GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » MEDİA-nın Müşahidə Şurasının sədr və üzvləri KİMLƏRDİR? – DOSYE

MEDİA-nın Müşahidə Şurasının sədr və üzvləri KİMLƏRDİR? – DOSYE

Tarix: 24-01-2024, 22:15 Bölmə :Cəmiyyət Baxış: 239

Xəbər verildiyi kimi Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının tərkibi təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının sədri Dağbəyi Mirzəxan oğlu İsmayılov təyin edilib. Müşahidə Şurasının üzvlüyünə isə Vüqar Zifər oğlu Əliyev, Elçin İsmayıl oğlu Şıxlınski, Şəfər Akif qızı Mehrəliyeva və Sevil Əlirazı qızı Mikayılova seçilib.

Gundemxeber.az Bizim.Media-ya istinadla həmin şəxslərin dosyesini təqdim edir:

Dağbəyi İsmayılov


Azərbaycanın Əməkdar Jurnalisti və “Azərtac” İnformasiya Agentliyinin İdarə Heyətinin sədr müavinidir. 50 ildən artıq mətbuatda çalışan Dağbəyi İsmayılov 1975-ci il avqustun 1-dən 2002-ci il noyabrın 15-dək "Bakı" və "Baku" qəzetlərinin redaksiyasında müxbir, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində işləyib. 2002-ci ildən Azərbaycan Dövlət Teleqraf agentliyində (Azərtac) buraxılış redaktoru, 2003-cü ildən “Azərtac”-da baş redaktor kimi çalışıb. 2008-ci il fevralın 1-dən ölkə başçısının sərəncamı ilə "Azərtac" Baş direktorunun müavini təyin edilib.
Ölkə başçısının 2005-ci il 28 fevral, 2010-cu il 21 iyul, 2020-ci il 22 iyul tarixli sərəncamlarına əsasən "Tərəqqi" medalı ilə təltif edilib, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Ailəlidir, 2 övladı, 4 nəvəsi var, oğlu Elgün 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub. Aktyor Elnur İsmayılovun atasıdır.

Vüqar Zifəroğlu


Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının üzvü seçilən Vüqar Zifəroğlu 1999-ildən mətbuat orqanlarında çalışıb. 2004-2006-ci illərdə BDU-nun Jurnalistika kafedrasında baş laborant vəzifəsində çalışıb. 2006-cı ildən BDU Beynəlxalq jurnalistika kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.
2010-2017-ci illərdə "Jurnalistika" Elmi-tədqiqat laboratoriyasının müdiri olub. Beynəlxalq jurnalist olaraq bloger kimi də fəaliyyət göstərir:

2017-ci ildən Jurnalistika fakültəsinin dekanıdır.

Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

Ailəlidir, 2 övladı var.

Sevil Mikayılova



Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının digər üzvü Sevil Mikayılova Əməkdar jurnalist və millət vəkilidir.

1992–1996-cı illərdə Sumqayıt şəhər Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində, 1996–1999-cu illərdə Bakı Elmi-Tədris Mərkəzinin İnformatika və İdarəetmə İnstitutunda ingilis dili müəllimi olub, 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999–2001-ci illərdə "Midiya Press" İnformasiya Agentliyində, 2001–2004-cü illərdə "525-ci qəzet"də tərcüməçi işləyib. 2004–2012-ci illərdə "Trend" informasiya agentliyində tərcüməçi, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə "AzerNews" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 2017-ci ildən "Trend" informasiya agentliyi baş direktorunun müavinidir.

2020-ci il fevralın 9-da Milli Məclisə VI çağırış seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib.

Şəfəq Mehraliyeva


Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının dugər bir üzvü Şəfəq Mehrəliyeva ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində təhsil alıb. O, uzun illər jurnalistika fəaliyyəti ilə məşğul olub. Şəfəq Mehrəlıyeva 2012-ci ildən ADA Universitetində çalışır və BACDM proqramının direktorudur. O, eyni zamanda Ədibin Evi Ədəbiyyata Dəstək Fondunun rəhbəridir.

Elçin Şıxlı


Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının daha bir üzvü seçilən Elçin Şıxlı 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışıb. 2001-ci ilin yanvarından 2014-cü ilədək "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru olub. 2016-cı ildə "Ayna.az" saytı və "Ayna TV"ni təsis edib. Elçin Şıxlı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd İsmayılov da belə yola salınır? - SƏRƏNCAM

    Əhməd İsmayılov da belə yola salınır? - SƏRƏNCAM ...

    24-01-2024, 16:34

  • 
  • Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının tərkibi dəyişdirildi

    Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına ...

    6-06-2017, 01:11

  • 
  • Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi

    Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ...

    4-01-2021, 12:44

  • 
  • Azərbaycan bankının Müşahidə Şurasının tərkibi tam dəyişdi

    Azərbaycan bankının Müşahidə Şurasının tərkibi ...

    1-06-2017, 13:00

  • 
  • Prezident yeni komissiya yaratdı - Nazir sədr oldu

    Prezident yeni komissiya yaratdı - Nazir sədr oldu ...

    14-01-2016, 21:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (472)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu