GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sərhəd təxribatı: Qərbin təhriki, Ermənistanın təcavüzkar xisləti - RƏY + FOTO

Sərhəd təxribatı: Qərbin təhriki, Ermənistanın təcavüzkar xisləti - RƏY + FOTO

Tarix: 14-02-2024, 17:42 Bölmə :Cəmiyyət Baxış: 167

2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində sarsıdıcı zərbə alan, ordusu darmadağın edilən Ermənistan yenə də öz xislətindən əl çəkmir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, İrəvan xarici havadarlarının dəstəyi və təhriki ilə yenidən təxribatlar törətməyə başlayıb, lakin bu davranış onlara heç də xoş gələcək vəd etmir.

Milli Məclisin üzvü söyləyib ki, fevralın 12-də baş verənlər, Azərbaycan sərhədçisinin Ermənistan tərəfindən snayperlə vurulması İrəvanın növbəti məqsədyönlü təxribatıdır:

“Bu hadisə birbaşa sülh prosesinə, iki ölkə arasında münasibətlərin normallaşmasına ciddi zərbədir. Bunun da günahkarı təkcə Ermənistan deyil, eyni zamanda Qərb, o cümlədən ABŞ və Avropadır. Çünki son aylar məhz Qərbin sərgilədiyi mövqe birbaşa regionda yenidən müharibənin başlanmasına hesablanıb”.

Deputat bildirib ki, Ermənistan hazırda məhz Avropa İttifaqı (Aİ) missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır.

“Aİ missiyasının genişləndirilməsi, Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması, Parisin İrəvanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb. Bir müddət öncə Avropa məmurlarının Ermənistana gəlməsi, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla şərti sərhəddə peyda olması, “binokl diplomatiyası” diqqətdən yayınmamalıdır. Bütün bunlar, o cümlədən, ABŞ instruktorlarının Ermənistanda çalışması, Çex Respublikası vətəndaşı olan casusun Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanması və digər faktlar ekspertlər tərəfindən Ermənistanın hərbi əməliyyatlara hazırlanmasına işarə edirdi. Mediada Ermənistanın şərti sərhəddə əməliyyat həyata keçirərək uğur qazanmağa çalışacağı barədə xəbər də yayılmışdı. Yəni bu sadalananlar fevralın 12-də düşmən ölkə tərəfindən törədilən təxribatın bəlli bir hazırlıq planının tərkib hissəsi olduğunu deməyə əsas verir”, - deyə V.İskəndərov vurğulayıb.

Parlamentari onu da əlavə edib ki, baş verənlər Cənubi Qafqazda daimi dincliyin, sabitliyin olmasını istəməyən Qərbin bəlli dairələrinin, o cümlədən ABŞ və Fransanın məkrli qanlı planlarının tərkib hissəsidir:

“Dünyanın müxtəlif nöqtələrində münaqişə ocaqları, müharibələr yaradan Qərb ölkələri Cənubi Qafqazı da öz qanlı cinayətlərinin qurbanına çevirmək istəyirlər. Lakin Azərbaycan dövləti, Azərbaycan Ordusu bütün təxribatlara cavab verməyə hazır və qadirdir. Odur ki, Ermənistan və onun xarici havadarları bir daha yaxşı-yaxşı düşünsünlər”.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.

DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin bir gün əvvəl törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Düşmənin daha bir zirehli tank bölməsi darmadağın edilib.

    Düşmənin daha bir zirehli tank bölməsi darmadağın ...

    10-10-2020, 11:31

  • 
  • Deputat: “Ermənistan həm cəbhədə, həm də diplomatiya meydanında sarsıdıcı zərbə alıb”

    Deputat: “Ermənistan həm cəbhədə, həm də ...

    18-07-2020, 19:54

  • 
  • Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib

    Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan ...

    30-09-2020, 20:44

  • 
  • Rusiyalı deputat: “Ermənistan danışıqların pozulmasına səbəb oldu”

    Rusiyalı deputat: “Ermənistan danışıqların ...

    28-09-2020, 13:54

  • 
  • Tovuz təxribatı İrəvan üçün fəlakət oldu – ABŞ-dan baxış

    Tovuz təxribatı İrəvan üçün fəlakət oldu – ...

    4-08-2020, 17:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu