakimiyyəti dəyişikliklərə getməyə stimullaşdırır. Zaman və mövcud reallıqlar bu dəyişikliklərə səbəb olacaq referendumun növbəti ildə baş verəcəyini düşünməyə əsas verir.

Parlament seçkilərinin referendumdan sonra keçirilməsi ilə bağlı gözləntilərə gəldikdə isə əlbəttə, bu gözləntiləri bölüşürəm. Yenə də gəzən söz-söhbətə inansaq, ortada parlamentli respublikaya və proporsional seçki sisteminə keçid niyyəti vardır. Siyasi partiyalarla bağlı qanunvericiliyin və praktikanın dəyişməsi də bu ehtimalların gerçəkliyə yaxın oldugunu deməyə əsas verir. Buna görə də Milli Məclisə seçkilərin növbəti ildə gözlənilən referendumla ölkənin siyasi və seçki sisteminə əl gəzdirildikdən sonra keçirilməsi daha ağlabatan və məntiqli görünür".

İki ildir deyilir ki, referendum keçiriləcək, ardınca Milli Məclisə seçkilər olacaq. Artıq yeni yaranan şərait bunları qaçılmaz edir. O da deyilir ki, referendum gələn ilin əvvəli, parlament seçkiləri isə payızına təyin edilə bilər. Bunun nə qədər real olduğunu indidən söyləmək çətindir. Seçkilərin 1 il tez keçiriləcəyi ilə bağlı proqnozların əsasında bir neçə mülahizə dayanır. Onlardan biri budur ki, 2025-ci ildə prezident seçkisi də keçirilməlidir. Həm parlament, həm də prezident seçkilərinin eyni ildə keçirilməməsi üçün parlamentin təxminən 1 il öncə buraxılması və yeni seçkilər keçirilməsi variantlardan biri hesab edilə bilər.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, referendum keçiriləcəyi və konstitusiyada dəyişikliklər ediləcəyi barədə siyasi kluarlarda müzakirələr uzun müddətdir davam edir. Parlamentin iclaslarında bu cür təkliflərlə çıxış eləyən partiya sədrləri olur: “Azərbaycan hazırda Qafqazda yeganə dövlətdir ki, parlamentdə müxalifət fraksiyası yoxdur. Həmçinin də Cənubi Qafqazda yeganə dövlət Azərbaycandır ki, proporsional seçki sistemi mövcud deyil, Milli Məclis yalnız majoritar seçki sistemi ilə formalaşır. Bir siyasi partiya rəsmisi olaraq düşünürəm ki, Azərbaycanda proporsional seçki sisteminin bərpası lazımdır. Bunun üçün isə referendum keçirilməlidir. Nəzərə alsaq ki, 2023-cü ilin başa çatmasına iki aydan bir qədər artıq vaxt qalır, demək, bu il referendum keçirilməyəcək. Referendum barədə qərar verilsə belə, referendumun keçirilməsi vaxt baxımından gələn ilə düşəcək. Seçki barədə qərar vermək isə ölkə Prezidentinin səlahiyyətinə aiddir. Cənab Prezident fərman verdikdən sonra Mərkəzi Seçki Komissiyası seçkiləri təşkil edir. MSK-nın seçki təyin etmək hüququ yoxdur. Azərbaycanda konstitusiyaya 7 ildir ki, əlavə və dəyişikliklər edilmir. Bu müddətdə Azərbaycanın həyatında çox böyük dəyişikliklər baş verib. Ölkənin konstitusiyasının bu dəyişikliklərə tamamilə uyğunlaşdırılması, hər halda, gec-tez həyata keçiriləcək”.

Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa yeni konstitusiyanın qəbuluna, yaxud əlavə və dəyişikliklərlə bağlı zərurət yarandığını vurğulayıb: “Mənim fikrimcə, yeni konstitusiya qəbul olunmalıdır. Bu sənəddə bir sıra dəqiqələşdirmələr aparılmalıdır. Xüsusən də Naxçıvan və Qarabağla bağlı bir sıra məsələlərə aydınlıq gətirilməlidir. Prezidentin xüsusi nümayəndəliyi və digər institutlar yaranıb. Bunlarla bağlı da yeni müddəalar konstitusiyada öz əksini tapmalıdır. Bir sıra dəqiqləşdirmələr də aparılmasa, konstitusiyanın müəyyən müddəalarının həyata keçirilməsinə çətinliklər yaradacaq təzadlar ortaya çıxacaq. Seçki məsələlərində əgər bir uzlaşma olursa, yeni müddəaların konstitusiyaya salınması zərurəti yaranır”.
Deputat söyləyib ki, yeni situasiyanı özündə ehtiva edən konstitusiyanın qəbul olunması zəruridir: “Ümumiyyətlə, Azərbaycanın oktyabrın 15-dən sonra yaranmış yeni durumu ilə bağlı qanunvericilikdə, Anayasada zəruri dəyişikliklərin edilməsi bütövlükdə cəmiyyət həyatında proseslərə daha aydın və fərqli formada yanaşma ortaya qoyacaq. Bir çox konvesiyaları biz qeyd-şərtsiz imzalamışıq. Xüsusilə də ərazi bütövlüyünə aid məsələlərdə həmişə ehtimal yeri saxlamışıq ki, dövlətimiz zərər çəkməsin. İndi isə o müddəaların da xeyli hissəsinin dəyişməsinə getmişik. Artıq konvensiyaların çoxunu qeyd-şərtsiz imzalayırıq. Konstitusiyaya baxışımız da bu modellə olmalıdır. Yeni yaranmış situasiyanı, qələbəmizi ehtiva edən, ərazi bütövlüyümüzü tam bərpa etdikdən sonrakı dövrün konstitusiyasının olması zəruridir”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səs verib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ...

    26-09-2016, 18:57

  • 
  • Qırğızıstanda referendum başa çatıb, Konstitusiyaya düzəlişlər dəstəklənib

    Qırğızıstanda referendum başa çatıb, ...

    12-12-2016, 19:57

  • 
  • Referendum: Saat 10:00-a seçicilərin 12,9%-i səs verib

    Referendum: Saat 10:00-a seçicilərin 12,9%-i səs ...

    26-09-2016, 12:34

  • 
  • Referendum, yoxsa erkən parlament seçkisi - 90 milyonun müəmması

    Referendum, yoxsa erkən parlament seçkisi - 90 ...

    23-01-2019, 12:07

  • 
  • Klassik Xalq Cəbhəsi Partiyasının Azərbaycanda Konstitusiya dəyişikliklərinə dair sentyabrın 26-da keçirilmiş referendumla bağlı Bəyanatı

    Klassik Xalq Cəbhəsi Partiyasının Azərbaycanda ...

    29-09-2016, 17:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (472)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu