Ermənistanın bir vaxtlar intensiv fəaliyyət göstərən beynəlxalq lobbi şəbəkəsi indi o qədər də aktiv təsir bağışlamır. Buna görə də heç kim Ermənistanın Tovuzla bağlı iddialarına inanmadı.
Bunu amerikalı siyası şərhçi Endryu Koribko deyib.
O bildirib ki, bölgədə baş verəcək bir gərginlikdən Azərbaycan mənfəət əldə etmir:
“Buna görə də buradakı gərginlikdən Ermənistan günahkardır. Onlar Azərbaycanla bağlı haqsız iddialarının Qərb və Rusiya tərəfindən dəstəklənəcəyini gözləyirdilər. Bütün dünyanın bölgədə region üçün təhdid olaraq Azərbaycanı görəcəklərinə ümid edirdilər. Ancaq bu strategiyalar heç bir nəticə vermədi və gözlədikləri dəstəyi də ala bilmədilər”.
Amerikalı şərhçi qeyd edib ki, artıq bir çox ölkə Ermənistanın region üçün təhdid yaratdığını düşünür:
“Ermənistanın sözünə inanan az ölkə qaldığı üçün qlobal güclərin bir neçəsi tərəfsiz qalmağı seçdi. Baş verən son qarşıdurmalar Ermənistan üçün fəlakətlə nəticələnmək üzrədir”./axar.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?