Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın bu qurumdakı nümayəndə heyətini bir il müddətində Assambleyadan kənarlaşdırmağa qərar verib.
Yanvarın 24-ü AŞPA plenar iclası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verib.
Qətnamədə 20 ildən artıq Avropa Şurasına üzv olmasına, bugünədək qəbul edilmiş çoxsaylı qətnamələrə baxmayaraq, Azərbaycanın təşkilat qarşısında götürdüyü mühüm öhdəlikləri yerinə yetirməməsindən dərin narahatlıq ifadə edilir.
Müzakirələrdə çıxış edən AŞPA üzvləri Azərbaycanda insan hüquqlarının vəziyyəti, ölkədə son dönəmlərdə siyasi motivli həbslərin və təqiblərin artması, media azadlığına qarşı təzyiqlər, o cümlədən “AbzasMedia” jurnalistlərinin həbsindən, işgəncə və pis rəftar hallarının geniş yayılmasından danışıblar.
Qətnamə 76 səs lehinə, 10 səs əleyhinə olmaqla qəbul edilib. AŞPA-nın 4 üzvü isə bitərəf qalıb/amerikaninsesi.org/
Sorğu
Yeni dizaynımız necədir?