Əksər hallarda vətəndaşlar təmassız kartları sayğac üzərində daha az müddət saxlayırlar.
Bunu “Azərişıq” ASC-nin IT department müavini Vüsal İsayev təmassız ödənişlərdə işıq sayğaclarının bloka düşməsi ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, təmassız kart sayğac üzərində müəyyən müddət saxlanılmalıdır:
"Bu müddət minimum 3 saniyədir. Hazırda bloka düşən kartların sürətlə blokdan çıxarılması üçün işlər gedir. Bloka düşdükdən sonra kartı terminala yaxınlaşdıraraq kartın əvvəlki ödənişini bərpa etmək və blokdan çıxarmaq mümkündür".
"Azərişıq" ASC-nin saytında bununla bağlı təlimat mövcuddur", - deyə qurum nümayəndəsi əlavə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?