GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Görəsən CƏFƏR CƏFƏROVUN bu təhsil ocağında DEPUTATIN qurduğu BİZNESDƏN xəbəri varmı?- Narazılıq

Görəsən CƏFƏR CƏFƏROVUN bu təhsil ocağında DEPUTATIN qurduğu BİZNESDƏN xəbəri varmı?- Narazılıq

Tarix: 28-12-2023, 12:54 Bölmə :Cəmiyyət Baxış: 388


Gundemxeber.az bildirir ki, turantv.az saytın elektron poçt ünvanına ADPU-nun Cəlilabad Filialı xüsusən, filialın direktoru Xudayar Sultanlının təhsiləzidd əməlləri haqqında növbəti dəfə ilginc məlumat daxil olmuşdur. Sözügedən həmın materialı oxucularımıza təqdim edirik:

“Son vaxtlar deputatların biznes fəaliyyəti tez-tez gündəmə gəlir. Onların bəziləri doğrudan da biznes sahələrinə rəvac verir, iqdisadiyyatda və ticarətdə müxtəlif sahələrə himayədarlıq edirlər.

Milli Məclisin sədr müavini Fəzail İbrahimli isə bu biznes fəaliyyətinə öz müjdəsini gətirmişdir.

O, yaxın qohumu və həmyerlisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktoru Xudayar Sultanlını himayə etməklə ölkədə təhsil biznesinin əsasını qoymuşdur. Belə ki,
əslən Yardımlıdan olan Xudayar Sultanlı ADPU Cəlilabad filialından qabaq AMİ-nin Cəlilabad filialında, ondan da qabaq buradakı kənd təsərrüfatı texnikumunda işləmişdir.

Ali təhsilli aqronomdur, dissertasiyanı da aqronomluq sahəsi üzrə yazmışdır və aqronomluq üzrə fəlsəfə doktorudur.

Hamını bir sual düşündürür: Uzun müddətdir, aqronom təhsilli Xudayar Sultanlı Pedaqoji Universitetin 582 tələbəsi olan filialına necə və kimin dəstəyi ilə rəhbərlik edir? O, bu
uzun müddətdə niyə əvəzedilməz direktora çevrilib?
Xudayar Sultanlıya hətta ADPU-nun rektoru Cəfər Cəfərovun da gücü çatmır.

Filialda baş verən özbaşınalıqların, qanunsuzluqların səbəbkarı deputat Fəzail İbrahimlinin bu təhsil müəssisəsinə himayədarlıq etməsidir. Xudayar Sultanlı filiala öz yaxınlarını yığıb, hətta bakalavr
təhsilli qızlara mühazirə deməyə icazə verir ki, bu da təhsil haqqında qanunun tələblərinin pozulması deməkdir.

Digər qanunsuzluq isə filialın pensionerlər idarəsinə çevrilməsi ilə bağlıdır. Təhsil
şöbəsində, orta məktəbdə işləyib, 65 yaşından sonra pensiyaya çıxan müəllimlər magistratura,
doktorantura bitirmədən ADPU Cəlilabad filialında işə götürülür və onlara ixtisaslarına uyğun
olmayan mühazirə dərsləri həvalə olunur.

Filialda çalışan müəllimlərin böyük əksəriyyəti elmdənkənar şəxslərdir, onların bircə məqaləsi çap olunmayıb. Bu bakalavr səviyyəli ali məktəb müəllimləri elmi konfranslarda iştirak etmir, elmi jurnallarda məqalələr çap etdirmirlər. Onların
çoxu elmi iş götürməmişdir və dissertasiya üzərində işləmir.

Bəxtiyar Məhərrəmov, Tofiq
İsgəndərov, Şahin Cəbrayılov, Nadir Babayev, İltifat Bağırov və yaşı yetmiş civarında olan digər
müəllimlərin elmi araşdırmaları yoxdur.

Elmi dərəcəsi olmayan Bəxtiyar Məhərrəmov pedaqoji
təcrübə rəhbəri kimi məsul bir vəzifəni tutur. Filialın kitabxanasının müdiri, bakalavr təhsilli Şahin Cəbrayılov həm də tələbələrə Azərbaycan dilindən mühazirələr oxuyur. Kitabxanaya müdir təyin edilmiş Şahin Cəbrayılov əvvəllər bank işçisi olub, indi nəinki filialın kitabxanasına rəhbərlik edir,
həm də elmi dərəcəsi olmaya-olmaya Azərbaycan dilindən tələbələrə mühazirələr oxuyur, seminarlar aparır. Halbuki, bakalavr təhsili olan şəxslərin ali məktəbdə mühazirə demək səlahiyyəti yoxdur.

Xudayar Sultanlının digər yaxın qohumu, əslən Yardımlıdan olan 66 yaşlı
pensioner, ixtisasca kitabxanaçı Bilal Hüseynov filialda ixtisasına uyğun olmayan fənlərdən mühazirələr oxuyur.

Filialın keçmiş direktoru Vədud Məmmədovun oğlu Eyvaz Məmmədov
aparıcı şöbələrdən birinə başçılıq edir. Elmi dərəcəsi olmayan Eyvaz Məmmədov uzun müddət direktor müavini vəzifəsində çalışmışdır. Verilən məlumata görə, filialı əslində Eyvaz Məmmədov idarə edir, işçilərin 30 faizindən çoxu onun əqrəbalarıdır, Xudayar Sultanlı qeyri-rəsmi icraçı direkrtordur.

Filialda tələbələrə əsas fənlərdən mühazirə demək səlahiyyəti verilən bakalavr səviyyəli
müəllimlərin yaxın qohumları, övladları da filialda məsul vəzifələr tuturlar. Filialın pensioner müəllimi Aydın İbişovun oğlu Pərvin İbişov belə məsul vəzifələrdən birini daşıyır. Elmi dərəcəsi
olmayan pensioner Ələsgər Mirzəzadə filialın baş müəllimi təyin edilmiş və ona tarix dərslərindən mühazirə oxumaq fürsəti verilmişdir. Ələsgər Mirzəzadə burada mühazirə dərsləri keçən bakalavr
səviyyəli Tofiq İsgəndərovun yaxın qohumudur.

Filialda işləyən Gənclərə də səlahiyyətləri olmaya-olmaya kafedra, şöbə, bölmə müdiri vəzifələri həvalə olunmuşdur. Filialın pedaqoji fakültəsinin dekanı Mənzilə Rəhimova 20 ildir bu vəzifəni tutur,
amma elmi dərəcəsi yoxdur. Dekanlıqda məsul vəzifə daşıyan Elnarə İsmayılovanın da elmi dərəcəsi yoxdur, onun doktorant təhsili olmayan bacısı Səbinə İsmayılova tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiridir, bundan əlavə filialda mühazirə dərsləri keçir. Elmi dərəcəsi
olmayan Dürdanə Əliyeva isə filialda mühazirə aparmaqla yanaşı, iki şöbəyə (keyfiyyətin təminatı
şöbəsinə və inklüziv təhsil mərkəsinə) başçılıq edir.

Cəlilabad rayon təhsil şöbəsinin müdiri
işləyərkən korrupsiya və rüşvətxorluq maddəsi ilə haqqında cinayət işi açılmış bakalavr təhsilli Qərənfil Əhmədova filialda filoloji təhsil alan tələbələrə “Müasir Azərbaycan dili” fənnindən dərslər keçir.

Elmi dərəcəsi olmayan bu xanım filiala müəllim təyin edilərkən onun haqqında açılmış cinayət işi
bağlanmamışdı.

Filialda elmi dərəcəsi olmadan tarix fənnindən mühazirə deyən müəllimlərdən
biri də direktor Xudayar Sultanlının yaxın qohumu Mürsəlli Fuad Mirnəsihət oğludur. Mühazirə və seminar dərslərini aparanların çoxu bakalavr səviyyəli qadınlardır.
Filialın elmi tədqiqat və innovasiyalar şöbəsinə, tələbə və tədrisin idarə olunması şöbəsinə, təbiət və sosial elmlər kafedrasına da elmi dərəcəsi olmayan şəxslər başçılıq edirlər.

ADPU Cəlilabad filialı ali təhsil müəssisəsidir, onun orta məktəb kimi idarə olunması, əsas fənlərin tədrisinin bakalavr səviyyəli şəxslərə həvalə olunması ali təhsil haqqında qanunun tələblərinin pozulması deməkdir.

Maraqlıdır ki, filialda əsas vəzifələri də elmi dərəcəsi olmayanlar tuturlar.
Filial direktoruna iş üçün müraciət edən doktorantlara və fəlsəfə doktorlarına bir qayda olaraq vədlər verilir, lakin onların işlə təmin edilməsi xahişləri yerinə yetirilmir.

Filialda bu biabırçı vəziyyətin yaranmasının əsas səbəbi onun Fəzail İbrahimlinin himayəsində olması ilə bağlıdır.

Deputat qohumuna güvənən Xudayar Sultanlı bu nöqsanları
aradan qaldırmaq iqtidarında deyil, çünki nöqsanlar onun ADPU Cəlilabad filialını aqronom kimi
idarəetmə prinsipindən irəli gəlir.

Əminik ki,Rektor CƏFƏR CƏFƏROV ADPU-nun Cəlilabad filialı və onun aqranom direktoru Xudayar Sultanlı haqqında ciddi ölçü götürəcək və bu müqəddəs təhsil ocağında ciddi islahatlar həyata keçirəcəkdir.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.Ardı növbəti sayımızda olacaq.Bizi izləyin

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rektor Cəfər Cəfərovun “menyusuna”: ADPU CƏLİLABAD FİLİALININ PARADOKSAL FƏALİYYƏTİNƏ NƏ VAXT SON QOYULACAQ?- İTTİHAM var!

    Rektor Cəfər Cəfərovun “menyusuna”: ADPU ...

    25-12-2023, 17:14

  • 
  • Ağcabədi Müəllimlər İnstitutunda nə baş verir - Burada təhsil adına biabırçılıqlar baş verir... - İTTİHAM

    Ağcabədi Müəllimlər İnstitutunda nə baş verir - ...

    27-02-2020, 14:35

  • 
  • Təhsil şöbəsinin müdiri və üç direktor işdən AZAD EDİLDİ

    Təhsil şöbəsinin müdiri və üç direktor işdən AZAD ...

    26-05-2021, 13:02

  • 
  • Müəllimlər İnstitutunun 4 filialı bağlanır - Nazirlik

    Müəllimlər İnstitutunun 4 filialı bağlanır - ...

    25-02-2014, 17:16

  • 
  • Elşad Abdullayevin daha bir dekanına CİNAYƏT İŞİ

    Elşad Abdullayevin daha bir dekanına CİNAYƏT İŞİ ...

    7-02-2014, 12:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu