GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Referendum, yoxsa erkən parlament seçkisi - 90 milyonun müəmması

Referendum, yoxsa erkən parlament seçkisi - 90 milyonun müəmması

Tarix: 23-01-2019, 12:07 Bölmə :Siyasət Baxış: 416
Referendum, yoxsa erkən parlament seçkisi - 90 milyonun müəmması


Dövlət büdcəsindən seçkiyə 90,9 milyon manat ayrılması yenidən növbədənkənar parlament seçkiləri mövzusunu aktuallaşdırdı; bunun üçün referendum keçirilə bilər; sandıqbaşı müzakirələri qızışdı
Azərbaycanda növbədənkənar parlament seçkilərinin olacağı ilə bağlı ötən ilin əvvəlindən başlayan müzakirələr 2019-cu ildə də davam etməkdədir. Yeni ildə ilk belə ciddi müzakirəni iqtisadçı alim Qubad İbadoğlu gündəmə gətirib. Q.İbadoğlu bu il seçki və referendum üçün dövlət büdcəsində 90,9 milyon manat nəzərdə tutulduğuna diqqət çəkib.


Q.İbadoğlu mövzuya dair facebook statusunda bunları yazıb: “2019-cu il dövlət büdcəsində başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti (ölkədə müxtəlif seçkilərin, referendumların keçirilməsi, dairə və məntəqə seçki komissiyalarının saxlanılması, seçici siyahılarının dəqiqləşdirilməsi, statistika sistemində islahatların aparılması və s.) xərcləri üçün 90,9 milyon manat vəsait nəzərdə tutulub. Bu isə o deməkdir, hakimiyyət bu il üçün yenidən seçki və referendum keçirmək niyyətindədir”.

Azpolitika.info yada salır ki, bu il - dekabrın 27-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Lakin 2019-cu ilin dövlət büdcəsində seçkilər və referendum üçün 90 milyon manatdan artıq vəsait ayrılması 2 seçki olacağından xəbər verir. Çünki əvvəlki seçkilərin keçirilməsi üçün adətən 35-40 milyon manat vəsait xərclənib.

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkiləri üçün ayrılacaq vəsaitin həcmi 53 milyon 900 min manat nəzərdə tutulub. Bəs o halda təxminən 37 milyon manat hansı seçki üçün nəzərdə tutulub?

YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov ötən ilin sonunda “Yeni Müsavat”a verdiyi müsahibədə növbədənkənar seçkilər ehtimal barədə danışmışdı. Siyavuş Novruzovun dediklərini yada salaq: “Prezidentin səlahiyyəti var idi ki, istənilən vaxt seçki elan etsin. Amma parlament seçkiləri ilə bağlı müddəa konstitusiyada var. Ona görə də konstitusiyadakı müddəanı ancaq referendum yolu ilə dəyişmək olar. Prezident, bələdiyyə seçkiləri və referendumla bağlı zərurət yarandığı halda prezidentə səlahiyyət verilir ki, növbədənkənar seçkiləri elan etsin. Parlament seçkiləri ilə bağlı müddəa isə konstitusiyada qalıb. Ona görə də gərək ilk növbədə referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarıla və Seçki Məcəlləsinə salına bilər. Əslində parlament seçkilərinin vaxtının təyin olunması və s. konstitusiyada olması düzgün deyil. Bunlar hamısı seçki ilə bağlı olduğundan Seçki Məcəlləsində əksini tapmalıdır. Parlament seçkiləri konstitusiyada qaldığı üçün ilk növbədə gərək referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarılıb Seçki Məcəlləsinə salına. Amma əfsus ki, sonuncu referendumda bu müddəa nəzərdə tutulmadı və parlament seçkiləri konstitusiyada qalıb. Konstitusiya ən ali qanun olduğuna görə onun müddəası hər şeydən üstündür. Bir də növbədənkənar seçki o halda ola bilər ki, parlament öz-özünü buraxsın. Bu, bir hökumətin hesabatı vaxtı, bir də baş nazirin seçilməsi ilə bağlı ola bilər. Biz də baş naziri təsdiqləmişik, işləyir, Allah canını sağ eləsin! Yəni bu məsələlərlə bağlı da problem yoxdur. Vaxtından qabaq parlament seçkilərini keçirmək üçün mütləq referendum keçirilməlidir”.

Göründüyü kimi, S.Novruzov növbədənkənar parlament seçkiləri üçün mütləq referendumun olması şərtini yada salar. Ölkəmizdə referendum təyin etmək hüququ AR Milli Məclisinə (ARK-nın 95-ci maddəsinin I hissəsinin 18-ci bəndi) və Azərbaycan Respublikasının Prezidentinə (109-cü maddənin 18-ci bəndi) mənsubdur.

Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 89-cu, 96-cı, 97-ci maddələri, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Ölkəmizdə müstəqillikdən bəri 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da referendum keçirilərək konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub.

İqtidaryönlü deputat Fəzail Ağamalı da bu günlərdə mediaya verdiyi açıqlamada bildirib ki, 2019-cu ilin oktyabr və digər aylarında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər. Fəzail Ağamalı növbədənkənar parlament seçkilərinin keçirilməsinin hansı zərurətdən irəli gəldiyi barədə belə deyib: “Bunu daha çox əsaslandırırlar ki, 2020-ci ildə parlament seçkiləri keçirilsə, növbəti parlament və prezident seçkiləri 2025-ci ildə keçirilməli olacaq. İndiyə qədər eyni ildə prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təcrübə heç bir ölkədə yoxdur. Hər iki seçki vacib məsələdir. Hesab edirəm ki, hər iki seçkinin bir ildə keçirilməsi ölkəni çətin vəziyyətə sala bilər. Çünki seçki zamanı bütün qüvvələr səfərbər olur. Mən də bu məntiqə söykənərək düşünürəm ki, 2019-cu ildə növbədənkənar parlament seçkiləri keçirilə bilər”.

Bəzi ekspertlər hesab edir ki, hökumətin parlament seçkisinə görə indilikdə referendum keçirməsi real deyil. İddia olunur ki, prezidentin belə bir səlahiyyəti olduğu halda, referenduma ehtiyac qalmır. Yada salaq ki, 2016-cı il sentyabrın 26-da keçirilən son referendumla dövlət başçısına belə bir hüquq verilib. Prezidentin parlamenti buraxacağı halları Azərbaycan Konstitusiyanın 94, 95, 96 və 97-ci maddələrində öz əksini tapıb. O halda xalqı referendum üçün sandıqbaşına çağırmağa ehtiyac qalmır.//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ekspert: Seçkiyə ayrılan milyonlarla manat korrupsiyaya yol açır

    Ekspert: Seçkiyə ayrılan milyonlarla manat ...

    4-04-2018, 14:37

  • 
  • 2013-cü ilin “bahalı seçkisi” - İndiyədək büdcədən ən çox məbləğ builki seçkiyə ayrılıb

    2013-cü ilin “bahalı seçkisi” - İndiyədək ...

    10-10-2013, 11:36

  • 
  • YAP növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqqında iddialara münasibət bildirib

    YAP növbədənkənar parlament seçkilərinin ...

    7-05-2018, 15:15

  • 
  • Qubad İbadoğlu: AZAL-ın prezidentinin ailəsi otel tikir, şirkətin borcları dövlət büdcəsindən ödənilir

    Qubad İbadoğlu: AZAL-ın prezidentinin ailəsi otel ...

    11-05-2018, 15:38

  • 
  • Paşinyan baş nazir postundan gedir – Ölkədə növbədənkənar seçki keçiriləcək

    Paşinyan baş nazir postundan gedir – Ölkədə ...

    15-10-2018, 15:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu