GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Rəsmiyyə ana və oğlu Surxay" dastanı

"Rəsmiyyə ana və oğlu Surxay" dastanı

Tarix: 10-11-2023, 09:58 Bölmə :Cəmiyyət Baxış: 402

Bu həyatda ana-bala sevgisi, insan sevgisi olsa da dastanlar, romanlar ancaq kişi-qadın sevgisindən yazılıb.


"Əsli və Kərəm", "Leyli və Məcnun", "Fərhad və Şirin" kimi...

  Nədənsə ana-bala sevgisinə nümunə göstərilən, kitablarda yazılan, dastanlara çevrilən sevgi yoxdur.

 Bəlkə də bu fikri səsləndirəndə düşünən ola bilər, axı ana sevgisi yeganə sevgidir ki, qarşılığı yoxdur. Heç bir sevgi ondan üstün deyil. Yar sevgisi başqa, ana sevgisi başqadır. Yox, elə deyil. Övladından üz döndərən, çətinliyə düşəndə ilk qurbana övladını çevirən o qədər "ana"var ki...

Gündəmi zəbt edən əsas mövzulardan biri məhz belə problemlərdir. 

Sevgi elə bir şeydir ki, onun nə kateqoriyası var, nə də rəngi. Sevgi, adı üstündə elə sevgidir. Onun ucalığını dərk edərək, o nemətdən nəsibini ala bilən insanların sevgisi həmişə nümunə olub.

 Ona görə də hər insan ana sevgisinin, yar sevgisinin, övlad sevgisinin müqəddəsliyinə, aliliyinə çatıb o nemətdən nəsibini ala bilmir. 

Elə sevgilərdən birinə müharibədən sonra evinə gedib bir şəhid ailəsini yaxından tanıyanda şahid oldum.

 Söhbət, məhz kitablarda yazılmayan, dastanlara çevrilməyən , dillərə düşməyən Rəsmiyyə ananın oğlu Surxaya olan sevgisindən gedir.

Birinci dəfə o ananın dilindən şəhid oğlu haqqında deyilənləri eşidəndə, o kəlmələrdən qəm, kədər, sonsuz həsrət və dərin özləm sezilirdi...

Gözündən tökülən yaşlar yanaqlarından damcı-damcı süzüldüyü qədər, deyə bilmədikləri də dərd olub qara saçlarını dən-dən ağartmışdı. 

Oğlu haqqında demək istədiyi çox söz olsa da, dilə gətirmək istədiyi an o sözlər boğazında düyünlənərək  çənəsini titrədib, gözünü dolduraraq ananı susdururdu.

Rəsmiyyə ana Qarabağ işğal olunanda oğlu Surxay və iki övladı ilə birlikdə Ağdamdan qaçqın düşdü.

Ayaqları irəli getsə də, gözləri həmişə arxada qaldı. O rayonda , o evdə, o küçədə...

Ümidini kəsdiyi an, ömürlük olacağını düşündüyü torpaq həsrəti 30 ildə son tapacağını  Rəsmiyyə anaya kim deyə bilərdi ki.

Bəlkə də torpaq həsrətinin bitəcəyi deyilirdi. Amma necə bitəcəyindən xəbəri yox idi.

Hardan bilə bilərdi ki, torpaq həsrəti övlad həsrəti ilə əvəz olunacaq. 

Amma doğulduğu və ayrı düşdüyü torpaq uğrunda canından keçməyi  də Rəsmiyyə ana aşılamışdı oğluna. Bu qədər böyük ürəkli ana olub oğlu Surxaya...

Surxayı yaşadığı işğallar, gördüyü mənzərələr cəbhəyə apardı. Mülki həyatda dilə gətirə bilmədiyi sözlər, silahının ucundan atəş ilə dilləndi. 

Təbiətcə sakit, danışmağı çox sevməsə də, ürəyindən keçənləri müharibə meydanında düşmənə savaş dilində, düşmənin anlaya bildiyi şəkildə çatdırdı. 

Artıq Qarabağ azaddır. Məcbur köçkün düşdüyü torpaqlar indi Rəsmiyyə ananı gözləyir. 

O torpaqları neçə şəhidin qanı, neçə ananın,  neçə balanın, neçə  gözəl yarın göz yaşı suladı.

O torpaqlar minlərlə ananın bağrından əziz oğullarını qoparıb, o igid oğulları öz qara bağrına basdı.

Bir ananın oğlu bir Vətənin oğlu oldu. Çünki Vətən anadır. Analarımızın anası,  bizlərin anası, amma heç kimin balası olmayan Vətən...

Onda oğlu hələ şəhid olmamışdı, ana oğlunun evə gəlişinə həmişə qonaq qarşılayan kimi hazırlanırdı. Bir evdə yaşasalar da oğlunu hər gəlişini səbirsizliklə gözləyir, gözləri qapıda qalırdı. 

Bəlkə də olacağı hiss edirdi. O səbrsizliyin səbəbi çox başqa idi. Surxay ailəsinə, yoldaşına, qızına, oğluna, anasına bağlı əsl ailə başçısı idi. Hər şeyin bu qədər qüsursuz, problemsiz getməyi Rəsmiyyə ananın ürəyini açsa da, təklikdə düşünəndə ürəyinin başını qara buludlar alırdı. Qüsursuzluğun, xoşbəxt ailə həyatının, bütün gözəlliklərin bir anda əllərindən sürüşüb getməsindən qorxurdu. Bu qədər gözəlliyin bir bədəli olduğunu ana ürəyi hiss etmişdi. Əllərindən uçaraq gedən ana-oğul səadəti Rəsmiyyə ananın saçının qaralığını da apardı. 

 Rəsmiyyə ana oğlunun sağlığında qapıdan girişini səbrsizliklə gözlədiyi kimi, indi də gözlərini yumub, yuxuya getməyi gözləyir. Gözləyir ki, ana və oğlu  yuxularda qovuşsunlar. 

Gözlərinə yuxu getməyən ananı, ancaq bir şey  gözünü yummağa vadar edər. O da yuxuda  oğlunu görmək ümidi..

Bəlkə də  Rəsmiyyə ana oğlu şəhid olan ərəfədə çox yuxu görüb. Bu vaxta qədər gördüyü heç bir yuxunu dilə gətirməyib. Bircə yuxusundan başqa...

Rəsmiyyə ananın yenə oğlunu görmək ümidi ilə gözünü yumduğu gecə idi. Yuxuda bu dəfə Surxay  anasına elə bir şey dedi ki,  anası bu yuxunu reallığa çevirməyə qərar verdi. 

Yuxuda gördüyünü elə yuxudakı kimi yaratmağa çalışdı. "Surxay" parkını yaratdı. Oğlunun sağlığında dediyini hər zaman edən ana bu dəfə də  oğluna biganə qalmadı. Oğlunun anasının yuxusunda "bura mənim parkımdır" deməsi kifayət etdi ki, işarə verilən o yeri əbədi guşəyə çevirsin. 

Bu park tək şəhid xatirəsini əbədiləşdirmək deyildi. Bu həqiqi bir  ana və oğul sevgisinin təcəssümü idi. Kitablara düşəsi, dillərə düşə biləcək bir ana oğul -sevgisinin əbədiləşdirilməsi idi...

Bu müharibədə dillərə düşən bir çox sevgi dastanı kimi müharibə tarixinə "Rəsmiyyə ana və oğlu Surxay sevgisi" də yazıldı.

Bu sevgi, bu "ana və oğul" sevgisi hər kəsə, hər anaya və hər oğula nümunə göstəriləcək əbədiləşən saf sevgi örnəyidir.


NURAY RƏŞİD ABDULLA

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Deyə bilmədim, ata, kişilər məni təkləyib..." - Natavan

    "Deyə bilmədim, ata, kişilər məni ...

    7-04-2018, 16:56

  • 
  • Tovuz icra hakimiyyətinin "kərbəlayi sevgisi"... - FOTO

    Tovuz icra hakimiyyətinin "kərbəlayi ...

    11-12-2018, 12:48

  • 
  • Aysel Teymurzadə ikinci dəfə ana olacaq

    Aysel Teymurzadə ikinci dəfə ana olacaq ...

    15-05-2014, 11:32

  • 
  • Qadınlar 4 il sevir

    Qadınlar 4 il sevir ...

    19-11-2013, 05:05

  • 
  • Ana oğluna təcavüz etdi

    Ana oğluna təcavüz etdi ...

    8-08-2014, 02:45


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu