Ucar Rayon Bərgüşad kənd sakini 1-ci Qarbağ müharibəsi veteranı Nəsiyev Azər Ataş oğlu gundemxeber.az xəbər portalına ünvanladığı müraciətində bildirir ki, "2016-cı ilin aprel döyüşlərində oğlum Nuruş partlayış nəticəsində ağır yaralanıb əlil olub. Ona verilmiş 2-ci qrup əlillik 2023-cü ildə qanunsuz olaraq dayandırılıb. Çoxlu şikayətlər etsəm də baxılmır və heç bir tədbir görülmür. Oğlum Nuruş döyüşdə aldığı xəsarətə görə gözünün biri kor olub, qulağı eşitmir, ağır kəllə-beyin travması alıb. Mənim dörd oğlum müharibədə iştirak edib. Nuruş isə 2016-cı il tarixdə hərbi xidmət zamanı aprel döyüşlərində partlayış nəticəsində ağır kəllə-beyin travması alıb. Onun müalicə olunması üçün həyətimizdən iri buynuzlu heyvanlarımızı sataraq banklardan kredit götürmüşük. İndi də borclarımızı ödəyə bilməmişik. Nuruşa əlillik dərəcəsi 5 illik təyin edilsə də 3 il keçəndən sonra, qanunsuz dayandırdılar. Müharibədə ağır yaralanıb gözü kor qulağı kar beyni zədəli olan xəstə oğluma qarşı edilən bu qanunsuzluq cinayıət əməlidir. Bacım oğlu Səbuhi Ələkbər oğlu Süleymanov Vətən müharibəsində şəhid olub.
Cənab Prezident İlham Əliyevdən və aidiyatı qrumlardan xahiş edirəm ki, mənim şikayətimi obyektiv araşdırıb qanunu tədbirlər görsünlər."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?