GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Aqşin Fateh dedi ki, 31 min verib işimi həll etmişəm” - Qalmaqallı hadisənin yeni təfərrüatı

“Aqşin Fateh dedi ki, 31 min verib işimi həll etmişəm” - Qalmaqallı hadisənin yeni təfərrüatı

Tarix: 13-02-2024, 23:54 Bölmə :Cəmiyyət Baxış: 182

Bir neçə gün öncə meyxanaçı Aqşin Gajiyevin (Fateh) adı şahid kimi hallanan məhkəmə prosesi barədə informasiya yayıldıqdan sonra həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Rəhimov Vüsal Arzuman oğlu “Unikal”a müraciət edib...

Gundemxeber.az bildirir ki, o, Binəqədi rayon Məhkəməsinin 11.01.2024-cü il tarixdə Aqşin Fatehin də adı hallanan Firdovsi Rüstəmov barəsində Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq) maddəsi ilə aparılan cinayət işinin hökmündən narazıdır.

Əslində reallıq necədir?

Cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Rəhimov Vüsal Arzuman oğlu Aqşin Fatehin cinayəti törətdikdən sonra müəyyən orqanlar ilə anlaşması, zərərçəkən Fəridə Kərimovaya şikayəti geri götürməsi üçün pul təkilf etməsi, obyektin həqiqi sahibi, mühafizəçinin əsl adının Vaqif Novruzov yox, Rüstəmov Firdovsi Əlağa oğlu olması, 4 ildən artıq başqa bir cinayətə görə həbsdə olan Füzuli Alıyevin guya 15.04.2022-ci il tarixdə restoranda Aqşinlə mübahisə etdiyi barədə ətraflı məlumat verib. Həmçinin cinayət işinin hökmünü, hüquq-mühafizə orqanları üçün maraqlı olan faktları təqdim edib.

Vüsal Rəhimovun sözlərinə görə, obyekt xalası oğlu, hazırda həbsdə olan Füzuli Alıyevə məxsusdur: “Yazırlar ki, 15.04.22-ci il tarixdə Füzuli Alıyev Aqşin Fatehlə restoranda mübahisə edib. Halbuki kiçicik bir araşdırma aparsaydılar görərdilər ki, Füzuli 2019-cu ilin dekabr ayından başqa bir cinayət ilə əlaqədar həbsdədir və Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Belə ki, Aqşin 2021-ci ilin əvvəlindən “Bakku Music Hall” restoranında müğənni kimi çalışmağa başlayıb. Restoranı Füzuli dostu İlqar ilə şərik işlədib. Qeyd edim ki, həmin restorana Füzuli 300 min manat maya qoyub. Sonra Aqşin də heç bir yatırım qoymadan 15.04.2021-ci ildən şərikliyə cəlb olunub və restoran “By Fateh” adı ilə (o zamana kimi adı “Bakku Music Hall” kimi) fəaliyyət göstərib. Düz 1 il ərzində restoranın 2 milyon manat dövriyyəsi olsa da nə Aqşin, nə də İlqar restoranın gəlirindən Füzuliyə 1 manat da göndərməyiblər, vergi orqanlarına düzgün bəyannamə verməyiblər, işçilərin çox hissəsi rəsmi işə götürülməyib. Bu səbəbdən Füzuli mənə zəng edərək deyib ki, “get obyekti götür sən işlət”. Mən də hadisə baş verən gün obyektə gəlmişəm ki, Aqşinlə təhvil-təslim edim. Ancaq Aqşin Fatehin adamları-Firdovsi Rüstəmov, kürd Azər və Ömər kimi tanıdığım şəxslər üstümə bıçaq çəkərək mənə xəsarət yetiriblər, köynəyimi cırıblar. Aqşin həmçinin Fəridə Kərimovaya mübahisəni lentə aldığı üçün mobil telefonunu əlindən alaraq sındırıb. Ömər adlı şəxs isə ona bir neçə dəfə təpik vuraraq xuliqanlıq edib.

Sonra soyğunçuluq edərək restoranda olan bahalı mizləri, stulları, qəlyan aparatlarını, qab-qaşığı götürərək aparıblar. Fəridənin xəsarətləri məhkəmə-tibbi ekspertizası ilə sübut olunub, məhkəmə hökmündə də göstərilib. Aqşin ilk olaraq Fəridə Kərimovanın ondan şikayət etməməsi üçün Aidə adlı bacısı ilə bir yerdə olan zaman 4000 min manat, bir də təzə telefon almağı təklif edib. Beləliklə, Aqşin adını ibtidai istintaqda təqsirləndirilən şəxs qismindən günahsız şahid kimi dəyişdirməyə nail olub. Həmçinin Firdovsi Rüstəmov həbs olunandan sonra onun yaxınları (xalası və övladları) Aqşin ilə görüşüb onlara kömək etməsini istəyib. İlk olaraq Aqşin bu işdə əli olmadığını desə də, sonda Firdovsinin xalasına etiraf edib ki, 31 min manat verib işini həll edib, onlara isə vəkil tutmağı “məsləhət” görüb. Bundan sonra müəyyən adamlarla danışığa gedib Firdovsiyə “vəkillik” edərək bəraət alıb”.

Nəzərə çatdıraq ki, Aqşin Fateh il bağlı Binəqədi rayon Polis İdarəsində müstəntiq Rzayev Vüsal Rafiq oğlunun icraatında başqa bir cinayət işi də var. Həmin cinayət işində də Aqşin Fatehin adı şahid kimi qeyd olunub. Onun yaxın dostu Ömər (istintaqda da verdiyi ifadəsində bunu təsdiq edib) isə "buxarlanıb havaya sovrulub". Binəqədi rayon Polis İdarəsi onun şəxsiyyətini dəqiq müəyyən edə bilmədiyindən 220041431 nömrəli cinayət işi üzrə icraat 20.02.2023-cü ildə dayandırılıb. Haqqında danışdığımız Firdovsi Rüstəmovun cinayət işi isə ötən ilin mart ayında həmin cinayət işindən ayrıca icraata ayrılıb Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, artıq çıxarılan bəraət hökmündən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs Rəhimov Vüsal Arzuman oğlu isə apellyasiya şikayəti verib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlhamə Quliyevanın oğlu prokurorluqda dindirildi - RƏSMİ AÇIQLAMA

    İlhamə Quliyevanın oğlu prokurorluqda dindirildi ...

    10-02-2016, 14:17

  • 
  • Tariyel Ağayevin adı hallanan cinayət işində yenilik

    Tariyel Ağayevin adı hallanan cinayət işində ...

    19-02-2015, 23:55

  • 
  • Qadın alverində adı hallanan Təranə Səmədova hakim qarşısında

    Qadın alverində adı hallanan Təranə Səmədova ...

    16-07-2018, 21:04

  • 
  • Məhkəmədə məktəb direktoru zərərçəkmiş qismində tanınıb

    Məhkəmədə məktəb direktoru zərərçəkmiş qismində ...

    7-12-2018, 10:53

  • 
  • İki nəfərin ölümünə bais olan və həbsdə oturub çöldə restoranlar işlədən "Kamal" kimdir?

    İki nəfərin ölümünə bais olan və həbsdə oturub ...

    22-05-2023, 15:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu