Gundemxeber.az » Ölkə » Cəmiyyət » DEPUTAT AİLƏ ÜZVLƏRİNƏ DƏ VİP SALON TƏLƏB EDİB...
“Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı şəxsi arzusunu da dilə gətirib, amma bütün deputatları düşünərək...
Onun fikrincə, deputatların ailə üzvlərinin kefləri istəyəndə xarici ölkələrə səfərləri zamanı VİP SALONLARDAN İSTİFADƏ EDƏ BİLMƏMƏSİ DEPUTATLARA GÖSTƏRİLƏN ÖGEY MÜNASİBƏTDƏN QAYNAQLANIR.
***
S.Rüstəmxanlı bildirib ki, Milli Məclisin deputatlarının başqa qayğıları da var, onu başqa iclaslarda demək mümkün deyil: "Əvvəllər diplomatik pasportla deputatlar xaricə səfərlərə öz ailə üzvlərini yanında apara bilirdilər. Hətta deputat özü getməsə də, ailə üzvləri aeroportda VİP salondan istifadə edə bilirdilər. Amma indi özün gedirsənsə, ailə üzvlərin VİP salondan istifadə edə bilir, amma özün getmirsənsə, yox. Niyə millət vəkillərinə belə ögey münasibət olmalıdır? Mən özüm getmirəm, amma istəyirəm ailə üzvüm VİP salondan istifadə etsin. Millət vəkili diplomatik pasportdan, ancaq xidmət etmək üçün istifadə edir, amma deputat olmayan kimi bu pasport qaytarılmalıdır” (apa).
Halbuki Azərbaycanda deputatlara çox gözəl şərait və imkanlar yaradılıb. Üstəlik, maaşları da artırılıb.
Məsələn, bu yaxınlarda “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna edilən dəyişikliyə əsasən, iyulun 1-dən Azərbaycanda millət vəkillərinin vəzifə maaşları təxminən 40 faiz artırılıb. Dəyişikliyə əsasən, sıravi deputat hər ay 2485 manat maaş və 4970 manat vəzifə maaşına əlavə alır. Və bu da edir - 7455 manat. Nəzərə alsaq ki, illər boyu bəzi deputatların səsini belə eşitməmişik, bu, onların rahat həyat şəraiti üçün heç də kiçik rəqəm deyil...
Onların ölkədaxili səfələri də nəqliyyatla təmin edilir, eyni zamanda Bakı və Bakıətrafı ərazilərdə mənzili olmayan deputatlara xidməti mənzil də verilir. Milli Məclis üzvlərinə ayrılan köməkçilər də dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Həmçinin, deputatlar pensiyaya çıxdıqdan sonra fəaliyyətdə olan həmkarlarının maaşlarının 80 faizi həcmində pensiya alacaqlar. Bu isə ilbəil artan deputat maaşları ilə müqayisədə heç də kiçik rəqəm deyil.
Əlbəttə, bu qədər gözəl şəraitlə əhatələnən deputatın ailə üzvlərinə də VİP salon tələb etməsi onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Və düşünür ki, imkan varsa, niyə də yox.../tezadlar.az/
1-12-2015, 14:05
28-11-2013, 13:08
23-11-2017, 15:04
17-08-2019, 20:21
17-01-2014, 11:59
Sorğu
Yeni dizaynımız necədir?