GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tariyel Ağayevin adı hallanan cinayət işində yenilik

Tariyel Ağayevin adı hallanan cinayət işində yenilik

Tarix: 19-02-2015, 23:55 Bölmə :Ölkə Baxış: 0
Tariyel Ağayevin adı hallanan cinayət işində yenilik

Məhkəmə alman vətəndaşının qətli ilə bağlı cinayət işini geri qaytardı

Dünən Bakı Apelyasiya Məhkəməsində alman vətəndaşı Vüsal Şilderi öldürməkdə təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Elman İsgəndərov qohumu Seymur Talıbov, Xəyal Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq, sonuncunun yaxın qohumuna münasibəti dəyişmək niyyəti ilə Vüsal Şilderə xəsarət yetirmək qərarına gəlib. Bu məqsədlə o, bir müddət Vüsal Şilderi güdüb.

2 may 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında Vüsal Şilderə yaxınlaşaraq, ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində Vüsal Şilder dünyasını dəyişib.

İki gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayəti iştirakçısı Xəyal Əlizadə isə, istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.

Cinayət işində adı hallanan Xəyal Əlizadə uzun illər daxili işlər orqanlarında yüksək vəzifələrdə çalışmış Məzahir Əliyevin oğlu, Prezident Administrasiyasının sabiq işçisi Tariyel Ağayevin (mərhum prezident Heydər Əliyevin keçmiş köməkçisi-red.) kürəkənidir. Bir müddət əvvəl Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı və ekstradisiya olunması üçün tədbirlər görüldüyü barədə məlumat da verilmişdi.

Elman isgəndərov Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə), Seymur Talıbov isə, həmin məcəllənin 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman İsgəndərova 15 il, Seymur Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər, apelyasiya şikayəti veriblər. Elman İsgəndərov cəzasının yüngülləşdirilməsini istəyib. Seymur Talıbov isə günahsız olduğunu əsas gətirərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Həmçinin zərərçəkmiş tərəf də hökmdən narazı qalıb və onlar da təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya instansiyasına müraciət ediblər.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb. Apelyasiya şikayətlərinin verilməsində bəzi məsələlərdə problemlər yaranıb və buna görə də, iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Mərhum Vüsal Şilderin anası Mətanət Poladxan qızı Şilder deyib ki, cinayət işində adı keçən Xəyal Əlizadənin İnterpol xətti ilə axtarışda olmadığını dedi: “Oğlumun qətlinin əsas təşkilatçısı bu adamdır. Prokurorluqdan bizə dedilər ki, Xəyal Əlizadəni interpol xətti ilə axtarışa vermişik, həbs olunub. Amma biz özümüz müəyyən etdik ki, Xəyal Əlizadənin adı axtarışda olmayıb, heç kim də onu tutmayıb. Bizdə olan məlumata görə, hal-hazırda Dubayda dincəlir”.

Mətanət Şilder deyir ki, istintaqın niyyəti həbsdə olan üç nəfərin həbs müddəti bitdiyinə görə, Xəyal Əlizadənin işini onlardan ayırmaq, məhkəməyə göndərməkdir: “Amma bizə bu üç nəfər maraqlı deyil, bizi əsas qətlin sifarişçisi maraqlandırır”.

Qeyd edək ki, Vüsal Şilderin atası Adolf Şilder bir vaxtlar “MercedesBenz”in Azərbaycan nümayəndəliyinin rəhbəri işləyib. Vüsal Şilder Mətanət Şilderin birinci həyat yoldaşından olan oğlu olub. Mətanət Şilder AdolfŞilderilə ikici dəfə ailə həyatı qurub. Adolf Şilder Mətanətin birinci həyat yoldaşından olan oğlu Vüsalı isə oğulluğa götürüb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vüsal Şildlerin qatilinin barəsində axtarış elan edildi

    Vüsal Şildlerin qatilinin barəsində axtarış elan ...

    29-02-2016, 13:36

  • 
  • Azərbaycanlı məmurun kürəkəni tutuldu

    Azərbaycanlı məmurun kürəkəni tutuldu ...

    23-08-2013, 17:33

  • 
  • Hoteldə cinayət törədənlərin apelyasiya məhkəməsi başladı

    Hoteldə cinayət törədənlərin apelyasiya məhkəməsi ...

    16-04-2015, 12:19

  • 
  • Qadını tamah məqsədilə öldürənlərə hökm oxundu

    Qadını tamah məqsədilə öldürənlərə hökm oxundu ...

    29-09-2016, 16:24

  • 
  • “AMAY Abdulla”nın qohumunu öldürənlərin məhkəməsi başladı

    “AMAY Abdulla”nın qohumunu öldürənlərin məhkəməsi ...

    3-10-2014, 12:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu