GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » DYP-nin LÜKS AVTOMOBİL “SEVGİSİ”… – Yol polisinin bahalı avtomobillərə marağı nədən qaynaqlanır?

DYP-nin LÜKS AVTOMOBİL “SEVGİSİ”… – Yol polisinin bahalı avtomobillərə marağı nədən qaynaqlanır?

Tarix: 3-11-2023, 11:03 Bölmə :Cəmiyyət Baxış: 571


Ekspert: “Yol polisinə Neftçalanın “Xəzər” avtomobillərini vermək lazım idi”

Məlum olduğu kimi, yol polisinə yeni “Volvo” markalı bahalı avtomobillər verilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) məlumatına əsasən, “Volvo S90” və “Volvo S60” modeli olan avtomobillər artıq xidməti maşın statusu alıb. DYP-nin Yol Patrul Xidməti Alayının balansına verilənbu avtomobillərin Bakıdan kənarda, əsasən magistral yollarda istifadə ediləcəyi bildirilir.

Qeyd edək ki, kifayət qədər bahalı və lüks hesab olunan “Volvo” markalı avtomobillərin DYP-nin istismarında olması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əksər sosial şəbəkə istifadəçiləri sözügedən avtomobillərin qiymətinin kifayət qədər baha olmasından şikayətləniblər. Onlar dövlət büdcəsindən maliyyələşən DYP-nin bu cür avtomobillər əvəzinə yerli və nisbətən ucuz markalardan istifadə etməli olduğunu bildiriblər.

Əslində DYP-nin istismarında son model avtomobillərin olması zaman-zaman insanların haqlı narazılığına səbəb olub, sosial şəbəkələr vasitəsilə gündəmə gətirilsə də, bu müddət ərzində qurumun lüks seçimlərində bir dəyişiklik baş verməyib. Əksinə DYP-nin avtomobil parkına daha da bahalı avtomobillər gətirilib.

Məlumat üçün qeyd edək ki, DYP xidməti avtomobil kimi hazırda – “BMW”, “Mercedes”, “Hyundai” və “KİA” markalı avtomobillərdən istifadə edir. Son dövrlər “BMW” modelindən sonra patrul avtomobilləri “Mercedes” modelinə keçid edir. Hazırda Bakıda istifadə olunan “BMW” və “KİA”-lar regionlara göndərilir, regionlarda istismar müddəti bitmiş vaxtilə “od bahasına” alınan həmin avtomobillər isə indi ucuz qiymətə satışa çıxarılır.

Hazırda DYP-nin istifadəsində olan ən bahalı avtomobil “Mercedes AMG C43” hesab olunur. Bu avtomobilin bazar modifikasiya ilə qiyməti 53400 dollardır.

“Volvo”-nun S60 və S90 modellərinin qiymətinin bazar dəyərinə gəlincə, bu avtomobilər təxminən 30-60 min dollar aralığında təklif edilir. Maraqlıdır ki, bu avtomobillərin də alınması ilə bağlı müqavilə dövlət satınalmaları üzrə müqavilələrin reyestrində öz əksini tapmayıb.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu cür avtomobillərin saxlanması, texniki xidməti də kifayət qədər vəsait tələb edən bir məsələdir. Yeri gəlmikən, onu da qeyd edək ki, hazırda “Mercedes AMG C43” modeli Azərbaycanla yanaşı cəmi bir ölkədə – Avstriyada istifadə edilir. Bu həmin Avstriyadır ki, bu gün dünya reytinqində ən bahalı polis avtomobillərinin olduğu ölkələr siyahısında 8-ci sıradadır…

Bəs maraqlıdır DYP-nin bu cür bahalı avtomobillərə marağı nədən qaynaqlanır?

Nəqliyyat eksperti İlqar Hüseynli “AzPolitika.info”-ya şərhində bildirib ki, əslində DYP-nin nəqliyyat parkının yenilənməsinə ehtiyac yox idi:“Biz ilk növbədə bu suala cavab tapmalıyıq – DYP-nin parkı yenilənməli idimi? Bildiyiniz kimi, DYP parkının yenilənməsi ilk növbədə “BMW” markalı avtomobillərlə başlayıb. Daha sonra onları əvəz etmək üçün ölkəyə çox bahalı “Mercedes” maşınları gətirilib. Ardınca DYP daha bahalı alqı-satqılara keçid edərək, “KİA” və “Hyundai” markalı avtomobillərə yönəlib. Səhv etmirəmsə, artıq bu avtomobillər rayon polislərinin istismarına verilib. Mən hesab edirəm ki, DYP-nin avtomobil parkı istismar müddətini başa vurmayıb. Açığı DYP parkında kifayət sayda lüks avtomobil olduğu halda, dövlətin yenidən bu qədər vəsait xərcləməsi başa düşülən deyil. Mən anlamıram ki, bu hansı diskomfortdan yaranan bir ehtiyacdır?”.

Ekspert Qarabağda gedən bərpa-quruculuq işləri fonunda bu cür xərcləmələrə ehtiyac olmadığını deyib:“DYP cərimələrdən, keçirdiyi müxtəlif təlim və kurslardan kifayət qədər vəsait əldə edən və özünü maliyyəşdirən bir strukturdur. Amma sözügedən avtomobillər dövlət büdcəsi hesabına alınır. Əgər bu cür satınalmalarda DYP-nin gəlirlərindən istifadə olunsaydı, biz bunu müəyyən mənada anlayışla qarşılaya bilərdik. Lakin biz görürük ki, burada qənətcillikdən kənarlaşma var. İndi ölkənin elə bir vaxtıdır ki, hər qəpik, hər manata böyük ehtiyac var. Bəs Qarabağda bərpa-quruculuq işlərinin getdiyi bir vaxtda yeni və bahalı avtomobillərə nə ehtiyac var? Onsuz da, bizim magistral yollarımızda makimal sürət həddi 110-dur. Eyni zamanda, bu yollarda kifayət qədər DYP postları var və qanunla müəyyən edilib ki, istisna hallardan başqa polis sürücünü təqib edə bilməz. Demək istəyirəm ki, belə bir şəraitdə yüksək sürəti ilə seçilən bu cür avtomobillərə heç ehtiyac da yoxdur axı. Ehtiyac varsa belə onsuz da, ölkədə yüksək sürətə malik olan yetəri qədər “BMW” və “Mercedes” markalı polis avtomobilləri var”.

Ekspert təklif edib ki, Neftçala istehsalı olan “Xəzər” markalı avtomobillər DYP istismarına verilə bilər:“Hazırda Neftçala Avtomobil Zavodunda istehsal olunan 800 ədəd “Xəzər” markalı avtomobil var. İnsanların maraq göstərməməsi, bazardakı tələb-təklif şərtlərinə görə bu avtomobillər həmin zavodun ərazisində qalıb. Məncə DYP-yə Neftçalanın “Xəzər” avtomobillərini vermək lazım idi. Onsuz da, DYP əməkdaşlarının işi işə gəlib-getməkdən, komandirlərini harasa aparmaqdan ibarətdir. Zənnimcə dövlət başçısının müşahidəsi üçün bahalı, lüks avtomobillərdən başqa digər polislər yerli istehsal olan avtomobillərdən istifadə etməlidirlər”.

Qeyd edək ki, qonşu ölkələrin polis sistemində Azərbaycandan fərqli olaraq əsasən yerli istehsal və ucuz patrul avtomobilərindən istifadə edilir. Məsələn, qardaş ölkə Türkiyədə “Fiat Doblo”, “Ford Transit Connect”, “Tofaş Şahin”, “Renault Toros”, “Renault Megane 2”, “Renault Clio Symbol” kimi ucuz və yerli marakalara üstünlük verilir.

Qonşu ölkə Rusiyada isə polislər hələ SSRİ dövründən yerli avtomobillərdən istifadə edir. Ancaq yerli maşınlarla yanaşı, “Ford”, “Audi”, “Toyota” kimi xaricdə istehsal edilən, lakin ucuz olan avtomobillər də istismar edilir.

Avtomobilin vətəni Almaniyada yol-patrul xidməti üçün əsasən, “Audi A6”, “Audi A8”, “BMW 3”, “BMW 5”, “Mercedes-Benz B-klass”, “Mercedes-Benz C-klass”, “Mercedes-Benz E-, “Mercedes-Benz S-klass”, “Mercedes-Benz Vito”, “Opel Insignia”, “Opel Astra”, “Opel Omega”, “Opel Zafira”, “VW Passat”, “VW Sharan”,”VW Touran” kimi avtomobillərdən istifadə edir. Dubayda isə varlı şəhərin polisləri “Mercedes” və “BMW” markalı avtomobillərdən istifadə edir. Kanada polisi isə bir çox hallarda ata üstünlük verir. Bununla yanaşı “Ford Crown”, “Chevrolet Impala”,”Chevrolet Lumina” və “Chevrolet Caprice” kimi avtomobillərdən də istifadə edilir.

Maraq üçün dünyanın ən bahalı polis avtomobilinin olduğu ölkələrin siyahısını təqdim edirik:

1. Dubay – “Bugatti Veyron” – 4 milyon dollar;

2. Almaniya – “Mercedes-Benz Brabus” – 580.000 dollar;

3. Böyük Britaniya – “Lamborghini Murcielago” – 380.000 dollar;

4 . Cənubi Afrika Resbuplikası – “Lamborghini Gallardo” – 248.000 dollar;

5. Qətər – “Porsche Panamera” – 175.000 dollar;

6. Birləşmiş Ərəb Əmirlikləri  – “Nissan GT-R” – 100.000 dollar;

7. Avstriya – “Porsche Carrera” – 95.000 dollar;

8. Avstraliya – “Lotus Exige Cruiser” – 84.000 dollar;

9. ABŞ – “Dodge Charger Police Interceptor” – 66.000 dollar.

Hər halda bu gedişlə bir neçə ildən sonra Azərbaycanın da adını bu siyahıda görsək təəccüblənməməliyik…


GuNdemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Yol polisinə son model “Mercedes”lər verildi

    ​Yol polisinə son model “Mercedes”lər verildi ...

    15-11-2017, 23:55

  • 
  • DYP sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirdi

    DYP sosial şəbəkələrdə yayılan məlumatlara ...

    22-04-2021, 10:52

  • 
  • DYP BMV-lərini satışa çıxardı

    DYP BMV-lərini satışa çıxardı ...

    13-01-2018, 15:50

  • 
  • DYP: “Cərimə meydançasında maşınları yanmış şəxslər kompensasiya tələb etməyiblər”

    DYP: “Cərimə meydançasında maşınları yanmış ...

    27-06-2013, 15:10

  • 
  • DYP maşınının üzərində şəkil çəkdirən şəxsin cəzası bəlli oldu

    DYP maşınının üzərində şəkil çəkdirən şəxsin ...

    17-04-2020, 19:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (225)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu